adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Balanslaşdırılmış müsəlman - Nicat Novruzoğlu

NİCAT NOVRUZOĞLU
61378 | 2019-06-07 15:23

Ramazan bayramınız mübarək olsun.

Açığı məndinlə elə də maraqlanan insan deyiləm. Kimsə bu haqda danışanda səbrlə qulaqasaram, dinləyərəm. Bəlkə nə vaxtsa dinlə bağlı bir kitab oxumuşam. Amma arxasınca düşməmişəm. Elə məqamlar var ki,inanıram, elə məqamlar da var ki, şübhəli qalıram.

Xülasə ömrümün40 ilini yaşadıqdan sonra qərar verdim ki, oruc tutacam. İçimdən gəldi.

Əsas gecəoyanmaq idi. Baxmayaraq ki, çox bərk və müddətli yatanam, orucluğun ilk günüimsak vaxtında elə bil kimsə məni yuxudan oyatdı ki, di başla. Mən də başladım.

Səhərisiyan yörəmdə kim bildi ki, orucam, hərənin üzündə bir cür təbəssüm yarandı. Onlar mənim spirtliiçkilər qəbul etdiyimi bilirdilər. Təbəssümdə bir etibarsızlıq, ironiya var idi. Amma bu o demək deyildi ki, mən oruc tuta bilmərəm?

Mayın6-sı orucu tutmağa başladım. Günün ortası məlun oldu ki, hələ orucluqbaşlamayıb. Daha doğrusu tanıdıqlarımın yarısı dedi başlayıb, yarısı dedibaşlamayıb. Amma mən başlamışdım. Çünki telefonuma yüklədiyim vaxtlar haqqındaməlumata inanmışdım. Hələ də bilmirəm vaxtında tutmuşdum, yoxsa yox. Əsas odurki, tutmuşdum. Və buraxası deyildim. Bir gün artıq tutsam noolar ki? Yaradan mənəverdiklərində heç nəyi az və ya çox görməyib.

Bir azİslama yaxın olanlar isə mənim dini suallarıma elə-belə cavab verdilər. Yəniyola verdilər. Məsələn, soruşdum ki, gecə 4-ün yarısı mütləq durmalıyam? Dedilərki, durmasanda olar. Elə özünü ac saxla bəsindi.

Çalışdığımqədər danışığımda da, baxışlarımda da, tamahımda da orucu tətbiq etməyəbaşladım. Amma deyim ki, əksəriyyətində bunu görmədim. Elə bil o qədər oructutmuşdular ki, artıq onlar üçün adiləşmişdi oruc. Çox rahat idilər.

İfataradəvət etdilər. Hərə bir vaxtda açdı orucunu. Məndən 10-15 dəqiqə əvvəl açdı birqism qonaqlar. Soruşdum səbəbini, dedilər ki, onlarda tez açılır. Baxdım onlara,baxdım özümə, bizi fərqləndirən heç zad yox idi. Yaradan hər birimizi eyni cüryaradıb və hər bir şeyi də hər birimizə eynisiylə bölüb. Dedim niyə belə? Dedilərbunu kökünün 2 min il tarixi var. Sənlik deyil. Sən hələ "maladoysan”. Qarışma.

Heç mənəlazım da deyil.

Sonradansuallarıma cavab verən tapıldı. Məlum oldu ki, sünnilər bir az tez açırlaroruclarını. Şiələrə nisbətən. Allah qəbul eləsin.

Yenə səbəbiniaçan olmadı ki, bilim niyə şiələr sünnilərin vaxtından bir az gec və ya sünnilər şiyələrin vaxtından bir az tezaçılır bu oruc?!

Axırdasoruşdum ki, sünni ilə şiənin fərqi nədir? Mən hardan bilim ki, mən kiməm-sünniyəmya şiə? Cavabın biri belə oldu ki, sünni namazı bu cür qılır, şiə bu cür. Yəni mən namazı necə qılsam ona bağlıdı mənimkimliyim.

Yaradanbizə bütün naz-neməti bərabər böldüyü zaman biz ona ibadətdə ayrı seçkilikedirik.

Söhbətiuzatmaq istəmirəm. Həm də ki mənlik söhbət deyil.

Sadəcəbu qərara gəldim ki, əgər ibadət etsəm həm sünni kimi, həm də şiə kimi edim. Yənibalanslaşdırılmış dini siyasət yeridim. Bir əlimi yanıma sallayım bir əlimi dəqarnımın üstünə qoyub ibadət eliyim. Nə o incisin məndən, nə o birisi. Həm o məzhəbqüvvədə olsun, həm də bu məzhəb.


Məni buseçimə siz məcbur etdiniz. Hər kəs öz məzhəbindən danışaraq, qürurlanaraq.

Orucluğunsonu isə belə oldu ki, ay hardasa görsənib. Yenə cammatın yarısı bayram etdi,yarısı gözlədi. Sabahısı gün dedilər ki, bu gün görsənib. Nəysə bu ay məsələsidəiki gün çəkdi. Başlayanda da, axırda da.Birtəhər bayramı yola verdik.

İndi bugündən o günlərə baxanda görürəm ki, çox əcaibdir müsəlman.

AllahSabirə rəhmət eləsin. Mirzə Ələkbəri deyirəm.


TƏQVİM / ARXİV