adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
07 Iyun 2019 14:25
119213
AVTOMABİL
A- A+

Novxanı-Pirşağı və Xaçmaz-Xudat avtomobil yolunda rənglənmə işləri aparılır

Novxanı-Pirşağıvə Xaçmaz-Xudat avtomobil yolunda üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.

Azərbaycan Avtomobil yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, bu işlər avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə icra edilir.

Agentlik sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmalarını, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edir.