adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

Yılmaz Özdil: Tərbiyəsiz İslandiya!

YILMAZ ÖZDİL
35902 | 2019-06-12 09:52

Millikomandamız İslandiya hava limanında saatlarca gözlədildi. Mikrafon uzadırmışkimi tualet fırçası uzatdılar. Hökümətimiz bu addımları cavabsız qoymadı.Oslodakı səfirliyimiz vasitəsiylə İslandiyaya nota verildi.

***

Yaxşı, bunu bildik...

Bəs niyə bu nota birbaşa İslandiyadakı səfirliyimizvasitəsilə yox, Norveçdəki səfirliyimiz ilə göndərildi?

***

1627-ci il...

15 nəfərlik ekipajla Manş dənizini keçən Mustafa RəisDanimarka və Norveç krallıqlarını talan etdikdən sonra Şimal qütbünə yelkənaçdı, qabağına yamyaşıl bir ada çıxdı: İslandiya.

***

Murat Rəis əslində pirat idi.

Əslində heç türk deyildi, hollandiyalı idi.

Əsl adı Jan Jahnsonn van Harleem idi.

O zamanlar piratlıq rəsmi icazə ilə edilirdi. İngiltərədövlətindən fərman alıb İngiltərə gəmilərinə toxunmamaq şərti ilə, sadəcəİngiltərə düşmənlərinə hücum etmək şərtiylə piratlıqla məşğul olmaq olardı.İngiltərə və Hollandiya dövlətləri bu rəsmi piratlıq icazəsini ləğv etdikdənsonra Jan Jahnsonn tez müsəlman oldu və Əl-Cəzair bəylərbəyinin himayəsinəkeçdi, Osmanlı dənizçisi oldu. Murat Rəis olmadan əvvəl Jan Jansız, JohnBarber, Kaptan John, little John, Caid Morato adlarını istifadə etdi.

***

İslandiyanın altından girib, stündən çıxdı. 26 günorda qaldı. 400-ə yaxın əsir aldı, bəzilərini fidyə qarşılığında İslandiyayaqaytardı, bəzilərini kölə kimi Ağ Dəniz sahillərində satdı. Sarışın qızları qənimətkimi götürüb, hərəmlərə hədiyyə etdi.

***

İslandiya bizlə belə tanış oldu!

***

İslandiyanın bizlə necə tanışlığını hardan bilirik...Əsir götürülən və sonra fidyə qarşılığında buraxılan adamlar arasında Olaf Eigilson adlı rahib var idi. O,yaşadıqlarını kitab halına salmışdı, ordan bilirik.

***

Murat Rəisdən sonra Ali Biçin Rəis də İslandiyayahücum etdi. 800-ə yaxın əsir götürüb satdı. Ali Biçin Rəis də əslində türk yox,venesiyalı idi. Əsl adı Piççininoydu.

***

İslandiyalılar bizi elə sevdilər ki (!) aradan dörd əsrkeçməsinə rəğmən hələ də "Tyrkjaranid”deyə bir anlayış var İslandiyada. Bu söz "İnsan oğurlayan türk” mənasını verir.

***

Və bu travmalı hadisələrdən sonra "bizə özəl” qanun dahazırladılar:

İslandiya torpaqlarında türk öldürməyi cinayətlərsiyahısından çıxardılar!

***

Bəli, türk öldürməyi sərbəst buraxdılar.

***

Ta ki 1970-ci ilə qədər.

1970-ci ildə bu qanunu ləğv etdilər.

***

Amma...

Türkiyəylə heç vaxt birbaşa diplomatik əlaqəqurmadılar.

***

Türkiyə İslandiyaya bir şey demək istəyəndə NorveçdəkiOslo səfirliyi ilə, İslandiya Türkiyəyə bir şey demək istəyəndə isəDanimarkadakı Kopenhagen səfirliyi vasitəsilə xəbər yollayır.

***

Yəni ancaq Danimarka və Norveç vasitəsilə danışabilirik!

***

İslandiyada səfirliyimiz olmadığı üçün soyqırımbiabırçılıqlarında olduğu kimi "səfirimizi geri çağırdıq” filan da deyəbilmirik.

***

Vəziyyət beləykən, vay əfəndim, tualet fırçasıuzadıblar söhbətləri adamı elə də narahat etmir. Dünənə kimi ölkələrində bizi sərbəstöldürə bilirdilər, bir dənə tualet fırçası səni narahat etdi?

***

Üstəlik...

Böyük bir şeymiş kimi Searra-Leonedə səfirlik açdıq, EkvadorQvineyasında səfirlik açdıq deyə qürurlanarkən, Anqolada səfirlik açdıq deyə fəxredərkən İslandiyaya niyə Oslo vasitəsilə nota verdiyimizlə maraqlanmağa ehtiyacvar?

***

Həm də ki...

***

Türkiyə-Yunanıstan oyunu zamanı Parisdəki terroraktında ölənlərin xatirəsi bir dəqiqəlik sükut ilə yad edilərkən, etiraz kimifitə basan, "yu”layan, "Ya Allah, Bismillah, Allahu Əkbər” deyən kim idi?

***

Rəqib futbolçu ilə mübahisə zamanı işarət barmağı iləboğazını sürtərək "sənin başını kəsərəm!” mənasında hərəkət edən sənin millikomandanın kapitanı Emre Belezoğlu deyildi?

***

Gecə klubunda evli xanımına ilişən, ərinə kəllə vurubburnunu qıran, bu bəs deyilmiş kimi belinə tapanca taxıb xəstəxanaya gedib "vurbaşıma!” deyən sənin milli komandanın kapitanı deyildi?

***

Başına lampalı şlyapa taxılıb mitinq kürsüsünəçıxarılan, millət vəkili edilən, stadionlara adı verilən və indi hər yerdəterrorçu kimi axtarılan adam sənin milli komandanın kapitanı deyildi?

***

Alaçatıda köftəciyə hücum edən, şillə-təpik davasınaçıxan adam sənin milli komandanın baş məşqçisi deyildi?

***

Yaxın Şərq od tutub yanarkən, idmanın qardaşlıq yanınıönə çıxartmaq əvəzinə meydanın düz mərkəzinə Fələstin bayrağını sancan adam səninmilli komandanın futbolçusu deyildi?

***

Türk vətəndaşlığına keçib özünə Atakan adını götürənBalilinin başına içki şüşəsi atılmadımı? O da İsrailə qaçmaq məcburiyyətindəqalmadımı?

***

Türkiyənin qüruru olan "Çarşı” sənin qərəzli mediyan tərəfindənterrorist elan edilmədimi?

***

Futbolu siyasiləşdirmək və öz tərəfinə çəkməkdən ötrü əllərindəngələni etmədilərmi?

***

Gənclərimiz idmanla məşğul olsun, zəki, sağlamolsunlar, yaxşı düşünsünlər deyən, dünyada gənclərinə idman günü hədiyyə edənyeganə bir liderimiz var ikən, Bursadan Rizeyə, Kayseridən Antalyaya bütünstadionlardan Atatürkün adı silinmədimi?

***

"Kindar nəsil” yetişdirmək istəyənlər 19 may Atatürküanma Gənclik və İdman bayramını qadağan etmədimi?

***

2000, 2004, 2008, 2012, 2016 və 2020 Olimpiyadalarınıkeçirməyə namizəd olan və hər dəfə rədd edilən kimdir? Sizcə, bunun səbəbi nədir?

***

Avro 2008, 2012, 2016, 2020, 2024 çempionatlarınıkeçirməyə namizəd olub rədd edilən kimdir? Sizcə, bunun səbəbi nədir?

***

Hələ üç gün əvvəl...

Konyada Fransanın himnini fitə basanlar kim idi?

***

Dörd il əvvəl, yenə İslandiyada milli oyunumuzdan əvvəl...

Ankaradakı terror hadisəsində həyatını itirən 109 nəfərinxatirəsinə bir dəqiqəlik sükut zamanı öz insanlarımız üçün edilən bu hörmət dəfitə basılmadımı? Qərəzli mediamız bu hadisədə ölənləri "terror qruplaşmasınayaxın adamlar” adlandırdığı üçün öz cənazələrimiz fitə basılmadımı?

***

İndi də deyirlər ki, İslandiya bizə hörmətsizliketdi...

***

İdman mədəniyyətindən nəsibini almamış, öz tarixindənxəbəri olmayan, özünə belə hörməti olmayan bir millət, başqasından hörmət gözləyəbilərmi?


Tərcümə edən: Ulucay AKİF


TƏQVİM / ARXİV