adalet.az header logo
  • Bakı 12°C

“Gülüstan”da incilər

VAQİF YUSİFLİ
75638 | 2019-04-19 17:38

Azərbaycanın təfəkkür və sənət mərkəzlərindənbiridir Quba. Tanrı bu məkana təbiətin bütün gözəlliklərini bəxş edib – Quba Azərbaycantəbiətinin şah əsəridir, - desəm, qətiyyən yanılmaram. Hər dəfə yolum Qubayadüşəndə, o nadir gözəllikləri seyr edəndə yalnız bircə sözün işığına bürünürəm:CƏNNƏT.

Qubaya səfərlərim həmişə şair dostum Ramiz Qusarçaylınıntəşkil etdiyi "Ay işığı” ədəbi məclisi ilə bağlı olub. O məclisin hər ay ikincibazar günündə keçirilən tədbirlərində iştirak etmişəm. Sözün açığı, zövqalmışam. Şeirlər dinləmişəm, bölgə şairlərinin (burada qonşu rayonlardan da sözadamları gəlir) şeirləri barədə mən də ürək sözümü söyləmişəm.

Ancaq eşidəndə ki, Qubada ikinci bir ədəbi məclis dəfəaliyyət göstərir, marağım artdı. Həm də bu məclisin adının "Gülüstan” olduğunubiləndə, çox sevindim. Çünki hələ XIX əsrin 30-cu illərində Qubada böyükmaarifçi Abbasqulu Ağa Bakıxanovun rəhbərliyi ilə belə bir ədəbi məclis təşkilolunmuşdu. Bu ədəbi məclisdə Bakıxanovla yanaşı, Mirzə Möhsün Xəyali, XınalıqlıEmin, Tağı Xaltani, Hacı Qubalı, hətta Dağıstan şairi Süleyman Stalski bir şairkimi parlamışlar. Deməli, ənənə davam edir. Mən "Gülüstan” ədəbi məclisinin üçşeir toplusu ilə tanış oldum – butanışlığı həmin ədəbi məclisin rəhbəri – şair-alim Şıxməmməd Seydməmmədovyaratdı. Şıxəmməd müəllim çox istiqanlı adamdır. Amma onun əsas məziyyəti genişdünyagörüşünə malik olmasıdır. Bakida, iki saatlıq görüşümüzdə mən bunun şahidioldum ki, Şıxəmməd müəllim coğrafiyaçı olmasına baxmayaraq əsl söz adamıdır. Özünüşair adlandırmır, amma gözəl şeirlər yazır. Həm də "Gülüstan” ədəbi məclisinin rəhbəridir, bu məclisdə təkcəQubanın deyil, Bakının, Xaçmazın, Şabranın, Qusarın, Dərbəndin seir-sənətxiridarları da iştirak edirlər. Həm də hər il Şıxəmməd müəllimin səyi ilə məclisiştirakçılarının şeir və nəsr nümunələrindən ibarət "Gülüstan inciləri” topluları nəşr edilir. İndiyə qədər səkkizbelə kitab çıxıb VII,VIII kitablar çoxdan işıq üzü görüb, IX kirab isəqarşımdadır.

Sözün düzü, bu üç kitabda müxtəlif səviyyələr əksolunub və yaxşı şeirlərlə yanaşı, ortabab şeirlər də nəzərdən qaçmır. Amma mənbunu bir qüsur saymıram. Qoy yaxşılar daha da kamilləşsin, ortabablar isə şeirə-sənətəməsuliyyətlə yanaşsınlar. Rus şairi Sergey Yesenin deyirdi ki: "Qoy lapqurbağanın nəğməsi olsun. Dünyaya yeni bir nəğmə ver ancaq”.

Bu toplularda mən Şıxəmməd Seyidməmmədovla yanaşı,daha aktiv bir neçə imza ilə də qarşılaşdım. Qələmşah İdrisov, Qafar Süleyman,Tahir Saleh, Böyükağa Ağa, Cabir Albantürk, Rahim Hüseynov, Asvar Tufandağlı, ЕмфираЯркли, NəhayətŞirinova, Rahim Hüseynov, Pirəli Рцклц, Zakir Bayramlı, Mеhrəli Qulu, Mövlud Ağamməd,Rizvan Qiblədağlı, Сяхавят Янвяроьлу Namiq Xınalıqlı, Sabir Kazımoğlu... Ümumən, "Gülüstan”dao bölgənin əksər şeir sənət xiridarları iştirak edir.


Təbii ki, "Gülüstan” şairlərinin şeirləri də müasirAzərbaycan poeziyasının bəlli tematikasını əks etdirir. Vətən məhəbbəti – Azərbaycanınvə Qubanın gözəlliklərinin təsviri, Vətənimizin azadlığı uğrunda canlarındankeçmiş şəhidlərimizin, milli qəhrəmanlarımızın xatirəsi, çağdaş Vətənimizintariximizlə, onun şanlı tarixiylə bağlılığı. Budur, elə Şıxəmməd Seyidməmmədovun"O gecə” şeiri 20 Yanvar faciəsinə həsr olunan bu şeirin son misraları:

29 il ötür o çağdan,

Ancaq hər an ürəklərə

йaxındır o gecə.

Qoy bilsin yağı düşmən

Azadlıq adlı

Sabahdır, o gecə.

Qızbəs Orucun Aprel döyüşlərinə həsr olunmuş şeiridə vətənpərvərlik duyğusu ilə qələmə alınıb. Amma оnun "Qayıdacağam”şeirini daha çox bəyəndim. Bu şeirdə ordu sıralarına yollanan bir gəncinanasına müraciəti əks olunur:

Düşmən əlindədi doğma Qarabağ,

Bizləri səsləyir hər dərə, hər dağ.

Xəcalət çəkirəm səndən a torpaq,

Hazıram döyüşə, olsa da yarım,

Ana, sağ-salamat qayıdacağam.

Üzülmə, dalımca olma nigaran,

Əyməsin qəddini nə qəm, nə hicran.

Yolumu gözləyir Azərbaycan,

Gümüş saçlarına ələnmiş qaram,

Ana, sağ-salamat qayıdacağam.

Asvar Tufandağlı da vətənpərvərlik ruhunu ifadə edənşeirlər yazır. Əruz vəznində qələmə aldığı "Vətənim” şeiri göstərir ki, o, əruza-klassikpoeziyaya bağlı bir adamdır. Amma onun "Qubanın məzarlığı” şeiri poetik bir çağırışdır:

Ey insanlar, ey cahan,

Harayıma hay verin!

Ey haqqa haq deyənlər,

Haq tutmazmı haq yerin?

Dinləyin vicdan səsin,

Düşünün dərin-dərin!

Niyə haqdan yayınmış,

Qubanın məzarlığı?

Məclis iştirakçıları arasında Cabir Albantürkünşeirlərini də çox bəyəndim. Onun "Gülüstaninciləri”nin VII və VIII toplularında çap olunan şeirlərini də oxudum və mənə əyanoldu ki, о, müasir şeir mədəniyyətinə yaxşı bələddir. Onun Qubalı şəhid YusifƏliyevin xatirəsinə həsr etdiyi "Şəhid oğulun dilindən” şeiri, həmçinin "Qazilərinqəlb çırpıntıları”- mükəmməl şeirlərdir:

Mən şeir yazmıram, dərd darayıram,

Qəlbimin küncündə yurd arayıram.

Misrada yıxılıb qaldığıм olur,

Mənada utanıb öldüyüm olur,

Torpağım həsrətdi ayaqlarıma...

Bir sözlə, "Gülüstan” şairləri şeirdə vətənpərvərlikruhunu həmişə hifz etməyə can atırlar.

"Gülüstan” şairləri yaşadıqları o gözəl məkanı da hərarətləvəsf едирляр.Нящайят Ширинованын «Тцлярим», MövludAğammədin "Ata yurdum, ana yurdum Qırızım”, Bəkər Səlimovun "Qımılım” şeirləribu şairlərin öz doğulduqları kənd haqqında səmimi ürək sözləridir.

"Gülüstan inciləri”nin bütün toplularında Qarabağmövzusu əsas yer tutur. Hamısında bir nisgil, nigarançılıq duyğusu yaşayır.Qıztamam Baxışovanın "Şuşa dərdi”ni həyacanla oxudum:

Vətənin canından can aralandı,

Hər zərbə aldıqcahey paralandı,

Qəlbindən vuruldu, lap yaralandı,

Aldıq qoynumuza, ağuşa dərdi,

Yurdun bir dərdi var, tək Şuşa dərdi.

Губа шящяр 5сайлы там орта мяктябин ВЫЫЫ синиф шаэирди Афят Рящимованын "Qaytar Laçını”şeirindəki çağırıma zənnimcə, hamımız səs verməliyik:

Qalx ayağa, vətən oğlu,

Qov vətəndən düşməni.

Qarabağda dalğalandır,

O yenilməz bayrağını.

"Gülüstan” şairləri içərisində Qələmşah İdrisovun,Qafar Süleymanın, Rahim Hüseynovun, Pirəli Rüklünün şeirlərindən də qısacasöz açmaq istəyirəm. Qələmşah İdrisovXaçmazlıdır, filologiya üzrə fəlsəfə doktorudur. Şeirlərindən hiss olunur ки, o, poeziyaya – şeir yazmağa adi bir məşğələkimi baxmır. Hər şeirində nəsə təzə söz deməyə can atır və buna əksər hallardanail olur:

Ayna sular mizrab vurur daşlara,

Nəğmə deyir küləyində dağların.

Neçə dəfə sınaнmışam, dözmüşəm,

Ələnmişəm ələyindədağların.

Ağ dumandan örpək vurub başına,

Qərinələr saya gəlməz yaşına,

Bir buz-bulaq çıxsa yolçu, qarşına,

Kim yatammaz bələyində dağların.

Dağlar haqqında Aşıq Ələsgərdən başlamış XX əsrşairlərimizə qədər necə-нечя yazıblar: SəmədVurğun, Osman Sarıvəlli, Məmməd Araz, Hüseyn Kürdoğlu, Məstan Günər, ZəlimxanYaqub – Dağ obrazı bu şairlərin ən sevimli obrazları olub.

Deyim ki, Qələmşahİdrisovun "Dağların” şeiri də o sıradaöz layiqli yerini tuta bilər.

Qafar Süleyman "Şabran” ədəbi məclisinin sədridir və"Gülüstan”ın da daimi iştirakçısıdır. Onun şeirləri barədə hansı yazımdasa sözaçmışam. Qafar da səmimi və təbiişairdir. Hər mövzuda şeir yazır və çalışır ki, oxucuların ürəyinə yol tapsın. Təbiətləinsan qəlbinin harmoniyasını əks etdirən "Bənövşə” şeiri məncə Qafarın ən gözəlşeiridir:

Çıxanda seyrinə gülün, çiçəyin,

O güllər içində gəz bənövşəni.

Amandır, insaf et, dəymə xətrinə,

Gözəl, min naz ilə üz bənövşəni.

Qoymaram həsrətdən gözləri dola,

İntizar qalmaqdan sarala, sola.

Yüz gül arasında görünməz ola,

Axtarıb taparam qız bənövşəni.

Gözəl şeirdir. Bənövşəyə aid də Qurbanidən üzü bəri"Bənövşə”lər yazılıb, Qafar Süleymanın "Bənövşə”si də bu sırada özünə yer tapannümunələrdəndir.

Rahim Hüseynovun şeirləri haqqında da xoş sözlərsöyləyə bilərəm. O da Qələmşah İdrisov və Qafar Süleyman kimi sözə poetik mənaverməyə çalışır. Bunu onun "Dağların həsrətin çəkirəm indi” şeiri barədə söyləyəbilərəm. Pirəli Rüklünün şeirlərinə gəldikdə isə onun xalq poeziyasına, aşıqşeirinə bələdliyinin şahidi oldum.

"Gülüstan inciləri”ndə çoxlu sevgi şeirlərini dəoxudum və deyim ki, o şeirlərin heç də hamısı yaşanılan, duyulan hissləri ifadəetmir. Amma bu şeirlər içərisində də ürəyi sevgi havası ilə dilləndirən nümunələrərast gəlirsən. Müşfiq Fərzəliyevin "Sevgi” şeiri belə başlanır:

Bu bahalı ömrümüzdə,

Ucuz olub indi sevgi.

Sevən üçün yaradandır,

İlk imandır, dindi sevgi.

Könlümdə gül olub bitdi,

Sehrə saldı, heyran etdi.

Dilimi lal edib getdi,

Ürəyimdə dindi sevgi.

"Könüldə gül olub bitən” sevgi ilə Rahim Hüseynovun"Sənsiz darıxıram”, Zakir Bayramlının "Məndən sevgi şeiri istəyən gözəl”,Böyükağa Ağanın "Səndən küsmüşəm”, Sədaqət Məmmədovanın "Səni bağışlamıram”,Yasəmən Tərlanqızının "Sevmərəm səni”, Yusif Eллinin "Hayıf” şeirlərində rast gəldik.

"Gülüstan inciləri”toplusunda nəsr və publisistika əsərlərinə də yer verilir. MəhəmmədOsmanovun "Bekarçılıq”, Məhərrəm Mustafanın "Ata əmanəti”, Nəzər Mirzəyevin"Beş dəqiqəlik dərs”, Vüsalə Anarın "İstək” hekayələri yığcam süjet, obrazı, təsvirolunan qəhrəmanların dolğun xarakterini canlandırmaq baxımından maraqlıdır.Amma bu müəlliflərə məsləhət görərdim ki, həyatın, gerçəkliyin daha mühüm hadisələrinə,olaylarına toxunsunlar.

"Gülüstan inciləri”nin bu sonuncu toplusu haqqında qeydləriмi buradaca bitirirəm. Arzum budur ki, bu incilərinsayı çoxalsın, "Gülüstan” şairləri təkcəQubada və o bölgədə deyil, bütün Azərbaycanda tanınsınlar, sevilsinlər.


TƏQVİM / ARXİV