adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
15 May 2019 15:05
147631
RUBRİKA
A- A+

"Gülməxəbər" - YENİ RUBRİKA

Adalet.az sizə yeni "Gülməxəbər" adlı rubrikasını təqdim edir. Rubrikamız həftə içi 5 gün yayımlanacaq. Ən qeyri-adi xəbərləri bu rubrikadan oxuyacaqsınız.










Eşşək boyda eşşək!

İllərdir insana "eşşək boydasan" deyiminin sirrini çözə bilmirdim. Bizim gördüyümüz eşşəklər nə boydadır ki?Britaniya mətbuatı məni mat elədi. Sən demə, Britaniyanın Linkolşir qraflığındakı qoruqda yaşayan Derrik adlı eşşək öz həmcinsləri arasında ən böyük olduğuna görə rekordlar kitabına düşə bilər. Onun boyu 170 santimetrdir, lakin bu rəqəmin artmaq ehtimalı çoxdur. Çünki, Derrik hələ 5 yaşındadır. Eşşəklərin boy artımı isə 7 yaşa qədər davam edir. Derrik həmcinsləri arasında Ginnesin Rekordlar Kitabına adı yazılmış Romulusdan 3 santimetr geri qalır. Hətta qoruq sahibləri əmindirlər ki, Darrikin boyu tezliklə Romulusdan daha uca olacaq.



Cənnətdən də bezən tapıldı!

İllərdir insan cənnət eşqilə alışıb yanır. Hamı yaşadığı yeri cənnətə çevirmək arzusundadır. Amma gförün cənnətə düşənlər neyləyir?!

Deməli, həbsdən qaçdıqdan sonra 10 il Kanar adalarında yaşayan 64 yaşlı cinayətkarı kurortda keçən həyat yorub. O deyib ki, bütün dünyada məşhur olan və turistlərin həvəslə üz tutduğu Tenerife adası artıq onu bezdirib və bu qədər gözəl həyat yaşamaq ona kifayətdir. Qəribə düşüncəli cinayətkarın hansı əmələ görə məhkum olunduğu və adı barədə məlumat verilmir.

Neyləyək, olsun! Heç olmasa, yerinə bir adam göndərərdin, ay bədbəxt!



Adamı xəzinə tapıdığına görə peşman edən Almaniya...

Almaniyanın Eslingen şəhərindən olan iki tarixçi 2017-ci ilin yayında arxeoloji qazıntılar zamanı təsadüfən xəzinə tapıb. Amma bu barədə hökumətə məlumat verməyiblər. Almaniya qanunlarına görə isə, xəzinə tapan şəxslər dərhal bu barədə dövlət orqanlarına məlumat verməlidirlər. Xəzinə tapan şəxsin şəxsi həyətində olsa belə, o dövlətə məxsus hesab edilir.

Tarixçilərdən biri dözməyib, 2018-ci ilin yayında vicdanının səsinə qulaq asıb, bu barədə yerli hakimiyyət orqanlarına məlumat verib. Elə o gündən də onların həyatında aləm dəyib bir-birinə. Nöşün? Oşün ki, tarixçilər tapdıqları xəzinəni təhvil verməklə yanaşı, üstəlik cərimə də ödəməlidirlər. Əks halda onları həbs gözləyir.Tapılmış gil küpənin içərisində 9200 gümüş sikkə aşkarlanıb. Onların ümumi çəkisi 4,6 kq -dır. Gümüş sikkələrin ən qədimi 1280-ci, ən yenisi 1350-ci ilə aiddir.Mütəxəssislərin dediyinə görə, bu Almaniyada son 10 ildə tapılmış orta əsrlərə dair ən böyük xəzinədir.

Ömründə bir dəfə xəzinəı tap, onda da dövlət tutub əlindən alsın, hələ üstəlik dövlətə borclu da qal, bu da azmış kimi həbs təhlükəsilə yaşa. Bəs, deyirdilər, oralarda hamı xoşbəxtdi?!