adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
15 May 2019 17:50
145351
RUBRİKA
A- A+

TƏHLÜKƏSİZLİYİNİZİTƏMİN ETMƏK İSTƏYİRSİNİZSƏ...

(əvvəli ötən saylarımızda)

6) "Həkim" - sürücü-həkimlərin idarə etdiyi nəqliyyat vasitələrinin qabağında və arxasında - tərəflərinin ölçüsü 140 mm olan, içərisinə ağ dairədə (diametri 125 mm) qızıl xaç (ştrixin hündürlüyü 90 mm, eni 25 mm) təsviri vurulmuş, göy rəngli kvadrat şəklində;

7) "Təlim nəqliyyat vasitəsi" - sürücülük öyrətmək üçün istifadə olunan mexaniki nəqliyyat vasitəsinin qabağında və arxasında - bərabərtərəfli, ağ rəngli, təpəsi yuxarı yönəldilmiş və qırmızıhaşiyəyə alınmış (üçbucağın tərəfləri azı 200 mm, haşiyənin eni üçbucağın tərəfinin onda biri qədər) və içərisində qara rəngdə "təlim" sözü yazılmış üçbucaq şəklində (minik avtomobilinin damında ikitərəfli nişan qoyulmasına yol verilir);

8) "Nəqliyyat vasitəsinin qabaritindən kənara çıxan yük" - 400?400 mm ölçüdə, diaqonal boyu 50 mm enində, növbə ilə qırmızı və ağ zolaqlar çəkilmiş, işıqqaytarıcı səthə malik lövhəcikşəklində;

9) "Təhlükəli yük" - belə yüklər daşıyan nəqliyyat vasitələrinin qabağında və arxasında - 690?300 mm ölçüdə, onun 400?300 mm ölçüdə sağ hissəsi narıncı, sol hissəsi isə 15 mm enində qara haşiyəyə alınmış ağ rəngdə olan düzbucaq şəklində (nişanda yükün təhlükəli xassələrini xarakterizə edən işarələr çəkilir);

10) "Uzunölçülü nəqliyyat vasitəsi" - yüklü və ya yüksüz iki və daha çox qoşqusu olan uzunluğu 24 metrdən artıq olan avtoqatarların arxasında - 40 mm enində qırmızı haşiyəsi olan sarırəngli, azı 1200?200 mm ölçülü, işıqqaytarıcı səthə malik düzbucaq şəklində (göstərilən ölçüdə nişanı yerləşdirmək mümkün olmadıqda, azı 600?200 mm ölçüdə iki eyni nişanı nəqliyyat vasitəsinin oxuna simmetrik yerləşdirməyə yol verilir) tanınma nişanları quraşdırılır;

11) "Qəza dayanma nişanı" - yolun hərəkət hissəsində nəqliyyat vasitəsi məcburi dayandığı hallarda quraşdırılır;

12) "AZ" fərqlənmə nişanı - beynəlxalq yol hərəkətlərində iştirak edən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasına mənsubiyyətini bildirmək məqsədilə quraşdırılır;

13) "Təcrübəsiz sürücü" - nəqliyyat vasitəsini idarə edən şəxsin sürücülük vərdişlərinə mükəmməl malik olmadığı barədə yol hərəkətinin başqa iştirakçılarını xəbərdar etmək məqsədilə quraşdırılır.

Qeyd: "Əlil" tanınma nişanı I və II qrup əlillərə nəqliyyat vasitəsi dövlət qeydiyyatına alınarkən və ya onların müraciəti və müvafiq əlillik dərəcəsini təsdiq edən sənəd əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən ödənişsiz təqdim olunur. "Əlil" tanınma nişanı yerləşdirilmiş nəqliyyat vasitəsini idarə edən şəxs əlillik dərəcəsini təsdiq edən sənədi özündə saxlamalı və müvafiq icra hakimiyyəti orqanı əməkdaşının tələbi ilə yoxlanılması üçün ona təqdim etməlidir.

Maddə 73. Nəqliyyat vasitəsinin sürücüsü tərəfindən səs siqnalları və xarici işıq cihazlarından istifadə edilməsi

I. Təhlükənin və ya hərəkətdə olan maneələrin aradan qaldırılması məqsədilə nəqliyyat vasitələrinin sürücüləri fara işıqlarından, bu və ya digər istiqamətə dönmə işıq göstəricilərindən, səs siqnallarından və ya əl işarəsindən istifadə edirlər.

II. Yuxarıda göstərilən vasitələrlə səs və işıq siqnallarının verilməsi, nəqliyyat vasitələrinin sürücülərini sürəti azaltmaq və yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün bütün digər zəruri tədbirləri görmək vəzifəsindən azad etmir.

III. Sutkanın qaranlıq vaxtı və ya məhdudiyyətli görünmə şəraitində, habelə tunellərdə hərəkətdə olan nəqliyyat vasitələrində və qoşqularda işıq cihazları və işıq siqnalları aşağıdakı qaydada yandırılmalıdır:

1) təchizatından asılı olaraq nəqliyyat vasitələrində - faraların yaxın və ya uzaq işıqları və arxa qabarit işıqları, velosipedlərdə - faralar və ya fənərlər, at arabalarında - fənərlər;

2) qoşqularda və yedəyə alınan nəqliyyat vasitələrində - qabarit işıqları.

IV. Uzaq işıq yaxın işığa:

1) yaşayış məntəqələrində yol kifayət qədər işıqlandırıldıqda və yaşayış məntəqələrindən kənarda, əgər yolun hərəkət hissəsi yol boyu işıqlanmışdırsa və əgər həmin işıqlandırma sürücüyə kifayət qədər məsafədə görmək imkanı verirsə;

(ardı var)