adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Yılmaz Özdil: Eşşəklərə eşşək kimi baxmayın!

YILMAZ ÖZDİL
69085 | 2019-06-14 09:53

Bura Londondur.

Hayd parkı yanı.

Mayfair-də nazirliyinqapısından çıxırsınız, sizi bu görkəmli abidə qarşılayır.


***


Eşşək 

at

qatır 

it 

göyərçin 

fil

dəvə 

pişik 

delfin 

keçi...


***


Dünya müharibələrində İngilisordusu və müttəfiq qüvvələrin yanında xidmətdə olub ölən heyvanların xatirəsinəucaldılmış bir abidə... Bəzilərinin gümüş heykəli, bəzilərinin barelyefi...

Yorğun, tükənmiş, bir-birinindalına gedirlər, bellərində daşınmağı çətin olan toplar, tüfənglər,qarşılarında bir divar yüksəlir, ölümün simvolu olan bir aralıqdan keçirlər, divarınüzərində hamını heyrətləndirən o vurucu cümlə yazılır – onların seçimi yox idi!


***

I və ll dünya müharibəsində 16 milyon heyvan insanlarla birlikdə mübarizə apardı, 8 milyon heyvan can verdi.


***

İtlər xizək çəkərək on minlərləyaralı əskəri cəbhədən xilas edib. İybilmələrinin hesabına milyonlarla minanıtapıb, paraşutçu itlərdən ilk dəfə II Dünya müharibəsində istifadə olundu. Əsgərlərinbelinə bağlanırdılar, birlikdə havadan atlayır, yerə ayaq basar-basmaz minatapan dedektor kimi bölgələri təmziləyirdilər.

Göyərçinlər məktub daşıdılar,mikrofilm daşıdılar, İngilis kəşfiyyatı II Dünya müharibəsində 200 min poçt göyərçinindənistifadə etdi, Amerika ordusunun 3 min əsgər və 54 min göyərçindən ibarət dəstəsivar idi. Gizli mesajların 90 faizi dəqiq şəkildə hədəfə gedib çatırdı.

Fillər həm belləri ilə yükmaşını, həm də xortumları daşıyıcırolunu oynayırdılar. Dəvələr yük maşını idilər.


***


Dickin medalı deyə bir medalvar, II Dünya müharibəsindən bu yana müharibə qəhrəmanı olan heyvanlaraverilir.

Sadəcə böyük cəsarət göstərənəsgərlərə verilən və İngiltərənin ən yüksək qəhrəmanlıq ödülü olan ViktoriyaKross medalı II Dünya müharibəsində 32 göyərçin, 18 it və 3 ata verildi. Bu günəkimi cəmi 68 heyvan mükafatlandırıldı.

Sonuncu dəfə 2018-ci ildəƏfqanıstanda ağır atəş altında olmasına rəğmən partlayıcı aşkar edərək ingilis əsgərlərininhəyatını qurtaran və bu sırada ciddi şəkildə yaralanan Mali adlı it aldı.


***




Dickin medalı verilən ilk və tək pişiyin adı Simon idi. 1949-cu ildə Britaniya HMSAmethyst-da xidmətdə idi, mətbəxi qoruyurdu, siçan ovçusu idi, ingilissəfirliyini təhliyə edən zaman Yansızı çayında hücuma məruz qaldılar, 23dənizçi öldü, kapitan öldü, Simon ağır yaralandı. Bədəninin bir hissəsiyanmışdı. Dözdü, ölmədi, 101 gün mühasirədə qaldılar, bu 101 gün içində yaralıəsgərlərin ən böyük ruh mənbəyi Simon oldu. Öz yaralarına unudub yaralıəsgərlərin başında gözləyir, mırıldayır, elə bil onlarla danışır, başıylaoxşayırdı. 101 gün sonra möcüzəvi şəkildə gəmini sürüb qaçmağı bacardılar.Simon əvvəlcə "usta gəmi pişiyi” rütbəsi aldı, sonra Dickin medalı verdilər.

***

Gördüyünüz İngilistərə kraliçası Elizabet adına olan bu abidəni2004-cü ildə kraliçanın qızı şahzadə Anne ucaldıb.

***

Bu abidənin oxşarı Parisdə düzəldilir. Heyvan haqları dərnəklərikompaniyaya başladılar, Paris bələdiyyəsi də qəbul etdi. Eynən Londondakı kimiişini yerinə yetirən qaz zəhərlənməsindən ölən göyərçinlər başda olmaqla,müharibədə can verəın itlər, atlar, eşşəklər olacaq.


Dilimizə işləyən Eminquey

  • Aprel:
  • 5

TƏQVİM / ARXİV