adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

ÖZÜMDƏN ÜZR İSTƏYİRƏM - Fəridə RƏHİMLİ yazır

FƏRİDƏ RƏHİMLİ
40400 | 2019-06-07 17:54

Həzrət Əli(ə) deyir ki: "...Həyat iki gündür – biri lehinə, biri əleyhinə. Günlehinə olanda lovğalanma, naşükür olma, əleyhinə işlədikdə isə səbir göstər”...

Biz insanlar yaşarkən öləcəyini bilən təkcanlıvarlığıq. Buna rəğmən könül qırar, pislik edər...üstəlik heç ölməyəcəkmişikkimi heç nəyi vecimizə almırıq...

Bir şəxs alimdən soruşdu ki, yaxşı olmaq üçünhansı gün daha yaxşıdır? Alim buyurdu: Ölümündən bir gün əvvəl. Adam təəccüblə:Amma ölümü heç kim bilmir! - dedi. Alim buyurdu:Elə isə həyatın hər gününü axır gün hesab et və yaxşı ol, bəlkə heç sabaholmayacaq!”.

Bəli, kimsənin sabah nə geyinəcəm deyə planqurarkən ağlına kəfən gəldimi heç?! Sanmıram! Milyonda bir bəlkə olar...

Həyat bəzən avtobusun sol pəncərəsindən ətrafıseyr edərkən sağ pəncərəsindən görmədiklərimizdən ibarətdi. Bir məqsədə o qədəraludə olur, bir istəyin ardınca o qədər qaçırıq ki, həyatın ən maraqlı, ən dəyərlianını xəbərimiz olmadan puç edirik...

Nə qədər ömür verilib ki insana, o ömrün çoxhissəsini mənasız şeylərə, dəyərsiz insanlara sərf eləsin! Amma fərqindəolmuruq çox zaman, anlayanda isə o imkan artıq uzaqda qalmış olur. Düzdü,bunları edərkən doğru bir iş gördüyünü, gərəkli yolda olduğunu zənn edirsən, yardımetdiyin insanın yaxşı biri olduğunu düşünürsən. Bəlkə o insan həqiqətən yaxşıimiş zamanında, bəlkə hey gözəl baxdığımız üçün o insanların gerçək üzünü görəbilmirik, acı həqiqətlər üzə çıxanda isə təəssüf kömək eləmir...

Ən etibarsız məxluq insandı. Bəsit bir insanaqiymət verərsən səni əzər, çünki özünü vazkeçilməz sayar, layiq bir insana dəyərverərsən, o dəyər gördükcə səni ucaldar, çünki səninlə dəyərli olduğunu bilir.Amma çoxdumu elə insanlar, ümumiyyətlə, varmı?!.

Deyir həyatda heç kimə arxalanma, qaranlıq düşəndəhətta öz kölgən belə səni tərk edir. Heç kimə dəyərindən artıq fədakarlıq etməyəcəksən,yeri gələr, heç bir şey eləməyən biri onun üçün səndən qat-qat dəyərli olur. Ehtiyacanında yanında olanı, çətin zamanında tək buraxanı unutma!

Bunu mənə öyrətdiyin üçün təşəkkür, həyat!Amma gec öyrətdin, çox gec...

Ən pisio insanlar gülməyi unutdurdular bizə, əsəbi, hirsli, aqressiv, qisasçı, bədbəxtvə kimsəyə güvənməyən insanlar olduq.

Amma kin güdmə, Allaha həvalə et, çünkiintiqam alanların ən xeyirlisi Odur!.. deyir, kitabımız. Ürəyini qıranın həmənqırılmasını gözləmə, onun həyatı əvvəlcə dəyər bilməyənlər tərəfindən gəmiriləcək.Bəlkə aylar, bəlkə illər keçəcək. Səndə tapdığı dəyəri əsla bir başqasında tapabilməyəcək. Həyatını dəyəri beş qəpik olmayan nankorlar sömürəcək. Və o vaxt sənəyaşatdığı acıları bir-bir dadıb qəmgin olacaq. Əmin ol! Bax o gün gəldikdəetdiklərini xatırlayacaq, yoxluğunu anlayacaq və səni axtaracaq. İndi üzülməsinigözləmə! Vaxtı gəldiyində tam səni üzdüyü yerdən üzüləcək, qırdığı yerdənqırılacaq... Bunu təskinlik üçün deyil, həyat təcrübələrində sınadıqları üçün əminlikləsöyləyiblər aqillər.

Ona görə də bədduaya gərək qalmır – hər kəshaqq etdiyini yaşasın! Allah hər kəsə ürəyinə görə, ürəyində bəslədiyinə görə versin!

Amma insana ağıl verilib və həyatda qazandığıtəcrübə də var. Bir insan pis xasiyyətliysə idarə edin, cahilsə ağıl verin, əsəbiysəsəbr edin, amma nankorsa yol verin getsin. Çünki pis xasiyyətli bir insan düzələbilər, cahil insan ağıllana bilər, əsəbi insansakitləşə bilər, amma nankorinsan əsla dəyişməz! Kim olursa olsun, insan həddini bilmədikdən sonra çox şey bilməsibir işə yaramaz.

Ona görə də müəyyən yaşdan sonra insan seçimqarşısındaqalır, həyatının not dəftərini tutmağa başlayır. O dəftərdə vaxtiləyaxşı bilib, qeydə aldığın, ömrün müəyyən anında vazkeçilməz sandığın ancaq həyatimtahanlarından çıxmayanların adlarını silməyə başlayırsan. Bəzən bir, ya iki nəfərqalır. Amma etibarlıysalar, o qədəri də yetər insan xoşbəxtliyinə... Yəni, aslanların az, əlçatmaz, matah olmasıçaqqalları yanına toplamana səbəb olmamalıdı!Necə deyir Mevlana: nə rüzgarımatül, nə fırtınama kül, nə bəxtimə yalan lazım, mənə mən, bir də məni anlayanlazım...

Bu yaşdan sonra insan torpağa ayağının dəyəcəyi,bağçasında sərbəstcə mahnılar zümzümə edə biləcəyi, ağacının altında oturub birsamovar çayı içə biləcəyi, gecələr ulduzları seyr edib, sabah quş səslərinəoyana biləcəyi, biçilən ot qoxusu, yağışdan sonrakı torpaq iyi hiss edə biləcəyibir yerdə yaşamalıdı. Soyuq betonlu vədaş ürəkli insanların arasında yox...

Həzrəti Əli (ə) deyir,başqasının yolunda əkdiyin gül mütləq öz yolunda açacaq. Gücüm çatan qədər başqasınınyolunda - tikan, qanqal təmizləyib, gül əkməyə çalışdım, hələ də davam edirəm.Ammahərdən gizli-gizli o gülün açmasını da gözləyirəm!!!

Yoruldummu, bilmirəm. Bildiyim bir odur ki, özhəyatımıi yaşamadım. Fikrim avtobusun bir pəncərəsindən baxmaqla məşğulkən, digərtərəfin fərqində olmadım...

Özümdən üzr istəyirəm!!! Kimsənin xətrinə dəyməməküçün öz qəlbimin qırılmasına yol verdiyim üçün, xırda şeyləri böyüdüb, fil edərəközümü üzdüyüm üçün, bir dəqiqə düşünməmə dəyməyən şeyləri bir ay düşünüb həyatımıqaraltdığım üçün, sırf güclü olum, güclü görünüm deyə gücsüzlüyü yaşamağıunutduğum üçün, heç vaxt dəyişməyəcəkinsanları dəyişdirməyə çalışıb özümüyorduğum üçün, bitdiyini qəbul edə bilmədiyim şeyləri təkrar başlatmağaçalışdığım üçün, dəyərsiz insanları inadla yaxşı hesab etməyə davam etdiyimüçün üzr istəyirəm!..Özümdən üzr istəyirəm...

TƏQVİM / ARXİV