adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

RAFIQ TAĞI, RASİM ƏLİYEV VƏ ELİNA ...

NİCAT NOVRUZOĞLU
66385 | 2019-04-14 11:29

Rafiq Tağı yazıçı-jurnalist idi. 2011-ci ilin noyabr ayının 19-da naməlum şəxs(lər) tərəfindən bıçaqlandı.23-ü isə vəfat etdi.

Rasim Əliyev 2015-ci ilin 8 avqusttarixində məlum şəxslər tərəfindən döyüldü və səhərisi günü yəni avqustun 9-davəfat etdi.

Elina Hacıyeva 2019-cu ilinapreli ayının 4-də özünüoxuduğu 162 saylı məktəbin pəncərəsindən atdı.Ağır vəziyyətdə KlinikiTibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirili. Aprelin 6-da dünyasını dəyişdi.

Onları düşüncələrimdə birləşdirən bir məqam haqdayazmaq istədim. Hərəsi müxtəlif səbəblərdən aldıqları xəsarətlərlə xəstəxanalara yerləşdirilən mərhumlar bir neçəgün yaşadıqdan sonra dünyalarını dəyişiblər. Oxşarlıq ondan ibarətdir ki, hərüçü aldıqları xəsarətdən sonra anlaqlı vəziyyətdə olublar və hər üçü başlarınagələnləri anlada biliblər. Və hər üçü barədə məlumat verilərkən bildirilib ki,vəziyyətləri normaldır və həyatda qalmaq şansları var. Əfsus...

Axırıncı olayda isə həkim intihar edənin(E.Hacıyevanın) sabah palataya köçürüləcəyi barədə məlumat verir. Tam əminliklədə bildirir ki, intihar edənin elə də bir problemi yoxdur. Sabah isə Elinadünyasını dəyişir.

Məncə burda qaranlıq məqamlar var. Bəlkə də bubizim üçün qaranlıq görünə bilər, amma həkimlər üçün qaranlıq deyil. Biz düşünəbilərik ki, yəqin, həkimlər savadsızlıqdan vəziyyəti düzgün qiymətləndirəbilmir və səhv məlumat verirlər. Amma həmin həkimlərin ətrafındakılar 100 faizbilirlər ki, o niyə belə edib. Niyə valideyini övladının yanına buraxmayıb. Vəinanın ki, Elinanın yaşayıb-yaşamayacağını dəqiq biliblər.

Bax həkimin bu cürr davranışınıanlamaq mümkün deyil. Xəstənin doğmalarına niyə düzgün məlumat vermirlər?Valideyini övladının yanına buraxmamaq nə deməkdir?

Həkimin bir məqsədi olmalıdır:sağaltmaq, yaşatmaq! Son olayda məncə həkimin məqsədi başqadır. Və ya həkimkiminsə məqsədinin istifadəsiçisidir. Onun hərəkətləri və dedikləri bunu söyləməyəəsas verir. Həkim kimisə qoruyur, ancaq bu qorunan Elina deyil.

Belə hadisələr bu ölkədə çox olur.İctimailəşən bunların çox az bir hissəsidir.

Cəza isə həddindən artıq az kəsilir. Cəzasızlıq isədaha ağır fəsadlar yaradır.

Səhiyyə doludur yeni avadanlıqlarla. Elə buavadanlıqları da cəmiyyətin gözünə soxaraq deyirlər və bizdə yazırıq ki, səhiyyəinkişaf edir.

Avadanlıqla inkişaf etmək olmur.

And içməklə də həkim olmaq olmur.

Savadla, təhsilləvə bir də peşə eikasıns vicdanla əməl etməklə həkim olmaq olar. Elə direktor dabelə olmalıdır. Savadı, təhsili və ən əsası insanlığı olan bir həkim isə ölməkdəolanın valideyinini qapı arxasında saxlamır.

Belə olmayanda Elinanın və onun kimilərin ölümü birailənin yox, bütövlükdə cəmiyyətin faciəsinə çevrilir.

P.S. Kaş sərlövhədəkinöqtələrin yeri həmişəlik boş qalsın.


TƏQVİM / ARXİV