adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

MENTALİTETİN HÜQUQ ÜZƏRİNDƏ AĞALIĞI

MEHMAN CAVADOĞLU
54483 | 2019-04-16 08:54

Dəqiq tarixi yadıma gəlmir,hardasa 90-cı illərin axırlarında ölkənin o vaxt nisbətən populyartelekanallarının birində hüquq və qanunla yox, əlahəzrət mentalilitetlə yasaqhesab olunan "məhrəm” bir mövzuda yeni layihə açıldı. "Gecə yarısı”, yaxud nəsəbuna bənzər adı olan və bütün digər telelayihələrimiz kimi xarici kanallardangötürülmüş həmin layihənin məqsədi insan həyatının intim tərəfləri, bu sahədəkiproblemlər və s. buna bənzər məsələlər müzakirəyə çıxarılırdı. Bəri başdan deyəkki, çox cəsarətli təşəbbüs idi. Çünki bizim kimi mühafizəkar toplumlarda belə həssasmövzularda bərkdən danışmaq, yumşaq desək, ədəbsizlik sayılırdı. Ancaq nəzərəalmırdıq ki, hər hansı problem haqqında bərkdən danışmamaq onun yoxluğuna dəlaləteləmir, əksinə susqunluq baş alıb getdikcə problem daha da dərinləşir, irinləyirvə sağalmaz yaraya çevrilir.

Sözü gedən verilişinaparıcısı Aygün Kazımova idi. Aygün xanım yaxşı müğənni olsa da, aparıcı kimielə böyük səriştəyə və təcrübəyə malik deyil. Amma əvəzində onun səmimiyyət vənecə varsa eləcə də görünmək kimi çox az adamlarda rast gəlinən nadir birkeyfiyyəti var. Görünür, elə buna görə də bu cür həssas mövzunun aparıcılığıona tapşırılmış və yaxud o özü sinəsini qabağa verərək bu cür ağır, çətin, iyrəncdedi-qodulara nədən olacağı əvvəlcədən şübhə doğurmayan bir yükün altınagirmişdi.

Vur-tut bir neçə verilişdənsonra layihə dayandırıldı. Səbəbəni dəqiq bilməsəm də mentalitet aşiqlərinin yuxarıdasöylədiyim dedi-qodularının bu məsələdə axırıncı rol oynamadığını təxmin etməkheç də çətin deyil. Qısa ömürlü olmasına rəğmən hər dəfə ictimai fikirdə oxşarmovzuda bir çalxalanma və təlatüm qopanda istər-istəməz sözü gedən tok-şoudakıbir səhnəni xatırlayıram.

Deyəsən, elə ilk verilişə qeyri-adekvathəyat tərzi səbəbindən bir neçə dəfə polisin məlum məntəqəsinə düşüb-çıxmış, mərhumElina yaşında bir qız dəvət olumuşdu. Məqsəd azyaşlını yenidən düzgün yolaqaytarmağın, onu cəmiyyətə inteqrasiya etməyin yollarının müzakirə etmək idi. Müzakirələrinşıdırğı yerində söz alan yüksək elmi titullara sahib bir psixoloq xanıminzibati orqan işçilərinə xas yüksək və amiranə səslə dedi ki, bu qız cəmiyyətüçün itirilmiş bir varlıqdır və onu təcili olaraq cəmiyyətdən təcrid eləməklazımdır. Bu da sizə psixoloq! Amma ən maraqlısı qızın cavabı oldu: "TanrıMariya Maqdalinanı bağışlayıb düz yola qaytarıbsa, deməli, hələ hər şey itirilməyib”.Bu da sizə qurban! Kimin kimə dərs keçdiyini, kimin psixoloqa ehtiyacı olduğunuözünüz müəyyənləşdirin.

İndi cəmiyyətdə balaca birqızcığazın intiharıyla bağlı gedən diskussiyaların əsas məqamlarından biri də, əvvəlkigünlərdə və aylardakı bir yana qalsın, məhz intihar anından ölüm anına kimi keçənmüddətdə məktəb, rayon yetkililərinin, tibbi personalın və bir də məktəbpsixoloqunun sərgilədiyi davranışlarıdır, bu davranışların ən azı adi əxlaqnormalarıyla nə dərəcədə uyuşub-uyuşmamasıdır. Bu məqamda yada düşən ən maraqlıdetal isə bundan ibarətdir ki, sən demə, bizim məktəblərdə psixoloq ştatları davar imiş. Sual olunur: bütövlükdə on-on beş normal psixloqun olmadığı bir ölkəninminlərlə məktəbindəki psixoloq ştatlarında çalışanlar kimlərdir? Onlar harda təhsilalıblar, hansı peşənin və ya səriştənin sahibidirlər? Yoxsa Mərdəkandakıvalideynlərdən məhrum uşaqların təhsil aldığı məktəbdəki kimi hər yerdədirektorun sürücüsü və yaxud bu qəbildən olan başqa adamlar tutur həmin vəzifəni(fakt sözü gedən məktəbin keçmiş işçisinin bu günlərdə paylaşdığı statusdangötürülüb).

Elinanın intiharından dolayıyayılan xəbərlərdə ən tükürpədici məqam bu uşağın, hətta onun ailəsinindavranış və hərəkətləri barədə yayılan söz-söhbətlərdir. Bu söhbətlərin nə dərəcədəhəqiqət olub-olmamasını bilmirəm və bilmək də istəmirəm. Onu yayanların məqsədiözlərini batdıqları çirkabdan təmiz çıxartmaqdan, uşağa qarşı zaman-zaman nümayişetdirdikləri biganənəliyə, intihar faktından sonra sərgilədikləri cinayətkar münasibətəhaqq qazandırmaqdan başqa bir şey deyil. Çünki indi onların mentalitetin çətirialtna sığınmaqdan başqa yolları qalmayıb. Yaxşı fikirləşib tapıblar, atdıqlarıdaşın istiqamətini düzgün müəyyənləşdiriblər, hər necə olsa da, pedaqoq,psixoloq və bu qəbildən olan təmtəraqlı adların daşıyıcılarıdırlar, axı.

Daş hədəfə dəyməsə də, çoxda uzaqdan keçmədi, həmin dedi-qodular və ya hər nələrsə işə salındıqdan sonra özlərinəxeyli müdafiəçilər tapdılar. Lap tutalım, dediklərinizdə yetərincə həqiqət payıvar. Lap tutalım, "yolunu azmış” bir tifili "yoluna qaytarmaq”, onu öz əhatəsinindaimi fiziki və mənəvi terrorundan qorumaq kimi gəlirsiz bir işə baş qoşmağavaxtınız və həvəsiniz olmayıb. Lap tutalım, "terrorçular” bəlkə də sağmal ailələrin övladlarıdır deyə şəxsirəğbətiniz qurbanın yox, onların tərəfindədir. Bəs, ölüm ayağında olan birinsana kriminal düşərgələrdə yox, təlim tərbiyə və səhiyyə müəssisələrində göstərilənbelə münasibətin, üstəlik, yerli icra hakimiyyətinin vəzifəli bir nümayəndəsinində bu işə cəlb olunmasının adını nə qoyaq? Bəs bunu vəzifə borcu, peşə etikasıvə s. bu qəbildən olan nəsnələr bir yana, kal armud olub cəmiyyətin boğazındailişib qalmış hansı mentalitetin adına yazaq? İntihara təhrik edilmiş bir uşağıəxlaqsız adıyla cəmiyyətə sırıyanların öz hərəkətlərini hansı əxlaqkateqoriyasına aid edək? Yoxsa, bunun adı əxlaq deyil, ağsaqqal öyüdüdür.

Mentalitet bu gün Azərbaycancəmiyyətində sözün həqiqi mənasında meydan sulayır. Hansısa gecə barındahansısa qızın çılpaq və yarıçılpaq oynamasının görüntüsü yayılır, ölkəbir-birinə dəyir. Hansısa kafeni bağlamaq üçün konkrek dövlət orqanının oradağıdıcı reyder hücumu başlayır, qızlara burda pulsuz qəlyan təklif olunur deyəaləm qarışır. Hansısa bir evdə kimlərsə əylənir, cəmiyyəti çaxnaşma bürüyür. Siyahınıyetərincə artırmaq üçün, sadəcə olaraq, qısa bir zaman kəsiyində qoparılan bucür tozanaqların xronologiyasına ötəri nəzər salmaq kifayətdir. Ancaq əsas sayyox, mahiyyətdir. Çünki bu cür əməllərin mahiyyəti, hüquqi tərəfi bir kimsənimaraqlandırmır. Heç bu cür axmaq vəziyyətə düşən sahibkar da, vətəndaş da özhüquqi müdafiəsini təşkil etmək barədə düşünmür. Deyə bilmir ki, kafeni sökməyin,hansısa obyekti bağlamağın hüquqi qaydaları var, axı. Mən obyektdə kiməsə nəyisə,necə təklif edirəm, özüm bilərəm, sizə nə dəxli var? Qanunu ki, pozmuram. Qanunupozanların özləri də ictimai diqqəti problemin hüquqi tərəfinə yox, digəristiqamətə yönəldir, çünki camaatın qanunlardan çox mentalitetə hörmət etdiyini,ictimai fikri yönəldənlərin məbz bu məqamı qabardacaqlarınıyaxşı bilirlər.

Qapalı əyləncə məkanlarıhansı mentalitetin daşıyıcısı olmağından asılı olmayaraq bütün dövrlərdə vəbütün ölkələrdə olub, var, bundan sonra da olacaq. Tarixdən çox misallar gətiribvaxtınızı almağa ehtiyac yoxdur. Sadəcə, "Dəli Kür” filmindəki bədii təxəyyülünyox, məhz tarixi həqəqətin təcəssümü olan məlum səhnəni yada salmaq kifayətdir.Üstəlik , filmdən də göründüyü kimi belə məkanlara baş çəkənlərin əksəriyyəti əsasənelə həmin mentalitetin qatı tərəfdarları və keşikçilərinin özləridir. Bu artıq başqasöhbətdir ki, keçmişdə belə səhnələri çəkib yaymaq və bu cür yerlərə baş çəkməkimkanı olmayan tamarzıların, heç olmasa, gözlərinin qurdunu öldürmək imkanı yoxidi. İndisə yayırlar, hamı yayır, bəyənənlər də, başlarını iki əlinin arasınaalaraq vay-şüyən qoparanlar da. Belə əndişələnirsizsə, yaymayın da. Sübut üçünyayırsınızsa, saxlayın sübut tələb edənlərə göstərin də.

Elinanın faciəsinə ölkəninyüksək siyasi rəhbərliyi tərəfindən ciddi reaksiya verilməsi məsələnin obyektivaraşdırılacağına böyük ümidlər yaradır. Niyə axı, belə reaksiyalar olmayan məqamlardacəmiyyət düzgün araşdırmaların aparılacağınainanmır və yaxud yaxşı halda buna şübhəylə yanaşır? Bax, əsas sual budur.Ayrı-ayrı dövlət orqanlarında hökm sürən belə praktika təkcə konkretsituasiyalardakı ədalətsiz qərarların qəbul edilməsinə yox, bütövlükdə cəzasızlıqmühitinin yaradılmasına, qanun qarşısında məsuliyyət hissinin itirilməsinə səbəbolur. Bu tendensiya getdikcə cəmiyyətin bütün qatlarına sirayət edərək hər sahənibürüyür. Məmurların özbaşınalığı, saxtakarlığı, səhlənkarlığı normaya çevrilirvə qanunun təntənəsinə olan inamı sarsıdır.

Bütün bunlar hüquqinihilizmin nəticəsidir, ya da ki, tərsinə, demək olar: bütün bunlar intensivləşdikcə,çoxaldıqca, kütləviləşdikcə mentalitetin hüquq üzərindəki hökmranlığına, sonolaraqsa hüquqi nihilizmə gətirib çıxardır və ədalətin təntənəsini yalnız yüksəksəviyyəli siyasi müdaxilələrin ümidinə qoyur.

M. CAVADOĞLU


TƏQVİM / ARXİV