adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Nicat NOVRUZOĞLU: SƏDR, AT AL, AT!

NİCAT NOVRUZOĞLU
67889 | 2019-02-03 11:19

Qaçqınlarınvə Məcburi Köçkünlərin İşləri üzrə DövlətKomitəsi çox qısa bir zaman kəsiyində neçə-neçəuğura imza atıb. Komitə şəffaflığın tam təminedilməsinə, əvvəlki illərdən yığılıbqalmış problemlərin həll olunmasında, məcburiköçkünlərin rahat mənzillərlə təmini üçünyeni binaların tikilməsində, yeni qəsəbələrinsalınmasında çox mühüm addımlar atır. Eyni zamanda komitə bütün qapılarını ev-eşiyindən didərgindüşmüşlərin hamısının üzünə açdı. Özü də təkcə qəbul günlərində deyil, günün hər saatında sədr hərbir şikayətçini qəbul etməyə, dinləməyə və problemlərini həll etməyə hazırdı, vaxtının çoxunu da köçkünlərin yaşadığıbölgələrə, qəsəbələrə gedib onlarla birbaşa təmasda olmağa çalışır.

2000-ciildə Ulu Öndər Heydər Əliyev prokurorluqlabağlı belə bir ifadə işlətmişdi: «Prokurorluğunpəncərələrini açın, orda xoş olmayan havadəyişsin». İndi Rövşən Rzayev də komitənin pəncərələrini açıb oranınxoş olmayan havasını dəyişir.


Deməli,bütün bunlar qalıb birkənarda, sədr üçün ayrılan bir avtomobil ağzıgöyçəklər üçün söz-söhbətəsəbəb olub. Bu avtomobil də nazirlər və komitə sədrləri üçün hökumətin ayırdığı avtomobillərdən biridi.

Yadımavaxtilə qəzetimizdə getmiş və manşetə çıxarılmış bir yazı düşdü : «Elman Məmmədov, at al, at!».

90-cı illərinortalarıdı. Xocalı camaatı da ölkənin 60-dan çox rayonuna dağılıb. Hamı dabaşçını görmək istəyir. Həmin dövrün icrabaşçısı Elman Məmmədovun da bir xidməti maşınıvar, elə xocalıların günündədi, tökülüb-itir,çox vaxt yolda qalır. Onda bizim müdir dəbelə bir məqalə yazmışdı ki, Elman Məmmədov, bilirəm, maşın almağa pulun yoxdu,at al, at.

İndibir milyondan artıq məcburi köçkünlərin problemləri ilə məşğul olan komitə sədri atlagəzməlidi?!


TƏQVİM / ARXİV