adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Əbülfət MƏDƏTOĞLU: ADAM BALASI ADAM

ƏBÜLFƏT MƏDƏTOĞLU
45834 | 2019-04-07 11:14

İndi eləbir şərait, elə bir mühit yaranıb ki, adamı adamlıqdan çıxarmaq, adamaadamlığını unutdurmaq bir qurtum su içmək qədər asan olubdu. Elə fikirləşməyinki, bu asan xidmətin sayəsində gerçəkləşən işdi. Yox, tövbə bu belə deyil. Bu,adamı adamlıqdan çıxarmaq istəyənin özünün adamlığını istəməsindən, adamlıqdanuzaq düşməsindən qaynaqlanan məsələdir. Yəni səni adamlıqdan çıxaran özü adamolmadığına görə, öz durumunu sənə tətbiq edir. Sənin əlindən, ayağından, ətəyindənyapışıb çəkib gətirib atıb özü içərisində olduğu çirkaba. Deyir sən də mənimkimi ol, mənim durumumda ol...

Təbiiki, bu məqamda onun züy tutanları, köhnə kişilərin dediyi kimi ifadə etsək, "ələkçininqıl verənləri” baş rola keçirlər. Yəni bir xor yaranır. Həmin "xor” dasifarişçinin, bütün söylədiklərini, etdiklərini elə alqışlayır, elə dəstəklərilərki, sanki müqəddəs kitabın hansısa birhissəsindən oxunan fikirlərin dəryasına qərq olurlar. Üz-gözlərindənyalançı xoşbəxtlik tökülür. Bu saxta həmrənglik (həmrəylik yox ha – Ə.M.)ansamblı tamamlayır. Və nəticədə adamın çevrəsində yaranan mühit o qədərcansıxıcı, o qədər lüzumsuz və heç bir məna ifadə etməyən boşluğa, necə deyərlər,"ölü dünyaya" çevrilir. Bilmirsən ordan necə çıxasan, necə qurtulasan.Əslində bilirsən və bildiyin də bundan ibarətdir ki, sən hər şeyi alt-üst etməlivə nəhayət həmin o hər şeyin sifətinə tüpürüb (ifadəyə görə üzr istəyirəm –Ə.M) çıxıb getməlisən, özü də arxaya baxmadan. Amma bu anda da sual yaranır:

- Haragedəsən? Gedəcəyin yerin ayrıldığın yerdən fərqinin nə olacağı, nə qədərolacağı bilinmir axı.

Burdayadıma toz basmış bir atalar sözü düşür. Atalar deyib ki, "köhnə yurdun qədrinitəzə yurdda bilərlər”... Bəli, mən bütün bu dediklərimi bilgisayara birnəfəsəsöyləyirəm. Zaman, məkan, həyat, çevrə, elə yaşamın özü, hətta yazılanlar beləo qədər bayağılaşıb, o qədər boşluğa üfrülən sözə çevrilib ki, adamın özünəyazığı gəlir. Adam adamlıqdan çıxdığına görə, özünə və onu adamlıqdan çıxaranalənət oxuyur. Nə isə...

Bu məqamdaköməyə çatan Allahın bir adı olan və bizə qismən təsəlli verən səbr olur. O səbrdə bizi çəkir içimizə ağrılarımızla birlikdə, dərdlərimizlə birlikdə...Qayğısınıçəkməyə məhkum olduğumuz ailəmizlə birlikdə. Yəni onları gözümüzün qarşısına gətirib"ya səbr!” deyirik. Təbii ki, mən bu məqamda həm də səni düşünüb sənin adını çəkirəm.Axı, bu dünyanın bütün çirkablarından uzaq durmaq, bütün yalançı fikirlərdən,aktyorluqlardan yayınmaq üçün köməyimə çatan bir əl varsa, o da sənin əlindir.Və mən də o əli, o əlin sahibini düşünə-düşünə yazıram:


Ürəyiminşəklini

Özümlə gəzdirirəm...

Nəvaxtdı böyütmüşəm –

Gözümdəgəzdirirəm...


Hər günruhən oxşayıb

Təbəssümüniçirəm.

Hətta bəzəngizlicə

Belinəqol biçirəm...


Qayğılıanlarımda

Çökürəmqarşısında...

Ruhumunyaxasını –

Sökürəmqarşısında...


Baxışlarımlasaçın

Öpürəmsayıb tək-tək...

Həyatımdı,sirr açım –

Mənə, buşəkil – ürək!

***

Bəli,insan bir cana, bir yaşama borcludu. Təbii ki, biz o canı övladlarımıza da,sevdiklərimizə də, vətənimizə də qurbandeyirik. Amma bu qurbanlığın qəbul olunub-olunmamsı Tanrı işidi. Yəni Yaradan,canın sahibi Tanrıdı. O da qərarı özü verir. Biz kiməsə ömrümüzdən kəsib payvermək gücündə deyilik. Bu, sadəcə istəkdi, arzudu. Amma gerçəkləşməyən, sözolaraq qalan bir arzu. Və bu məqamda mənim içimdən gəlib keçən bir fikri dədiqtə etdiklərimin ardınca söyləmək istəyirəm. İnsan gərək elə arzunun ardıncagetsin, elə arzunun uğrunda əzmkarlıq göstərsin ki, onu gerçəkləşdirə bilsin,onun real olduğuna özü də inansın. Yoxsa söz xatirinə yaxına, uzağa, dosta, lapelə sevdiyinə "ömrümdən kəsib sənə verirəm” demək sadəcə pafoslu bir ifadədir.Düzdür, bu bir az səmimiyyət artıra bilər, hardasa məqama bir az şirinlik qatabilər. Amma bütün hallarda bu, yalnız və yalnız pafoslu sözdür. Çox təəssüf ki,insanlar bəzən süni, saxta gözəlliyin girovuna çevrilirlər. Yəni gözəl kimi qəbuletdiyin parikli, makiyajı, nə bilim nəli-nəli birisi mətbəxdə və yaxud o bər-bəzəyiunutduğu anda qarşına çıxanda özünü hansı durumda hiss edəcəyini mən təxminedirəm. Yəqin sən də təxmin etmiş olarsan. Ümumiyyətlə, Allahın yaratdığı öz görkəmində, özbütövlüyündə daha diqqətçəkəndir. Deyə bilərsiniz ki, söz də bəzək götürür. Onucilalamaq, təravətləndirmək mümkündü.

Bufikirlə razılaşıram. Amma onu da birmənalı şəkildə xatırladıram ki, bütün bəzəklərqədərində olmalıdı sözünkü də, gözəlinki də! Bu yerdə Şeyx Nizaminin "Artıqiçiləndə dərd verir su da” kəlamı mənim dediklərimin təsdiqi kimi çox real səslənir...

İndibilgisayar qarşısında dayanıb son günlərin qarmaqarışıq hava durumundan tutmuşiş yerimdəki boz ayı xatırladan hava durumuna qədər hər şeyi özüm üçün çanlıbir varlığa bənzədirəm. Tutaq ki, hansısa bir dar ağacına yarpaqlar yaz gəlməsinəbaxmayaraq hələ görünmür, tumurcuqlar tək-tək hiss olunur, açılan çiçəklərşaxtadan qorxur, külək, yağış qılınc kimi oynayır bu ağacın başının üzərində.Adamlar da ki... daha nə deyim, onsuz da hamı öz kimliyini bildiyi kimi, onunda kimliyini hamı bilir. Çox təəssüf ki, bu bilinən, bu bəlli olan gerçəklik həmino yazının əvvəlində vurğuladığım "xorun” sayəsində malalanır, həddindən artıq bər-bəzəyəbürünür... Nə isə... Onsuz da hələ boyası qurumamış sifətlərə su dəyəndə lapgöz yaşı olsun belə, rənglər bir-birinə qarışır. Çətiri götürməyi unudanlar buboya qarışmasının nə demək olduğunu az-çox təsəvvür edə bilərlər. Mənim isə buaprel ayının ovqatına uyğun olan bir boyalı fikrim var. O fikrin mahiyyəti-məramızarafat üzərində qərar tutmuş şeirin ünvanlandığı səndə özünü tapmasıdı. Əgər tapabolsə, demək boyasını qədərindən artıq etməmişəm. Və yazmışam ki:


Heç kimisevməmisən

Mənisevdiyin qədər...

İnanmırsanki, bizi –

Görüşdürübdüqədər...


Nazımada dözmüsən

Qəm doluhalıma da...

Sənfikir də çözmüsən –

Mənim təkzalıma da...


Haqdan gəlibodur ki,

Pozulmazdıbu qədər...

Bizə nəyaşatsa da –

Sevincolsun, ya kədər...


Hərmisranın sözünü

Tutiyətəkyığmısan...

İmzamı,həm özümü –

Ürəyiməsıxmısan...


Çatıb sənöyündüyün

Dadımaşairliyim...

Unudulubgördüyün –

Mənim vəsairliyim...

***

Özünühamədan ağıllı saymaq mənim düşüncəmə görə, əxlaqlı adama yaraşan iş deyil.Ümumiyyətlə, adam balası adam düşünməlidir ki, onun qarşısındakı da, onunyanındakı da bu dünyadakı adam balası adamlardan biridi. Və həmin adam balasıadamı da Allah yaradıbdı. Onu da düşünmək, dərk etmək, görmək, çalışmaq,yaşamaq, sevmək haqqı və imkanı veribdi. Əgər bütün bu dediklərim bütün adambalası adamlara xas olan keyfiyyətdirsə, niyə mən özümü başqasından üstüntutmalıyam, ağıllı saymalıyam.

Bilirəmki, məntiqə söykənənlər bu sualla bağlı azı birkitablıq şərhlər yaza bilərlər, fikirlər söyləyə bilərlər. Və mən dəbunların hər birini normal qarşılayaram. Çünki hərənin öz baxışı, öz yanaşması,öz dünya görüşü var. Və adamlar da məntiqlərindən, düşüncələrindən, görüşlərindənçıxış edirlər. Lakin hər zaman söykəndiyim və inanaraq özüm üçün qəti bir qəraraçevirdiyim fikir bundan ibarətdir ki, mən kimsədən üstün deyiləm. Həmçinin kimsədə adam balası adam kimi məndən üstün deyil. O ki, qaldı gördüyümüz işə, əmək əmsalımıza,bu artıq məsələnin başqa tərəfidir. Bütövlükdə biz hamımız ADAMıq. Adamlar daanlaşmalıdır. Bir-birini dərk edib, bir-birinə dayaq durub, bir-birini yolaverib ömür payına ADAM kimi baş vurmalıdır.

Nə etməkolar ki, hamı öz fikrində qalır və mən də öz fikrimdə qala-qala həm də düşünürəmki, kiməsə məsləhət vermək hüququm da yoxdur. Və olmayan hüququma nəyisə yükləmək,yaraşdırmaq özü də ağıllı addım deyil... İndi gördünüzmü, bu təzadların, bu tərəddüdləriniçərisində hamı kimi mən də özümü axtarıram. Axtardığım özüm məndən çox uzaqdavə yaxud da iynə ucu boyda məsafədədir. Bunun dəqiq ölçüsünü tapmaq isə mənəiynə ilə gor qazmaq qədər çətindir. Çünki mənim istəyim SƏN tərəfdənqarşılığını almır. Sözüm, diləyim havada qalır. Elə bil ki, xəyalla havalanmışkimi danışıram. Və bu da sənə bəzən yorucu gəlir, təkrar kimi görünür. Həttairad da bildirirsən. Deyirsən ki, adam bir sözü nə qədər deyər, nə qədər yazaq?Və mən də sənin sualına cavab olaraq elə adam kimi də susuram. Ancaq ürək özişindədi. Ürək dediyindən, sevgisindən dönmür. Bir iynə boyu da olsa geriyəaddım atmır. Əksinə, özü-öz içində pıçıldayır:


Sən Danulduzu kimi

Göyüzündən qopmusan...

Tanrısevgisi kimi –

Varlığımahopmusan!


Doğradığınhər dilim

Anım,günüm və ilim...

Sənvarlığım, mən kiməm!-

Deyirsənki, nə bilim...


Qibləm,andım, inamım

Sənsəndinim, imanım...

Tənhalığadüşəndə -

Sənsizolur il, anım!


Bu ağıl,bu düşüncə

Sonundahər an nida...

İşıqkimi düş incə -

Ayrılığaet vida!

Bəli,biz özümüzün özümüzə deyəcəklərimizi nədənsə başqasından eşitməyə daha çoxmeylliyik. İstəyirik ki, nə çəkdiyimizi, nə etdiyimizi, nə düşündüyümüzüözümüz-özümüzə hesabat kimi təqdim etməyək. Bunu bizə kimlərsə etsin. Vəbununla da biz kimlərinsə nəzər-diqqətini çəkək. Amma inanın ki, bu doğru biryol deyil, yanlış seçilmiş istiqamətdir. Və bir də inanın ki, bütün adam balasıadamlar bir sonda görüşür. Həmin o bəlli son hamını gözləyir və hamıdan daqalan rəhmət və lənətdi. Bu mənada mən haqqı yeyilən, səsi boğulan, sözü kəsilənadamların nə çəkdiyini düşünə-düşünə, bilə-bilə adam balası adamlara adamolmağı tövsiyə edirəm. Əgər eşidib duyurlarsa, hələ gec deyil, qoy adamolsunlar – həm özləri üçün, həm cəmiyyət üçün, həm də hamını gözləyən o SONüçün!

TƏQVİM / ARXİV