adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

TARİXİ ŞEYTANLAR

SEYFƏDDİN ALTAYLI
46721 | 2019-04-05 17:50


"Şeytanın iziyləgetməyin”

            Bəqərə surəsi169

Amerikaprezidenti Tramp mart ayının 25-ci günü Qolan təpələrinin İsrailin torpağıolduğunu təsdiqləyən ABŞ sənədini imzaladı, imzaladığı qələmi də "Bu mənimİsrail xalqına hədiyyəmdir” deyərək Netanyahuya verdi. Netanyahu da etdiyiçıxışında "Tramp İsrail ilə bağlı indiyə kimi nə söz verdisə onu yerinəyetirdi, bu addım isə tarixi bir addımdır. Biz iki döyüşdə qalib gəldik və təqribənyarım yüz ildir hərbi zəfərimizin diplomatik zəfərə dönməsini gözləmək məcburiyyətindəqaldıq, nəhayət buna nail olduq" - dedi.

Görünüşdə Trampyəhudiləri sevir və onların yanında yer tutduğunu göstərmək istədiyindən buaddımı atıb, yəhudilər və onların tərəfdarları prezidentin bu addımınıalqışlamalıdır. Ancaq Tramp Amerikadakı yəhudilərin siyasi və iqtisadi gücünüöz yanına çəkmək üçün bunu etmişdir. Netanyahu da öz adı ətrafında yaradılanqalmaqalın üstünü örtmək və siyasi ömrünü biraz da uzatmaq məqsədilə bu işintezləşdirilməsini istəmişdir. Mənə görə hər iki tərəf də yəhudi xalqınayaxşılıq etməmişdir. Əslində Sina yarımadasında bir Yəhudi dövlətininyaranmasının ən böyük səbəbkarı Böyük Britaniya imperiyası idi və Qolan təpələriilə bağlı məsələdə İngiltərə Trampın atdığı addımın səhv olduğunu elan etmişdir.Tramp daha öncə də Qüdsün İsrailin paytaxtı olması məsələsini dünyanın gündəminəgətirdi və səfirliklərini buraya köçürmə qərarını imzaladı.

Ağıllı rəhbərlərbu günü deyil, azı əlli il, yüz il sonrasını fikirləşir və addımlarını ona görəatır. Amerika bir şeytan imperiyasıdır və bu dövlətin özülü qan, soyqırım, məsuminsanların dağıdılan ocaqları, ah-nalələri, göz yaşları üstündə qurulmuşdur. Buməsələyə bundan sonrakı yazımda qayıdacağam.

Məlumdur ki,bütpərəst kral Daqyanus hakimiyyətə gələn kimi hz. İsanın dinini mənimsəmişdindarlara zülm etmiş və onlardan bəziləri təqribən miladi 284-290-cı illərarasında qaçıb bir mağaraya sığınmış (Əshabi-Kəhf) burada üç yüz il Tanrınınhikmətiylə yatdıqdan sonra oyanmışdır. Daqyanusdan isə etdiyi zülmlərin əvəziartıqlamasıyla çıxmışdır.

Amerikanınyaranması əsnasında həyata keçirilənlər Daqyanusun zülmündən daha betərdir, yənibu şeytan imperiyasının özülü qanla yoğrulub, bu səbəblə dağılacaqdır; çünkizülm heç vaxt əbədi olmayıb və olmayacaqdır.

Dünyanın vampirqüvvələri Orta Şərqdə hakimiyyət qurmaq üçün Birinci Dünya müharibəsindən dəqabaq müxtəlif oyunlar oynamağa başlamışdır. Əslində bu oyunlar tarix boyuburalarda oynanıb. Bu gün Suriya və İraq dediyimiz ölkələr də Birinci Dünyamüharibəsindən sonra yaranıb. Sərhədlərini də İngiltərə ilə Fransa müəyyənedib. İndi bu yerlərdə dünyanın hansı güclərinin hakim olduğu isə hamıya məlumdur.Qolan təpələrini 67-ci il hərbində də İsrailə qazandıran əslində ona hər cürtexnika ilə yardım edən, arxa duran Amerika idi. Dünən "Ərəb baharı”nı yaradanda məhz Amerikadan özgəsi deyildi.

Mənim üçünmaraqlı olan budur: Amerika da, İsrail də Suriyanın düşmənidir, düşmənçiliyinidə etmişdir, əlbəttə edəcəkdir. Yaxşı, bəs Suriya hakimiyyəti niyə məclisiniyığıb bütün dünyanın duyacağı şəkildə "Ey Amerika, sən mənim ölkəmdəişğalçısan, üstəlik mənim torpağımı İsrailin torpağı qəbul edirsən, götür hərbçilərinimənim ölkəmdən çıx" demir? Bunu demirsə, Suriya xalqı niyə Əsədin yaxasınayapışmır?

Tarixin bugünkügöstəricisi İsrail və Amerikanın xeyrinə işləyir, sabahın nələr gətirəcəyini isəyalnızca Tanrı bilir. Məncə, Tramp da, Netanyahu da İsrail xalqına tarixi birdüşmənçilik etmişdir.

Birdən bu sualyadıma düşdü: Dilicanı, Borçalını, Dərbəndi, Göyçəni, Zəngəzur koridorunu Azərbaycanınəlindən alıb özgələrinə kim verdi? Xocalı soyqırımının yaranmasına kim səbəboldu, işğal altındakı torpaqlarımızı, doğrudanmı, ermənilər işğal etdilər?

TƏQVİM / ARXİV