adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Evimizi yıxmayın!!!

İRADƏ TUNCAY
52462 | 2019-03-06 10:10

Dəmiryol nəqliyyatıylaşəhərə gələn qonaq qədəmini ilk olaraq bu torpağa basanda onunla rastlaşır... Vəqonaq bəlkə də soruşur - kimdi bu nəhəngheykələ dönmüş adam? Niyə burda dayanıb? Heykəllər danışa bilmir... Amma laldaşların ürəyindəkiləri deyənlər yoxmu bu məmləkətdə? Bəşəriyyət əbədiyyətiniqazanmış insanları bu günə daşıyıb, tarixi unutmamaq üçün muzeylər yaratmaq təcrübəsiqazanıb. Bəzən heç mövcud olmayan birinə muzey yaradıb. Londonda Şerlok Holmsunev-muzeyi var. Holmsu tanıyırsız? Əlbəttətanıyarsız... İngilisdi axı. Rusiyada "Stansiya nəzarətçisi" muzeyi var... Puşkinin əsərini xatırlayırsızmı? Təbii,xatırlayarsız... Böyük rus xalqınınoğludur...

Kəndimbalacasan, çox balacasan... Amma bu balaca kənddə böyük insanlar doğulubyaşayıb... Bizim var olmağımız üçünyaşayıb. Və bu gün hansısa kürsüdəoturub qərar verir böyüklüyünə paxıllıqedən kiçiklər. Fikirləşmir ki, o kürsünü də o böyüklər qazanıb bu gün üçün...

Silmək istəyirlərbizim mənəviyyatımızı. Bu gün əlinin zəhmətiilə tikdiyi evi söküb-yıxarlar.Sabah heykəlin yerinə gözləridüşər, onu yıxarlar...Yıxıb birtorbaya doldurarlar pulları. Sonra da ölkəni tərk edib xımır-xımır xərcləyərlər...

Səadətini Tanrın qədər sevdiyin bu xalq bircəsəni də yaşatmadı... deyərsən...

Oqtay EloğluAslan bəyin üzünə pullarıçırpanda deyir: "Bəli! Budur səbəb, bu! Yüksək bir eşqi alçaq bir oyuncağa çevirən, üç ildə ikisöz deməkdən utanan məsum biryavrunu qramofonlar kimisöylədən budur, bu!Düşünən beyinlər, çırpınan ürəklərbunlara satılır. Fəqət, mühit irəliləyir. Çəkməz çox zaman ki, taleyi ilə oynadığınızbu zavallı xalq özü əməlpərvərgənclər, böyük qəhrəmanlar, mübarizlər yetirəcək, mühit siziqabaqlayacaq və gərəksiz əski parçalarıkimi işıqlıqda qaranlıqlar, aydınlıqda kölgələr deyə diri ikəntarixin arxivlərinə atacaqdır".

O özü deyirdiki, mən dünyada ədalət divanı adına bir şey tanımıram. Mənim də inandığım birhəqiqət varsa oda budur. Ədəbiyyatıninsanları tərbiyə edib-etməməsi çox mübahisəli məsələdir. Əgər tərbiyəedirsə, bu qədər mütaliəli vicdansızlarhardan törəyir, yox eləmirsə, bu qədəryazılanlar niyə yazılır? Hardan törəyir bu evyıxan Dövlət(li) bəylər?

"Sən də ey böyüksahir, söndür bu günəşləri, ay, ulduzları! Süni işıqlara lüzum yox!Dünya qaranlıqdır, qoyqaranlıq görünsün. Qaldır bugüzgüləri! Qoy buşaşqın bəşəriyyət bir dəfə dəolsa həqiqəti görsün, görsün ki, o bir heçdir. Sən özün də birheçsən, yaratdıqların da. Bacarmırsan yaratma, yaradırsan yaşat! "

Yaşat!!!Yıxma!!!

Onun heykəli şəhərinən gur, izdihamlı bir yerindədi. Dayandığı yüksəklikdən aşağı baxır. Baxır və ömrü boyu dərdlərini yazdığı xalqının - alçaldılmış, təhqirolunmuş, həyatın dibində yaşayan insan mənzərələrini görür. Bu yer qəribə biryerdir və Cabbarlı bizə elə burdan baxmalıydı.


O, qullar, kölələrölkəsinin vətəndaşlarını silkələmək üçün gəlmişdi. Azacıq ömründə bizi sürüolmaqdan qurtarmaq istəyi iləçırpınmışdı. Və XX əsrin başlanğıcında qısa bir zaman kəsiyində dünyaya gətiribəzaba düçar etdiyi qəhrəmanlara bu gün o qədər ehtiyacımız var ki. Bu gün üzünəqoyun sürüsü deyib bağıran Aydını özləyirik. Elə bir həyat qurulmalıdır ki,orada hər bir söz qanun, hər şey həqiqətolsun. Hər şey göründüyü kimi deyil, olduğu kimi görünsün, - deyib hayqıran Oqtayı özləyirik.

Mən insanlığınümumi və əbədi səadətinibu şəxsiyyət istibdadının məzarları üzərindətikmək istəyirəm - deyənElxanı özləyirik. Yaratdıqları kiçicik aləmdə böyük arzularına, bəlkə dəxülyalarına çata bilməyən - lap elə bizim kimi - insanları özləyirik.

O isə bizəyuxarıdan baxır. Baxır və görür ki, bu gün də Aydının, Oqtayın, Elxanın aqibətlərindəheç bir dəyişiklik yox. Görür ki, səhnədə görməyi arzuladığı Azərbaycanqadını istedadı ilə yox, Dövlət bəylərin puluyla meydan sulayır. Görür ki, sinəsi,göbəyi açıq, ancaq şüuru qapalı Azərbaycanqadını yenə də altun və paranın əsarətindədir.Və daha nələr görür... Görür, deyə bilmir...

Bu gün Şərq ədəbiyyatınınyeni Cabbarlılara ehtiyacı var. Bu gün səhnəmizin"Od gəlini"nə ehtiyacıvar. Gəlsin bizisilkələsin, titrətsin, yatmış-batmış vicdanımızı oyatsın. Gəlsin vədesin ki, qalxıney kölələr, qullar dünyası - çərçivələri, buxovları qırın, siyasətçilərə sərfəli qanunları dəyişin.

"Od gəlini”ndə Elxan deyirdi:

"Sizey cahangirlərin tapdağında əzilən, çeynənən od yurdunun igid vədönməz oğulları! Siz eyvarlıların əlində dilsiz-ağızsız işlək heyvanlara çevrilmiş bəşərin ögeyyavruları, paysız yoxsulları!Siz ey güclülər yumruğu altında inləyən zavallı gücsüzlər! Sizey bütün dünyaları genişhəbsxanaya çevrilmiş zavallıqadınlar! Siz ey könülləri cansız muncuqlar kimi alvermalına döndərilmiş, mənimsənmiş gəlinlər,qızlar! Siz ey mühitləri qanlıbir insan qəssabxanasına döndərilən gənclər! Sizey min-min qəbilələrə,millətlərə, irqlərə ayrılmış məzlumbəşəriyyət! Mən bu gün bütün istilalara, müharibələrə,qırğınlara, əsirliyə, köləliyə, cəbrə, istibdada, altunlara, hökumətlərə, qanunlara,dinlərə, allahlara, bütün əskivarlığa qarşı üsyan bayrağı qaldırıram. Kim buyolda mənimlə getmək istəyirsə, ayrılsın, səslənsin".

Üzeyir bəyin ev-muzeyi də yeni tikililər ərazisində yerləşir. Bir gün beləbir xəbər də oxuya bilərik -muzey binasında dərin çatlar və çökmə ilə nəticələnən fəsadlar əmələ gəlib....

Bu evlər bizimhamımızındı. Ata evi kimi.Yıxılar və yurdsuz-yuvasız qalarıq...

Evimiziyıxmayın!!!


TƏQVİM / ARXİV