adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
15 Fevral 2019 00:09
36935
LAYİHƏ
A- A+

ZAQATALA: BURADA GÜNLƏR HƏR MƏNADA ÜZÜ BAHARA DOĞRUDUR

Artıq tam mənasında "Qızıl güllər" diyarı kimi tanınan Zaqatala əsrarəngiz gözəlliyi və müasir inkişafı ilə zamanın, günümüzün reallığıdır. Hələ ilk tanışlıqdan Zaqatalanı belə möhtəşəm təqdim edən onun bənzərsiz təbiət gözəllikləri ilə yanaşı, eyni zamanda urbanik şəhər təəsüratıdır, əsl şəhər biçimi, qələbəliyi, mükəmməlliyidir. Bura təkcə zaqatalalıların deyil, vətənsevər hər bir azərbaycanlının qürur yeridir. Vətənin hər guşəsi əzizdir, şirindir axı! Onda qala başdan-başa bir gözəllik simvoluna çevrilən bənzərsiz Zaqatala ola!
Bu yerləri daha da gözəlləşdirən, öz əməlləri ilə doğma yurdun şöhrətini uca tutan zəhmətkeş, vətənpərvər zaqatalalılar, onların bir rayon rəhbəri, bir şəxsiyyət kimi fəxr etdikləri Mübariz Əhmədzadə və onun başçılıq etdiyi komanda üzvləri hər zaman qürur hislərini bölüşməkdə haqlıdırlar. Burada sakinlərin məşğulluğundan, sosial rifahından tutmuş, təsərrüfat, tikinti, abadlıq, müasirləşmə məsələlərinə kimi hər nə var, məhz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin istək və tələbləri səviyyəsində reallaşır. Cənab Prezident necə də gözəl deyir: "Mən hər şeyin daha da yaxşı olmasını istəyirəm..."
Gözəl Zaqatalanın son illərdəki yüksəlişinin, daha da şöhrətlənməsinin əsas səbəbi qayğı və diqqət, eyni zamanda bunun qiymətləndirilməsi, fədakar əməklə cavablanmasıdır. Dövlətimiz, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu qədim və gözəl yurdun sosial-iqtisadi inkişafı ilə yanaşı, ayrıca olaraq mədəni- tarixi ənənələr üzərində, eyni zamanda müasir turizm istiqamətində daha da inkişaf etdirilməsinə xüsusi diqqət göstərir. Təkcə Zaqatalada deyil, çox yerdə yüksək işgüzarlığı və təvazökar həyat tərzi ilə tanınan Mübariz Əhmədzadə sakinlərlə birlikdə ölkə rəhbərliyinin etimadını məhz görülən işlər, real nəticələr, daha xoş günlərə hesablanan nümunəvi fəaliyyətlə doğrultmağa çalışır.
Respublikanın hər yerində olduğu kimi Zaqatala rayonunda da 2018-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Yığıncaqda məruzə ilə çıxış edən Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə demişdir:
- Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı 2018-ci ilin ölkəmiz üçün uğurlu il olduğunu, dünyada və bölgədə gedən mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik inkişaf etdiyini bildirdi. Ötən il regionların sosial-iqtisadi inkişafı ilə bağlı üçüncü beşillik proqramın başa çatdığını, bu il dördüncü proqramın qəbul olunacağını, keçən il bölgələrə 24 dəfə səfər etdiyini deyən dövlətimizin başçısı ölkəmizdə ictimai-siyasi vəziyyətin sabit olduğunu, xarici siyasət sahəsində də bir sıra uğurların əldə edildiyini, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayının artdığını bildirdi və Ermənistan istisna olmaqla qonşu ölkələrlə əlaqələrin yüksək səviyyədə olduğunu vurğuladı. Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanan Tərəfdaşlıq Prioritetləri sənədinin əhəmiyyətindən danışan dövlətimizin başçısı Azərbaycanın bu ildən Qoşulmama Hərəkatına sədrlik edəcəyini dedi, Xəzər dənizinin hüquqi statusu ilə bağlı imzalanan Konvensiyada ölkəmizin mövqeyinin əksini tapdığını bildirdi.
2018-ci ili həm də dərin islahatlar dövrü kimi səciyyələndirən dövlətimizin başçısı valyuta ehtiyatlarımızın 45 milyard dollara çatdığını, ölkədə 118 min daimi iş yerinin yaradıldığını, ümumi daxili məhsulun 1,4 faiz, kənd təsərrüfatının 4,6 faiz, qeyri-neft sektorun 1,8 faiz, sənaye istehsalının 1,5 faiz, qeyri-neft sektorunda sənaye istehsalının isə 9,1 faiz artdığını bildirdi və bunun ölkədə aparılan sənayeləşmə siyasətinin gözəl nəticəsi olduğunu vurğuladı.
Bu il yeni məktəblərin, tibb müəssisələrinin, olimpiya idman komplekslərinin, "ASAN xidmət" mərkəzlərinin, xalça fabriklərinin tikiləcəyini deyən Prezident İlham Əliyev sahibkarlığın inkişafı ilə bağlı əlavə addımların atılacağını, xaricdə yeni ticarət evlərinin açılacağını qeyd etdi, ölkədə yeni sənaye parklarının və məhəllələrinin yaradılmasının əhəmiyyətindən danışdı, kənd təsərrüfatında, turizm sahəsində aparılan islahatların nəticə verəcəyinə əmin olduğunu və böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyini nəzərə alaraq 2019-cu ili "Nəsimi İli" elan etdiyini bildirdi.
Respublikamızda sosial-iqtisadi inkişaf proqramlarının uğurla həyata keçirilməsi regionların sosial-iqtisadi inkişafı istiqamətində nəzərdə tutulan proqramların reallaşması nəticəsində rayonumuz da öz inkişafını davam etdirmişdir.
2018-ci il ərzində rayonda sənayedə 96,7 milyon manat, kənd təsərrüfatında 127,8 milyon manat, tikintidə 29,1 milyon manat, ticarətdə 72,2 milyon manat, rabitədə 2,3 milyon manat, nəqliyyatda 5,0 milyon manat olmaqla cəmi 333 milyon 91 min manat məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir.
Hesabat dövründə kənd təsərrüfatı 4,0 faiz, nəqliyyat 3,0 faiz, informasiya və rabitə xidmətləri 10,0 faiz, ticarət 5,0 faiz, pərakəndə əmtəə dövriyyəsi 2,3 faiz, pullu xidmətlərin həcmi 2,7 faiz artmış, əsas kapitala yönəldilən investisiyaların həcmi 35 milyon 677 min manat, o cümlədən tikinti-quraşdırma işlərinin həcmi 29 milyon 101 min manat təşkil etmişdir.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarında Zaqatala rayonu üzrə nəzərdə tutulan 17 tədbirin icra olunması təmin edilmişdir. Dövlət Proqramlarının icrası, yüksək iqtisadi fəallıq şəraiti, məşğulluq məsələlərinin səmərəli həllinə geniş imkanlar açmış, rayonda 2014-2018-ci illər ərzində 8 min 456-sı daimi olmaqla 10 min 88 iş yeri açılmışdır ki, bu da öz növbəsində işsizliyin böyük dərəcədə azaldılmasına xidmət göstərmişdir.
2018-ci ildə rayonda sahibkarlığın davamlı olaraq inkişaf etdirilməsi və bu sahədə qarşıya çıxan problemlərin həlli istiqamətində bir sıra tədbirlər həyata keçirilərək kiçik həcmli investisiya layihələrin maliyyələşdirilməsi məqsədi ilə 19 layihə üzrə 242 min manat həcmində güzəştli kredit verilmişdir.
2018-ci ildə rayonun iqtisadiyyatına 10 milyon 937 min manat həcmində özəl investisiya qoyulmuşdur ki, onun da hamısı yerli investisaya olmuşdur. Cəlb olunan investisiyanın 22,0 faizi məhsul istehsalı obyektlərinin, 22,3 faizi xidmət sahələri üzrə obyektlərin, 40,2 faizi bağçılığın inkişafına, 15,5 faizi isə ümumi sahəsi 3 min 117 kvadrat metr olan yaşayış evlərinin tikintisi üçün xərc edilmişdir.
Ötən il rayon büdcəsinə vergi və tədiyyələr üzrə 7 milyon 900 min manat vəsait daxil olmuş, proqnoz tapşırıqlar 102,1 faiz icra edilmiş, bu da keçən illə müqayisədə 185 min manat çoxdur. Gəlirlərin 23,6 faizi dövlət sektorunun, 76,4 faizi qeyri-dövlət sektorunun payına düşmüş, vergi qanunvericiliyini pozan 210 vergi ödəyicisinə 2 milyon 634 min manat həcmində maliyyə sanksiyası tətbiq edilmişdir. Hesabat dövründə mərkəzləşdirilmiş xərclərdən 2 milyon 205,0 min manat subsidiya alınmış, büdcə xərcləri 9 milyon 639 min manat və ya 96,9 faiz icra olunmuşdur.

(ardı gələn sayımızda)

Məzahir ƏHMƏDZADƏ