adalet.az header logo
  • Bakı 16°C
22 Iyun 2019 11:05
10395
GÜNDƏM
A- A+

İran şirkəti Qarabağda Şuşa məscidini bərpa edir - FOTO

İran şirkəti Şuşada yerləşən Yuxarı Gövhar Ağa məscidini bərpa edir.

Modern.azErmənistan KİV-nə istinadən xəbər verir ki, intensiv davam edən işlərin ilin sonuna qədər bitəcəyi gözlənilir.

Ermənistan tərəfinin razılığı ilə layihəni İran memarlıq şirkəti "PartSaman Jahan" və iranlı mütəxəssislər yerinə yetirirlər.

Yuxarı Gövhar Ağa şəhərinin mərkəzimeydanında yerləşən və Şuşada tikilmiş ən qədim məsciddir.

Xatırladaq 1883-1885-ci illərdə tikilmiş məscidin memarı Kərbalayi Səfixan Qarabağidir.

MəscidAzərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyitərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınıb. 

İşğal altındakı məsciddə tikinti-bərpa işlərini aparmaq üçün Ermənistan tərəfi rəsmi Bakının icazəsini almayıb.