adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Əbülfət MƏDƏTOĞLU: Bakıdan Trabzona könül yolu

ƏBÜLFƏT MƏDƏTOĞLU
51682 | 2019-05-14 16:59

(Əvvəli ötənsaylarımızda)

Oturduğum kürsüdənqalxıb yardımçılarının müşayəti ilə meydana doğru gələn Trabzon Orta Şəhər bələdiyyə başqanı, çox hörmətli ƏhmədMetin Gənclə salamlaşıram. Köhnə tanışlar kimi hal-əhval tuturuq. Səhhətimləmaraqlanır. Bir problemin olub-olmadığını soruşur. Və bu "atüstü", həmdə tələsik söhbət zamanı ölkəmizlə də ilgilənir. Azərbaycanın bugünküdurumunu bir qardaş məmləkət olaraqTürkiyə üçün önəmli olduğunu, xüsusilə hər iki ölkənin prezidentlərininbir-birinə qardaş güvəncini dilə gətirir. Başqan Əhməd Metin Gənc böyük məmnunluqhissiylə Azərbaycan və Türkiyə əlaqələrinin inkişafından danışdı. O bildirdiki, bizim qardaşlığımız, dostluğumuz dövlətlərimizin siyasi, iqtisadi qüdrətininartmasına, dünya siyasətində bir mövqedən çıxış etməmizə dəstək olur. Artıqbirmənalı şəkildə qəbul olunub ki, Türkiyə olan yerdə Azərbaycanla, Azərbaycanolan yerdə Türkiyə!

Biz qısa söhbətimiz vaxtı bu günTürkiyədə gerçəkləşən seçkilərin də önəminə toxunduq. Cümhur başqanı RəcəbTayyib Ərdoğanın və hakim partiyanın həyata keçirdiyi siyasətin qardaş ölkəni qətiyyətlişəkildə irəli apardığını və ölkə həyatındakı önəmli hadisələrin xalq tərəfindəndəstəklənməsini bələdiyyə başqanı xüsusivurğuladı.

Biz sağollaşıbayrılarkən dəyərli bələdiyyə başqanımız Əhməd Mətin Gənc mütləq görüşüb birtürk qəhvəsi içməyə zaman ayıracağını da mənə xatırlatdı. Onun bu səmimi dəvətitəbii ki, mənim üçün çox xoş idi. Və bu yazını diqtə etdiyim anlarda da həmin oxoş təəssüratın təəssüratı ilə yaşayıram...

Meydandanayrılıb dəniz sahilinə doğru addımlayıram. Düzdür, gedəcəyim yer bir az uzaqdı,amma sahil boyunca gedəndə bu uzaqlıq o qədər də hiss olunmur. Çünki sahildə gəzişəninsanlar, sahilə üz tutan ləpələr bir-birilə elə harmoniya yaradıblar ki, sankigörüşə, həmsöhbət olmağa çıxıblar. Mən də sahildəki adamların arasında özyerimi tuturam və sahil boyu ləpələrin pıçıltısını dinləyə-dinləyə Sahil Testlərinədoğru gedirəm. Sanki dalğalar pıçıldayır mənə bu qeyri-adi şəhərin - mənimQarabağımın əkizi olan Trabzonun şəninə ürəyimdən gəlib keçən misraları:

Dəniz çəkibaparır

Gözlərimi özüylə...

Dəniz mənimgözümlə -

Mən dənizingözüylə

Sənə baxıram -

Sahildəki şəhər!

Bu dalğa təpələrin

Sinəsini əzə-əzə

Qırçınlı ləpələrin

Üstündə gəzə-gəzə

Sənə baxıram

Sahildəki şəhər!

Ürəyim dənizboyda

Ona sıxmışam səni

Sevgimə qolunuaç

Utandırma gəl, məni!

Sənə baxıram -

Sahildəki şəhər...


Mən sahil boyugedə-gedə hərdən dənizin ən yaxın ləpədöyəninə düşürəm. Gözümü göz yaşından daduru sulara zilləyirəm. İnanın ki, bu bir gerçəkdi. Qara dənizin Trabzon sahiliboyundakı suları göz yaşlarımdan da durudu. Suya düşmüş iynəni də görməkmümkündü. Və buradaca içimdən bir xoş, amma həm də qəlbi göynədən duyğu keçir.Biz niyə Xəzəri bu cür qoruyub saxlaya bilmirik. Axı Bakı bulvarına düşəndə ləpələrinbulvar boyu sahilə yönəltdiyi əşyalar, tullantılar adamın xoş əhvalına bir pərişanlıqqatır, bir təəssüf hopdurur. Xüsusilə cavanların əllərindəki su qablarınıboşalandan sonra dənizə atması bizim şəhərimizin gözəlliyinə xələl gətirən birməqamdır. Üstəlik, Bakının hər yerində küləklərin oynatdığı sallofan torbalar,həmçinin müxtəlif enerji içkilərinin qabları və sairələr Trabzonun Qara dənizsahili boyunca gəzərkən bir dəfə də olsun qarşıma çıxmadı...


Təqribən birsaat tələsmədən gəzə-gəzə qaldığım ünvana, Sahil Testlərinə gəlirəm. Elə bu ləpələrinürəyimi, ruhumu oxşadığı gözlərimi çəkib apardığı məqamda yadıma bu şəhərə ilkgəlişim zamanı məhz bu ləpələrinpıçıltısıyla şeirləşdirdiyim misraları xatırlayıram. O zaman yazmışdımki:

İlk dəfə

Qara dənizin

Türkiyə sahili -

Trabzon

ləpələrin

qumları öpən

qırçınlarını

saya-saya

mən

dənizindibini görüb,

inandım.

Burada

iynədə

düşsəsuya

gözüyumulu

əliniatıb

tapıb

götürəbilərsən...

Sənbu göz yaşımdan

duruluğu

özüngörməsən

bəlkədə

sözüməinanmazsan,

gülərsən...

Olsun

yəqinki,

səndə

busahildə

nəvaxtsa

birgün

güzgülənərsən!..

Sahiltestlərindəki mənə ayrılmış otağın qapısını açıb içəri keçirəm. Əslinə qalsa heç otaqda oturmaq həvəsimyoxdu. Çünki bu fürsəti əldə etmək və bu yerlərə bir də nə vaxtsa gəlmək o qədərdə asan iş deyil. Ona görə də Allahın bu gözəl fürsətindən, dostların yaratdığışəraitdən sona qədər yararlanmaq, Trabzonla, Qara dənizin sularıyla burdakı dəyərliinsanlarla həmişə baş-başa qalmaq, daha çox söhbətləşmək, fikir bölüşmək haqqımıreallaşdırmaq mənə daha vacib və daha xoşdur. Mən də bu düşündüklərimin mahiyyətiniözüm üçün təkrar-təkrar vurğulayıb otağın balkonundan dənizə boylanıram. Fikir,xəyal məni uzaqlara çəkib aparır. Yadıma kəndimiz, kəndimizin sağ və solcinahlarından axıb gedən dağ çayları düşür. Mənə elə gəlir ki, bu an eşitdiyim ləpə pıçıltıları məhz indi əlimçatıb ünüm yetməyən həmin o girovluqda olan çaylarımın səsidi...


Çox qəribədi,insan yaşlaşdıqca təkcə xatirələr yox, həm də doğulduğu torpaq onu daha çox özünəçəkir, daha çox düşündürür. Bu mənada mən istər Gürcüstan ərazisində, istərsə dəTrabzonda olduğum, gördüyüm yerlərin, mənzərələrin Qarabağla oxşarlığını, bənzərliyinixəyalən müqayisə edirəm. Və hər yerdə də, xüsusilə Trabzonda Şuşanın, Kəlbəcərin,Laçının, Zəngilanın, Qubadlının az qala tam oxşarlarını görmüşəm. Və bu gördüklərimdə məni bir qaçqın, bir yurdsuz nisgilli insan kimi həmişə içimdən paralayıb...içimdən elə vurub ki, dərdlərim az qala qan fışqırıb...


Həyat gerçəkliyidanılmaz, olduğu qədər də sərtdi. Onunla üz-üzə dayananda geri çəkilməyə yer qalmır. Elə mən özüm dəxatirələrin, yuxuların nə vaxtsa gerçək olacağına, geri dönəcəyinə özümüinandırmağa çalışsam da hərdən susmağa, özümü öz içimdə bir küncə sıxmağa da məcburoluram. Axı nə qədər xəyal qurmaq, nə qədər xatirə danışıb yazmaq olar. Gerçəklikisə bu danışılanı, bu yazılanı öz kölgəsində boğur, onun səsinin çıxmasınaimkan vermir. Belə məqamda təsəllim yalnız içərisində olduğum anın mənə diqtəsidi,məkanın mənə təsiridi, dostların mənə söylədikləridi.

Bəli, məhz bugerçəkliyə söykənib Trabzon şəninə içimdən keçənləri sizə də çatdırıram. Vədüşünürəm ki, gördüyümü, şahidi olduğumu oxucuya çatdırmaq heç də qəbahətdeyil. Həmçinin bu yazıların mayasında reklam yox, yalnız günün sözü və bugünün Trabzonu dayanır. Siz də bu qədim ünvana, bu gözəl məkana üz tutsanız mənimləhəmfikir olacağınıza şübhə etmirəm. Ona görə də deyirəm:

Düşündüklərim

qəribə

gələ bilər sizə...

amma mən

inanıram ki,

hər səhər

Trabzon

yuxusuyla birgə

ağrı-acısını da

çıxarıb əynindən

atır dənizə...

odur ki,

bu şəhər

adama

hər səhər

daha təmiz

və işgüzargörünür.

Deyə bilərsinizki, hissə qapılırsan. Gördüklərini, müşahidə etdiklərini daha çox qabardırsan.Şairlik, yazı-pozu həvəsi səni bu şəhərin fanatına çevirir... Mən deyə biləcəyimbu iradları, bu replikaları sakit şəkildə, anlayışla qəbul edirəm, dinləyirəm vəsizin dediklərinizin də hardasa bir həqiqət olduğuna şübhə etmirəm. Amma hər kəsöz həqiqətində, öz məntiqində qalsa, yəqin ki, müqayisələrə də, mübahisələrə də,həmçinin gəzib görməyə də bir ipucu qalar. Yəni mənim tərənnüm etdiyim Qara dənizsahilindəki bu qədim şəhərlə bağlı sizin də maraqlarınız yaranar və bi istiqamətdəgəzmək, görmək yolunu tutanlar heç də peşiman olmazlar...


Bax, həmin o söylədiklərim,yazdıqlarım və sizlərin də nə vaxtsa görəcəkləriniz nə vaxtsa üst-üstıə düşərsə,bundan məmnun qalaram. Yazdıqlarımın, yaşadıqlarımın məni kimi sizlərə də hərzaman könül rahatlığı verəcəyinə sevinərəm. Düşünürəm ki, elə belə də olacaq. Oki, qaldı...

(Ardı növbətisayımızda)


TƏQVİM / ARXİV