adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

28 MAYISIN DÜŞÜNDÜRDÜKLƏRİ - Seyfəddin Altaylı yazır

SEYFƏDDİN ALTAYLI
65960 | 2019-05-31 14:37

"Gələcəkçalışqan olanlarındır”.

Atatürk

"Hal, keçmişin toplamı, gələcəyintoxumudur”.

AlpaslanTürkeş


Azərbaycandövlətinin 1918-ci ilin 28 Mayıs günündə yaranması prosesinə və bu sürəcdəyaranan olaylara hər bir şəxs öz güzgüsündən baxır. Bu təbii haldır, çünki hərinsan Tanrı tərəfindən ayrı-ayrı xarakterlərdə və düşüncələrdə yaradılıb. MənAzərbaycanın yaranması məsələsinə ulu babalarımızın azadlıq və müstəqillikləbağlı gənətik mirası pizmasından baxıram.

İsadan(Era) Qabaq 53-cü ildə Şərqi Hun xaqanı Huhanyəh böyük qardaşı Çiçi xan ilətaxt mübarizəsinə girişmiş və məğlub olmuşdu. Ehtirasını cilovlaya bilməyənHuhanyəh məğlubiyyəti qəbul edə bilmir və öz ətrafında olanları toplayıb məşvərəteləyir ki, Çinin hakimiyyətini qəbul etsinlər, çünki onun xaqan olmasına icazəverilməyib. Deməli ona görə əzəli və əbədi düşmən olan Çinin boyunduruğualtında yaşamaq böyük qardaşın hakimiyyəti altında olmaqdan daha yaxşı imiş!!!Ehtirasa bax!!! Yığıncaqda iştirak edən dövlətin qabaqcıl şəxsiyyətləri Huhanyəhə,yəni xaqanlarına qarşı bu sözlərlə cavab veriblər:

"Bumümkünsüzdür! Hunların adət-ənənələri, cəsarəti və güclü olmağı əsas prinsipkimi qəbul etmişdir. Hər iki prinsip bizim Hun olaraq şəxsiyyət məsələmizdir.Özgəsinə tabe olmaq və ona xidmət etmək isə alçaqlıqdır. Hunlar at üstündədöyüşərək dövlətlərini yaratmış və yüzlərlə xalq arasında özlərini bu cür tanıtmışdır.Ölüncəyə kimi döyüşəcək igidlər xalqımızın içində daim vardır. Çin bugün bizdəngüclüdür, ancaq Hunları özünə tabe edib diz çökdürə bilməz. Ulu babalarımızdanaldığımız dövlətçiliyimizi poza bilmərik”.

28Mayıs 1918-ci il tarixində Azərbaycan cümhuriyyətini yaradan Məmmədəmin Rəsulzadəvə silahdaşları ulu babalarımızdan aldıqları öz bayrağı altında azad və müstəqilyaşamaq ideyasını, onların tarixi mirasını həyata keçirdilər. Ancaq çağdaşHuhanyəhlər də çıxdı (Əli Heydar Qarayəv və ona uyanlar kimi) Məclisdə "Buolmasın o olsun” tamaşasını icra edər kimi çıxışlar etdilər sonra da Moskvayaqırmızı alma yollayıb XI qızılordunu dəvət etdilər, onlar da gəlib soyqırım törədərəkAzərbaycanı özünə tabe etdilər. 27 Nisan 1920-ci il tarixində XI Qızılordunun Gəncədətörətdiyi soyqırım üçün Məhməd Altunbayın xatirələrini oxumaq kifayətdir.

Çardövründə olduğu kimi Bolşeviklər də bu işğal ilə 70 il ərzində Azərbaycanın yeraltı və yerüstü sərvətlərini qarət edib apardılar, etdikləri soyğunun əvəzindədə yalnızca hər beş-on ildə bir gəlib bostan iriləyən kimi ziyalı və milli şəxsiyyətləritutub aparıb ya Nargin adasında ya bir həbsxanada güllələdilər və ya HüseynCavid kimi Sibirin buzlu cəhənnəminə yolladılar. Tifaqları dağılmağa başladığızaman da Azərbaycan öz müstəqilliyini əldə etmək fikrinə düşdüyündə öncə 20Ocaq (Yanvar) qırğınını törətdilər sonra da Xocalı soyqırımının yaranmasına hərcürə imkanı yaratdılar, nəhayətində də torpaqlarımızın 20 faizi onların köməyiilə işğal edildi.

Hərbir xalqın içindən xainlər, satqınlar çıxıb və çıxacaq. Türkiyədə başına Yunanfəsini geyinib "Kaş ölkəmizi Yunan ordusu tamamilə işğal etsəydi, biz yunanınboyunduruğa altında yaşasaydıq, ancaq xilafət əlimizdən getməsəydi!” deyəninsanlar, əstağfurullah məxluqatlar vardır. Onların varlığı da xain vəsatqınların daim olduğunu, olacağını sübut edir. Atatürk, İstiqlal Savaşınıyeridərkən "Mandaçı” deyilən insana oxşarlar vardı və onlar İngilis hakimiyyətiniqəbul etməyin daha yaxşı olacağından müdafiə edirdi. İndi İngilis və yaAmerikan, ya da Rus hakimiyyətini istəyənlər yoxdurmu, əlbətdə vardır,olacaqdır da, lakin bir şey yaddan çıxarılmamalıdır. Gen təbii olaraq öz işinihəm müsbət həm də mənfi mənada görür, ancaq təlim-tərbiyə insanın şəxsiyyətininkamilləşməsində əsas ünsürdür. Atatürk ona görə "Müəllimlər yeni nəsil sizin əsərinizolacaqdır” deyərək müəllimlərin ölkənin, vətənin və dövlətin taleində nə boydaönəmə malik olduğunu vurğulamışdır.

Budüşüncədən hərəkət edərək dövlət rəhbərlərimiz və böyüklərimiz mənə görə birşeyə hədsiz önəmlə yanaşmalıdır. Əgər çağdaş Huhanyəhlərin yetişməsini istəmiriksəmüəllim olacaq şəxslərin şagirdlikdən etibarən seçiminə və yetişdirilməsinəxüsusi diqqət yetirməliyik. Unudulmamalıdır ki, xaqanları da, qəhrəmanları damüəllimlər yetişdirir.


TƏQVİM / ARXİV