adalet.az header logo
  • Bakı 13°C

VƏZİFƏ BORCUNU UNUDANLAR - Mehman CAVADOĞLU yazır

MEHMAN CAVADOĞLU
78536 | 2019-04-29 08:53

1993-cü il. Sudanda növbəti aclıq tüğyan edir. Aclıqla mübarizə aparmaqüçün ölkənin müxtəlif bölgələrində BMT-nin ərzaq düşərgələri salınıb. CənubiAfrika əsilli jurnalist-fotoqraf Kevin Karter də bu çətin günlərdə öz peşəborcunu yerinə yetirmək üçün Sudana yollanır.

Ümumiyyətləo, ekstremal situasiyaların reportyoru kimi daha çox Afrika ölkələrində fəaliyyətgöstərib.

Hələ80-ci illərdə Cənubi Afrikada qara dərili bir nəfərin yandırmaqla edam edilməsisəhnəsini çəkdiyinə görə məşhurlaşmış ağ dərili bu fotoqraf sonradan həminhadisə haqqında belə yazmışdı: "Onların etdikləri də (amansız qətli nəzərdətutur), özümün etdiklərim də (bu səhnəni çəkməyini nəzərdə tutur) məni şokasalmışdı. Ancaq adamlar bu fotoşəkillər haqqında danışmağa başlayanda hiss elədimki, bəlkə həmin şəkilləri çəkməyim o qədər də pis iş olmayıb. Bu cür dəhşətlibir hadisənin şahidiykən bunu etməmək daha pis hərəkət olardı”.

Sudandasao, daha dəhşətli bir mənzərəylə üzləşir. Xeyli gərgin iş qrafikindən sonraistirahət etmək üçün çalışdığı kənddən çıxıb gedərkən inilti səsi eşidir.Səs gələntərəfə boylananda olduqca arıq, ölüm ayağında olan balaca bir qızcığazın yerədöşənib qaldığını görür və bu mənzərəni çəkmək üçün fotoaparatı çiynindənçıxardır. Elə bu vaxt bir leşyeyən qartalın şığıyaraq qızın on metrliyində yerəoturur. Sanki mahir bir rejissorun qurduğu mizandır.


O, leşiyinə gəlmiş, ancaq "ov”un hələ də nəfəs aldığını görüb, gözləməyə başlayanqartalı uçurtmamaq, qartalla qızcığazı fotoobyektivin bir rakursuna salmaq üçünoğrun-oğrun qıza yaxınlaşır. Bir neçə kadr çəkdikdən sonra daha möhtəşəm kadr tutmaqdanötrü qartalın qanadlarını açıb cəsədin üstünə cumacağı anı gözləyir. Lakinyarım saata yaxın gözləsə də, qartal durduğu yerdə durur, yerindən tərpənmir."Ov” hələ hazır deyil, "ov” nəfəs alır.

Nəhayət,yorğun fotoqrafın hövsələsi daralır, yerindən qalxaraq qartalı qovur və yolunadavam edir.

Karterinçəkdiyi həmin şəkil Nyu-York Tayms qəzetində dərc olunur və bütün dünyada böyükəks-səda yaradır. Aclığın dəhşətlərini ən mükəmməl sənəd və hesabatlardan, əngeniş çəkiliş və şahid söhbətlərindən daha təsirli əks etdirən bu cansız fotoşəkilbir anın içində fotoqraqfı əsl ulduza çevirir. O, ABŞ-ın ədəbiyyat,jurnalistika, teatr və musiqi sahəsində verilən ən nüfuzlu Pulitser mükafatınalayiq görülür.

Bir müddətdənsonra fotoqrafa aşağıdakı məzmunda hücumlar başlayır. Bütün dünyanı riqqətə gətirənbir şəkil çəkdiyinə görə sağ ol, bəs uşağın taleyi necə oldu? Niyə şəklifotoaparatın yaddaşına köçürüb tez onu satmağa tələsdin. Canı üstündə olan, hələ ki nəfəsi gedib-gələnköməksiz bir tifili düz elə həmin hadisənin baş verdiyi yerin yaxınlığında yerləşənBMT düşərgəsinə gətirib təhvil vermək olmazdımı? Məhz bu sualların üstündəqurulan ittihamlar yağışında onu hətta ikinci bir leşyeyən qartal daadlandırmışdılar.

Fotoqrafsözügedən mükafatı alandan bir neçə ay sonra intihar edir. İntihardan əvvəlyazdığı kağızdan da görünür ki, bu addımı təkcə təzyiqlərə görə yox, həm dədaim onu təqib edən vicdan əzabına görə atıb: "...Məni qətllə, meyitlər,pisliklər, əzablar, ac, yaralı uşaqlar, fərqi yoxdur, polis olsun, ya cəllad, əllərindəsilah tutmuş psixopatlarla bağlı canlı xatirələr daim təqib edir... "Gedirəm, bəxtimgətirsə bəlkə dostum Kenə qovuşdum.”


Elinanın dəhşətlifaciəsindən sonra baş verən hadisələrin gedişini izlədikcə Kevin Karterin əslkatarsis nümunəsi sayılan bu qısa həyat tarixçəsini tez-tez xatırlamalı oldum.Hadisələr xeyli fərqli olsa da, oxşar məqamlar da çoxdur. Onu əhatə edənadamların intihardan sonrakı davranışları barədə yeni-yeni faktlar üzə çıxdıqcabelə məqamların sayı da çoxalır.

Hələcanı üstündə olan bir uşağa qarşı istər məktəbdə, istərsə də xəstəxanada onu əhatəedən insanların sərgilədiyi münasibəti görəndə adamın nitqi quruyur. Hələ bir "əhatəedən insanlar”ın kimliyinə baxın. Pedaqoqlar, psixoloqlar, həkimlər, uşaqlarlabağlı səhv etmirəmsə iki ictimai quruma da rəhbərlik edən yüksək vəzifəli rəsmidövlət məmuru.

Öz peşəborcunu yüksək səviyyədə yerinə yetirən Kevin Karter insanlıq borcunu unutduğuüçün depressiyaya düşmüş, vicdan əzabı onu bu cür amansız hərəkətə təhrik eləmişdi.Elinanı əhatə eləyən adamlarsa öz peşə borclarını, peşə yox, vəzifə borclarını yerinəyetirməyənlərdir. Heç kim onları insanlıq borcularını unutduqlarına görəqınamır, peşə borclarına səhlənkar yanaşdıqlarına görə suçlamır. Onlar vəzifəborclarını unudanlar, yəni konkret cinayət əməli törədənlərdir.

Təbiiki, Sabir demiş, "daş qəlbli insanlar” kimi cinayət törədən adamları da müdafiəedənlər həmişə olub və bundan sonra da olacaq. Amma bu "müdafiə işi”nə həyatı, əməlləri,yaradıcılığı ilə xalqın sevgisini qazanmış böyük şəxsiyyətlər qoşulanda adam əməlli-başlısarsıntı keçirdir.

P.S. Sonralar məlum olmuşdu ki, fotoqrafın çəkdiyiuşaq qız yox, oğlandır. O özündə güc taparaq yaxınlıqdakı BMT düşərgəsinə qədərsürünüb getmiş, sağ qalmış, 2008-ci ilə kimi yaşamışdı. Həmin vaxt ata-anasıölkəyə yardım gətirən təyyarədəki yüklərin boşaldılmasına kömək göstərməyəgetdikləri üçün yiyəsiz qalıbmış.



TƏQVİM / ARXİV