adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: ŞİRBALANIN NAZLISI

FAİQ QİSMƏTOĞLU
42569 | 2019-03-19 09:18

Pullu vəvarlı adam üçün sevmək və sevilmək heç vaxt ayıb sayılmır. Axı pul çox eybəcərliklərinüstünü örtür, çox ağılsızları hörmətə mindirir. Və bir də kim nə deyir desin,pul əl çirki deyil. O, bütün açılmayan qapıların açarıdır. Ancaq pul hər şey dədemək deyil!..

Pulunvarsa rəhmətlik Rüfət Zəbioğlunun təbirincə desək, "Yalta bilərsən Ələti”.Cibin doludursa, get kef elə ey, ye, iç, özün üçün yaşa! Və pulu olan adamlarında çoxu öz həyatlarını yaşayıblar.

O günü televiziya kanallarının birində Rüfət Əhmədzadəninssenarisi ilə çəkilmiş "Şirbalanın məhəbbəti” filmi göstərilirdi. Şirbalarolunda rəhmətlik xalq artisti Hacıbaba Bağırov, Nazlı obrazında isə Həmidə Ömərovaçəkiliblər. Sözün düzü, filmə baxdım, çox dilxor oldum. Və yadıma indikişirbalalar düşdü. Filmdəki Şirbalanin bəxti gətirməsə də indiki şirbalalar lapkef eləyirlər. Təmiz, əxlaqlı xanımını və tərbiyəli uşaqlarını atıb 22-23 yaşlımüğənni ilə evlənirlər. Zalım uşağı bu müğənniyə nə almırlar - ən bahalımaşınlar, ən bahalı villaları alıb verirlər. Elə bilirlər ki, tay dünyanınaxırıdır. Ancaq fikirləşmirlər ki, onun-bunun qucağına atılan, pula, vara, dövlətəgörə tez-tez sevgililərini dəyişən bu müğənnilər sabah o adamın ayağı büdrəyəndədə onu atacaq, başqa bir varlı kişinin qucağına sığınacaq.

Bir vəzifəliyaxın tanışım vardı. Xalq artistlərindən birini saxlayırdı. Həmin xalqartistinin də həyat yoldaşı bizə şikayətə gəlmişdi ki, arvadımı bax, bu vəzifəlişəxs əlimdən alıb. Biz də həmin vəzifəli şəxslə görüşdük, o da dedi ki, qardaş,hamı bilir ki, mən onunla gəzirəm. Arvadıma, uşağıma eləmədiyimi ona eləmişəm.Şəhərin mərkəzində üçotaqlı mənzil almışam. Tay buna görə onun əri məni niyə qınayır? Yaxşı kişinin arvadı onun-bununqucağına sığınmaz. Sonradan elə oldu ki, həmin adam vəzifədən çıxdı və həminmüğənni də onu dəyişib 3-4 pullu adamla kef çəkdi və hərəsinə bir ev aldırdı.

Elə müğənnilərvar ki, rəhmətlik İlhamə Quliyevanın diliylə demiş olsaq, kişilərin ciblərinisoyurlar. Heç o müğənnilərdə də günah yoxdur. Günah milyonları o müğənnilərə xərcləyənkişilərdəndi. Pulu olanın savadı olmur, savadı olanın da pulu olmur. XüsusənRusiyada yaşayan pullu və imkanlı adamlar belə müğənniləri "göydə qapırlar”.Onlara ev alırlar, maşın alırlar, bir gecə qonaqlıq verib bir ildə qazandıqlarıhədiyyəni bağışlayırlar.

Axıonların pulları var. Pul da bayaq dedik ki, çox qapını açır. Rəhmətlik Üzeyir bəydə "O olmasın, bu olsun” filmində Məşədi İbadı Gülnaz xanıma almağa qoymadı.Hansı ki, həmin dövrdə də əksər pullu və varlı adamlar qoca olsalar da 15-20yaşlı qız alırdılar. Amma Üzeyir bəy sonradan səhvini anlayıb və deyib ki, 50yaş o qədər də çox deyilmiş. 50 yaşa çatdım, gördüm ki, özümü yaxşı hiss eləyirəm.Yəni 50 yaşda da evlənmək olarmış.

Bir məşhurmüğənni var. Onun atasının 65 yaşı olsa da, ikinci dəfə evlənəndə 30 yaşındaqız alıb. Hansı ki, öz qızının 37 yaşı var.

Nəbaşınızı ağrıdım, bu evlənmək ki var, pullu adam hər zaman, hər yaşda evlənəbilər. Məsələn, bir pullu adam bar qadını ilə evlənib, indi həmin bar qadını dakef eləyir. Gündəmdə olan müğənni isə Rusiyada, orda-burda alver eləyib,onla-bunla oturub-durub, gəlib burda da varlı kişini caynağına keçirib olub məşhurmüğənni. Sanki bəzi müğənnilər pullu kişi ovuna çıxıblar. Və ova çıxanlar daçox vaxt onu caynağına keçirməyi bacarır.

Birolmuş əhvalat danışacam. Bizim kənddə bir kasıb kişi vardı, çoxlu da övladları.Atam rəhmətlik gördü ki, o, dolana bilmir, kolxoz sədrinə pul verib qohumunuanbardar qoydurdu. Anbarda da taxıl olardı. Yəni böyük bir kəndin bütün taxılıhəmin anabara yığılardı. Kişi bir-iki ildə varlandı. Amma nə özünə ev tikdi, nədə maşın aldı. Gedib qızı yaşda bir qadınla evləndi. Həmin qadın da düz 15 ilonun pullarının axırına çıxdı. Və gördü ki, kişi vəzifədən çıxıb, pulu yoxdu,onu qoyub qaçdı. 30 ildən sonra kişi yenidən ailəsinin, uşağının yanınaqayıtdı. Amma artıq onun gözləri tutulmuşdu. Qadın ərinə son nəfəsinə qədərqulluq elədi. Qadın dünyasını dəyişdi,kişi bu gün də dünya işığına həsrətdi və bu gün də zülm çəkir. Deyir ki, həyatyoldaşıma elədiyim xəyanətdi çəkdiyim bu əzab-əziyyət.

Bax,vaxt gələcək, həmin müğənnilər də pulu qurtaran, vəzifədən çıxarılan adamlarlıatıb gedəcək. Onda yenə həmin kişilər (əgər onlara kişi demək mümkündürsə) evlərinə,ailələrinin yanına qayıdacaqlar. Heç olmasa bir üz yeri qoyun ki, nə vaxtsa oocağa dönə biləsiniz.

YazıqŞirbala Nazlıyla ailə qura bilmədi və axırda da bir yağlı şillə yedi. Ammaindiki şirbalalar isə qızı yaşda müğənnilərin yanında kef eləyir, pulusağa-sola xərcləyir, heç onların dünya vecinə də deyil. Belələrindən biri buyaxınlarda Xoşqədəm Hidayətqızının "Səni axtarıram” verilişinə çıxıb deyir ki,mənim ailəmi müğənni Aysel Əlizadə dağıdıb. Yoldaşım bizi atıb ona "PORSHE”alıb, mənzil hədiyyə edib. Xoşqədəm Hidayətqızı da deyir ki, mən inanmıram ki,Aysel Əlizadə atası yaşda kişiylə bir yerdə yaşasın. Vallah, heç buna biz dəinanmırıq. Ancaq elin sözü əvvəl-axır düz olur. Çünki "od yanmasa tüstü çıxmaz”. Şəxsən Azərbaycandaneçə-neçə müğənni var ki, kimlərinsə ailələrinidağıdıb, pullu ərlərini ələ keçirib. Bax, buna nə sözünüz? Heç buna bizim dəsözümüz yoxdur. Camaat çörəyi qulağına yemir ha!..


TƏQVİM / ARXİV