adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

ƏRƏB BAHARI - Mehman Cavadoğlu yazır

MEHMAN CAVADOĞLU
60207 | 2019-04-23 10:03

2010-cu ilindekabrın 17-də Tunisin Sidi Buzid şəhərində küçə ticarətiylə məşğul olan MəhəmmədBuazizinin özünü yandırması böyük çaxnaşma yaradır və kütləvi etirazlar ölkənibürüyür. Ancaq bu etirazlar çox da uzun sürmür, vəziyyəti düzgün qiymətləndirənprezident Ben Əli regionun mental dəyərləriylə daban-dabana zidd hərəkət edərəkcəmi bir aydan sonra istefa verib ölkədən qaçır və bununla da Tunisdə İkinciJasmin inqilabı (birincisi 1987-ci ildə Ben Əlinin özünü hakimiyyətə gətirmişdi)qələbə çalır. İkinci Jasmin inqilabının qığılcımı alova çevrilib qonşu ölkələrədə adlayır. Ancaq tarixə "Ərəb baharı" kimi romantik bir adla düşənbu inqilablar bölgəni sözün birbaşa mənasında qan çanağına döndərir.

Hərçənd, prosesözü əvvəlcədən elə qanla başlamışdı. "Ərəb baharı"nın müjdəsi Tunishadisələri sayılsa da, kökü ötən əsrin sonlarına - İraqın Küveyti işğalına, buna cavab olaraqsaABŞ-ın İraqa birinci müdaxiləsinə və nəhayət, yeni əsrin əvvəllərində işğallatamamlanan ikinci müdaxiləsinə gedib çıxır. Yaxın tarixi dövrün bütün buolayları hamımızın gözü qarçısında baş verdiyi üçün təfərrüatlara varmadan bəziməqamları qabartmaq istəyirəm.

Misir inqilabıvaxtı ordunun düzgün mövqe sərgiləməsi hadisələrin ciddi fəsadlara yol açmadansonuclanmasına səbəb oldu. Liviyada ordu müstəqil siyasi qüvvə olmadığı üçünproses dinc məcradan çıxdı, Qəddafi etirazçı kütləyə xaricdən verilən hərbi dəstəyin - hava müdaxiləsinin sayəsindədevrildi. Suriya və Yəmən sonu görünməyən vətəndaş müharibəsinə sürükləndi. SəddamHüseynsə birbaşa xarici hərbi müdaxilə nəticəsində devrilmişdi, xalq bu prosesdəheç bir rol oynamamışdı. Hərçənd, bu, xalqın ondan razı olması anlamına gəlmir.

Son günlər dahaiki ərəb ölkəsində baş verən proseslər göstərir ki, "Ərəb baharı" hələdavam edir. Əlcəzairdə xalqın əzmkarlığı, Sudandasa hərbçilərin işə qarışmasıdaha iki diktatorun hakimiyyətinə son qoydu. Üstəlik, Liviya da yenidənqarışıb. Əslində, "yenidən qarışıb" ifadəsi o qədər də yerinə düşmür,çünki Qəddafi devriləndən sonra bu ölkədəki vəziyyət, onsuz da, qarışıq olaraqqalırdı. Ölkə faktiki olaraq beş-on yerə parçalanıb. Mərkəzi hökumət yalnızpaytaxt Tripoli və onun ətrafına nəzarət edir. Misurata qədim yunan stilində şəhər-dövlətdir,digər liviyalıları, ümumiyyətlə, bura buraxmırlar. Böyük şəhərlərdən biri olanBenqazinin də öz hökuməti var. Cənub-qərbdə köçərilər öz muxtar hakimiyyətləriniqurub. Zintan bölgəsininsə hətta ordusu da var. Bugünkü Liviya ərazisindəki"muxtar" və ya "müstəqil" regionların (dövlətlərin də deyəbilərik) sayı sadaladıqlarımızla bitmir.

Hazırda ölkə vətəndaşmüharibəsinin yeni aktiv fazasına qədəm qoyub. Aprelin əvvəlindən feldmarşal XəlifəHəftər hərbi əməliyyatları genişləndirərək paytaxt Tripoliyə hücuma keçib.Artıq döyüşlər iki ildir ki, fəaliyyət göstərməyən Tripoli aeroportu uğrundagedir.

BuHəftər olduqca maraqlı bir personadır. Vaxtilə Qəddafinin yaxın adamı olub, onaxəyanət eləyərək o vaxtkı Liviyanın düşməni Çadın tərəfinə keçib, Çadda Qəddafininəliylə həyata keçirilən dövlət çevrilişindən sonra Amerikaya qaçıb. Liviyanın nüvə silahı yaratmaqproqramından imtina etməsindən dolayı ABŞ-la istiləşən münasibətlərindən sonrahəmin ölkənin maraq dairəsindən çıxıb. Qəddafi devrildikdən sonra vətəninəqayıdıb, müxtəlif postlar tutsa da, heç birinə qane olmayıb. Bir neçə dəfəMoskvaya səfər edib, müdafiə naziri Şoyquyla görüşüb, indi də həmin ölkəninyüksək çinli məmurları, eləcə də Şoyqunun özüylə təmasları davam edir. Ağır xəstədir,hətta bir dəfə də ölüm xəbəri yayılmasına baxmayaraq, hələ ki, ambisiyalarındanəl çəkmək fikrində deyil.

Beləliklə, Misirnövbəti diktaturaya doğru inamla irəliləyir, Suriya və Yəmən məzhəblərarası,Liviya tayfalararası vətəndaş müharibəsiningirdabında boğulur, İraqsa həm məzhəblərarası, həm də etnikqarşıdırmalar labirintində azıb qalıb.

Əslində, busituasiya ərəb dünyası üçün yeni deyil, ötən əsrin əvvəllərindən ortalarınadoğru ard-arda öz müstəqilliyinə qovuşmuş həmin ölkələrin, demək olar ki,hamısı zaman-zaman bu cür xaosla üzləşib və yalnız yeni bir diktatora hamilə qalaraq onu doğduqdan sonradincəlib yerində oturub.

Yaxın Şərqdəyaranmış bu son acınacaqlı durumdan bəhs edən istənilən şərh və rəylərdə ənçox, əksər hallarda isə yalnız bir məqam qabardılır: Günahkar böyük dövlətlərdir.Əvvəllər böyük dövlətlər deyərkən ABŞ və SSRİ nəzərdə tutulurdusa, indiRusiyanın barmağı bir az gödəldiyindən daha çox ABŞ və Avropa Birliyinin adıhallanır. Düzgün fikirdir, mübahisə etmək çətindir. Böyük dövlət ona görə böyükdövlətdir ki, kiçik dövlətlərin işlərinə qarışsın, onları idarə eləsin, yaxudbuna cəhd göstərsin. Tarixin bütün dönəmlərində belə olub, bundan sonra da beləolacaq.

Amma sualolunur: bütün bu çaxnaşmalarda kiçik dövlətlərin özlərinin heç günahı yoxdurmu?Yüz minlərlə insanın qətlə yetirildiyi Suriyada Bəşər Əsədi istefa verməyəqoymayan böyük dövlətlərdirmi? Əsla. Heç Rusiya və İran da istəsə onu istefavermək fikrindən çəkindirə bilməz. Onu istefa verməyə qoymayan tək vəzifə hərisliyidə deyil. Bu gün Suriyada elə bir məzhəb qarşıdurması mövcuddur ki, söhbətölüm-dirim məsələsindən gedir. İstənilən sonucda qalib tərəf məğlububağışlamayacaq.

Belə qatı düşmənçiliyinəsasısında tarixi məzhəb qarşıdurmalarının dayandığını danmaq mümkün deyil.Amma əsas bu deyil. Əsas Əsədin, daha doğrusu, ata Əsədin vavtilə məzhəb zəminindətörətdiyi amansız qətliamlardır. İraqda bunu Səddam Hüseyn, Sudandasa Ömər Bəşəretmişdi - dini-etnik müstəvidə. Eləcə də Yəmən də... Liviyada... və s. və i.a.

Tarixdəiki növ diktatorlar var. Lenin, Hitler, Xomeyni kimi ideoloji ehkamların əsiriolan böyük diktatorlar, bir də Asiyada, Afrikada, Cənubi Amerikada həraddımbaşı rast gəlinən kiçik diktatorlar. İkincilərin yalnız bir ideologiyası,hakimiyyət ideologiyası var. Onlar hakimiyyət naminə öz ideologiyalarını biranın içində kommunizmdən liberalizmə,başçılıq etdikləri dövləti dini dövlətdən dünyəvi dövlətə (və ya əksinə) dəyişməyəhazırdırlar.

Amma növündənasılı olmayaraq istənilən diktatoru devirmək uzun, məşəqqətli və ağrılıprosesdir. İndi sual olunur: bəs bu gün inqilabi dəyişikliklərə nail olan həminərəb dövlətlərinin üzdə olan siyasətçiləri, dini məzhəb, sekta və tayfabaşçıları bunu bildikləri, öz yaxın tarixlərində onun ağrı-acısını ən azı bir dəfəyaşadıqlarına baxmayaraq niyə bir nəticə çıxarmır, ambisiyalarını basıb ortaq məxrəctapa bilmirlər? Adam balası kimi seçki keçirdib, onun nəticələriyləbarışmırlar?

Böyük dövlətlərmiqoymur? Böyük dövlətlər demokratik təsisatlara malik kiçik dövlətlərin də işlərinəqarışır, onları da hər vasitə ilə öz təsir dirəsində saxlamağa çalışır və çoxvaxt buna nail olurlar. Amma büsbütün öz əlaltısına, oyuncağına çevirə bilmirlər,axı. İctimai fikrin inkişaf səviyyəsimi mane olur? Düzdür, bu ciddi amildir.Amma get-gedə qloballaşan, şəffaflaşan dünyada başqalarının təcrübəsindən öyrənməko qədər də çətin məşğuliyyət deyil, axı.

Özü də əsasparadoks budur ki, amansız hakimiyyət qovğasında ambisiyalarını cilovlaya bilməyənlərınözləri hamıdan yaxşı bilirlər ki, bu mübarizədə uduzmaq olmaq yoxdur, ya qalibgəlmək, ya da məhv olmaq var.

"Ərəbbaharı"nın müjdəsini verən Tunis postdiktatura dövrünün normal modelini dəpis-yaxşı tapa bildi. İnqilabdan sonra yaradılmış Tunis Milli Dialoq Kvartetinin uzun və gərginçalışmalarından sonra milli konsensus yaradıldı və ölkə normal inkişaf yolunutapdı. Nədənsə Qərb onların bu təşəbbüsünü boğmadı, bu cür siyasi dialoqunuğurla yekunlaşmasını əngəlləmədi, hələ üstəlik, həmin dördlüyü Nobelmükafatıyla da mükafatlandırdı. Ümid edək ki, "Ərəb baharı"nın hələki, solmayan bu yeganə çiçəyi Yaxın Şərqin həqiqi demokratiya adasına çevriləcək.Qərbin köməyiylə. O hər kəsə arzuladığını verməklə ondan istədiyini alır.Uduşları da elə bundadır.

P.S. Dalaşan tərəflərisəqızışdırarlar.


TƏQVİM / ARXİV