Müşfiq Həsənov: "Keyfiyyətin yaxşılaşdırılması və istifadəçi sayının artması..."
Adalet.az-ın bildirdiyinə görə, son zamanlar biznes-layihələrin arasında Lalafo online alış-veriş servisi çox sürətli inkişaf etməkdədir, hansı ki insanlara lazım olmayan əşyalarını asanlıqla satmağa, və istədiklərini sərfəli qiymətlərlə əldə etməyə kömək edir. Lalafo Azərbaycan bazarına 4 il öncə gəlib, amma son aylarda biz onların innovasiyaları və uğurları haqqında hər dəfə daha çox eşidirik, məhz buna görə bu sürətli yüksəlişin səbəbləri nə olduğu, nail olduqları uğurlar və gələcək planlar barədə öyrənməyə qərar verdik.
Adalet.az -ın suallarını Lalafo şirkətinin Azərbaycandaki direktoru Müşfiq Həsənov cavablandırdı.
- İlk öncə Lalafo-nun məqsədləri barədə maraqlanmaq istərdik. Başlanğıcda məqsəd nə idi və niyə bu servis Azərbaycana gəlib?
- Bəs indi, bazarda kök salmışkən, Lalafonun məqsədləri nədir?
- İndi məqsədimiz online alış-veriş etmık mədəniyyətini inkişaf etdirməkdir. İnsanlara asanlıqla və tez bir zamanda mal və ya xidmət sata biləcəklərini göstərmək və istədiklərini satın almaq daha asan və faydalı olduğunu göstərmək istəyirik. Çünki bunları göstərməsək, bunlardan danışmasaq heç kimin belə bir alternativdən xəbəri olmayacaq. Məhz buna görə biz təmamilə pulsuz olan xidmətimizdən faydalana biləcəyiniz haqqında bəhs edirik. Həm də biz hər zaman Lalafonu inkişaf etdirməyə çalışırıq ki, istifadəçilər üçün daha asan, daha sərfəli olsun.
- Xidmətinizdə yaxşılaşdırmağı planladığınız məqamları daha ətraflı izah edə bilərsinizmi?
- Onlayn alış-veriş mədəniyyətini inkişaf etdirmək və mobil əlavə və saytın daim təkmilləşdirilməsi ilə yanaşı, biz insanlara daha tez elan yerləşdirmək, həmçinin şəkillərə əsasən məhsulun təsvirini , təxmini qiymətini və digər xüsusiyyətlərini müəyyən edən süni intelektin "görmə” texnologiyasından istifadəyə etməyi planlaşdırırıq. Lakin, hal-hazırda da Lalafo-da elan yerləşdirmək sizin 1 dəqiqədən də az vaxtınızı alır. Biz öz rekordumuzu yeniləmək istəyirik!
- Lalafo-da məhz hansı məhsulları satmaq və tapmaq olar?
- Praktik olaraq, demək olar ki, bütün məhsulları! Smartfon-dan tutmuş, ev, ən orijinal koleksiyonlara kimi, hətta iş də tapa bilərsiniz. Bir neçə gün öncə saytımızda hətta xoşbəxtlik də satırdılar, düzdür bu məzəli elanlar seriyasındandır. Amma həqiqətən qanunla icazə verilən və normalarımızdan kənara çıxmayan hər şeyi satmaq olar.