adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
20 Aprel 2019 17:11
6084
GÜNDƏM
A- A+

FHN Penitensiar Xidmətlə birgə nəzəri məşq keçirib

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Baş idarəsi ilə Fövqəladə Hallar Nazirliyi (FHN) arasında razılaşdırılmış mülki müdafiə planına əsasən Mülki müdafiə qüvvələrinin şəxsi heyəti ilə nəzəri xəbərdarlıq və toplanış məşqi keçirilib.

Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Adalet.az-a verilən məlumata görə, FHN-ninMülki müdafiə işinin təşkili idarəsinin və Qazdan-tüstüdən müdafiə vasitələri bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş məşqdə Xidmətin Baş idarəsinin Mülki müdafiə qərərgahı və Mülki müdafiə qüvvələrinin şəxsi heyəti iştirak edib.

Məşqdə fərdi tənəffüs avadanlığının istifadə qaydaları və texniki xüsusiyyətləri barədə məlumat verilib, hadisələr zamanı mülki müdafiə qüvvələrinin vəzifələri və hərəkət ardıcıllığı izah edilib.