adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Əbülfət MƏDƏTOĞLU: "ÖMÜR AĞACINDAN DÜŞƏN YARPAQLAR"

ƏBÜLFƏT MƏDƏTOĞLU
45033 | 2019-04-18 14:14

Dəyərli şairqardaşım, qələm dostum Rafiq Yusifoğluna

Bəribaşdan deyimki, Rafiq Yusifoğluyla uzun illərin Söz dostu, Qələm qardaşı. Dağlarımız dabirdi, çaylarımlz da, bulaqlarımız da, elə ürəyimizdəki dağlar da eynidi.Görünür, bu oxşarlıq, bu bir-birində özünü tapma heç də təsadüf deyilmiş. Vəbir də görünür ki, Tanrı qələminin kimliyimizə yazdığı yazılar da eyni qələmin,eyni mürəkkəbim məhsuludu. Ona görə də dağlarımız eyni ucalıqda olduğu kimi,yaşadığımız, çəkməyə məhkum olduğumuz dağlar da ürəyimiz tutumda olsa da, ammaağırlığı dözülməzdi, ağrısı bitib-tükənməyəndi...

Mən Rafiq müəlliminhər yazısını, hər kitabını əlimə alanda, sonra həmin o yazıyla, kitablabaş-başa qalanda bir anlıq xəyala dalıram. Gözümün qarşısına kəndimdən, yəniTuğdan Qubadlıya gedən yol - bir meşə cığırı gəlir. O cığırla təbiətin bizimindi işğal altında olan bölgəmizə bəxş etdiyi giləmeyvələrdən dadmaqla doymamaqşərti və sevgisiylə gedirəm. Və elə bilirəm ki, bu cığırın sağında, solunda vəümumiyyətlə, bu meşəlikdə boy verən bütün nə varsa hamısı təkcə mənim üçündü, mənimkimi düşünənlər üçündü. Və bir də bu torpağı mənim kimi sevənlər üçündü. Təbiiki, bu dediklərim həm də Rafiq Yusifoğluna aiddir. Xüsusilə ona görə ki, RafiqYusifoğlunun söz dünyası həmin o təbii ormanı, meşəni, çəməni xatırladır mənə.Əlini hansı sözə uzadırsansa, özünəməxsus dadı, tamı, özünəməxsus gözəlliyi, zərifliyivar. Bax, bu dad, tam, bu gözəllik, zəriflikruhuma hopur, könlümü oxşayır. Ona görə də qələm dostumun şeir çələngindəndoymuram, ayrılmaq istəmirəm...

Bax, elə bu günlərdəişıq üzü görmüş və dəyərli professorumuzu, folklorşünas alimimiz MəhərrəmQasımlının redaktorluğu ilə nəşr edilmiş "Ömür ağacından düşənyarpaqlar" kitabı da məni həmin o dediyim ovqata qaytardı. Mən kitabın ilksəhifəsindən Rafiq Yusifoğlunun ilk imzasını gördüyüm illərə qayıtdım. Kitab elətərtib olunub ki, bir şair qələminin ilk nümunəsindən kitabın çapına qədər olanyol naxışlanıb. Oxucu, yəni mən 1966-cı ilin Qubadlısına qayıdır... Şairin ilkaddımlarının səsini eşidir... ürəyinin döyüntüsünü dinləyir. Hiss edir ki, ədəbiyyata,söz dünyamıza yeni bir imza gəlir, yeni bir nəfəs qarışır və bu səsin, bu nəfəsinsahibi yuxusuz gecələrin yaşantılarını özü üçün birmənalı şəkildə qəbul edir. Və...


Və beləcə,başlayır barəsində fikirlərimi bölüşdüyüm kitabın şeir düzümü. Tam səmimi deyimki, mən kitabı vərəqləyib şeirdünyasında özümün duyğularımı cilalamağa başladığım anda hardansa ağlıma birfikir gəldi. İstədim ki, Rafiq müəllimin xanımına, qızına, oğluna, Vətənə,Qarabağa ünvanladığı şeirlərin fonunda kitab barəsində içimdən keçənləri sizinləbölüşüm. Bilmirəm, bu cür yanaşma Rafiq Yusifoğlunu qane edəcək, yoxsa yox,amma ürəyim belə istədi. Bax, bu istəyin ilk misraları belədi:


Qəlbə daş atanıninsafına bax, -

Bu yerin ənparlaq ulduzu söndü.

Getdi, yasabatdı bütün Qarabağ,

Tehran gəlişiyləCənnətə döndü...


... Qürbətdə vətənidüşünüb hər gün,

Yaşarmı budaqdanayrılan yarpaq?

Tehran cənnətə dədönsə onunçün,

Yadındançıxmayıb doğma Qarabağ.


Bu şeir Ağabəyimağaya ithaf olunub. Onun nisgilli taleyindən danışır bu şeir. Özü də bir şairvurğunluğuyla. Və oxuduqca gözünün önünə xarıbülbül də gəlir... Zənnimcə,oxucuya işarəylə, sətiraltı deyimlə öz istəyini çatdırmaq, öz fikrini həzmetdirmək yaradıcı insanın qayəsi və uğurudur. Bunu da Rafiq Yusifoğlu ustalıqlabacarıbdı. O hələ 1974-cü ildə yazıb ki:


Qapımız, bacamızqalıb başına,

Könlümsızıldayır yaralı kimi.

Üzümü sürtürəm qəbirdaşına,

Dağların bir ürkəkmaralı kimi.


Sinəmdə illərinhəyəcanı var,

Ürək doğmalarıyada salıbdır.

Bizim kəndimizdəbizdən yadigar,

Təkcə babamızınqəbri qalıbdır...


Mən bu şeirioxuyanda tam səmimi şəkildə qərar verdim ki, Rafiq Yusifoğlu yurd itirəcəyimizi,yurda həsrət qalacağımızı öncədən duyubdu, fəhm edibdi. Ona görə də həmin ohissləri qələmə alıbdı...


Günahım nədirki,

Günahsız bir gözəl

Sevir məni.

Günahım var isə,

Balanın başına

Çevir məni...


Bu, şairetirafıdı, özü də ömür-gün yoldaşına. Və yaxud:


Qəlbimin arzusuqəlbinə hopub,

Təzə bir qönçəsəngüllər içində.

Ay oğul, sən mənimqəlbimdən qopub,

Gəzən ürəyimsənellər içində...


Və yaxud:

Darıxıramay qızım,

De,necə rahat yatar.

Özdoğma övladından

Ayrıdüşən bir ata.

Təqdimetdiyim bu nümunələrin hər birində bir atanın, bir ailə başçısının, bir sevəninsanın bütün duyğularının səmimiliyini, həssaslığını, ən vacibi isə özüolmasını görmək mümkündür. Burada Rafiq Yusifoğlu həm də özü-özünü oxucusuna təqdimedir. Bağlılıq tellərinin incəliyini qabardır. Təbii ki, bu, dənizinqabarmasıdı, sevginin qabarmasıdı. Və o da təbiidir ki, bu qabarmalar oxucunuözünə çəkir, oxucunu qolları arasına alır. Mən Rafiq Yusifoğlunun "Ömürağacından düşən yarpaqlar"ını yığmağa çalışdım. Amma o yarpaqlar o qədərkövrək idi ki, toxunmağa qorxdum. Lakin içimdə yaşayan inam mənə söylədi ki, oyarpaqlar solmayan yarpaqlardı, onlar xəzəl olmayacaq. Çünki o yarpaqlaraRafiqin ürəyi, varlığı hopubdur. Allah o ürəyi, o varlığı qorusun!

Əbülfət MƏDƏTOĞLU

TƏQVİM / ARXİV