adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Əbülfət MƏDƏTOĞLU: YAZIÇI SƏDAQƏT XANIMA MƏKTUB

ƏBÜLFƏT MƏDƏTOĞLU
54138 | 2019-01-28 13:18

Neçə gündür təsirdənçıxa bilmirəm. Fikrimi nə qədər toplamaq, özümü nə qədər ələ almaq istəsəm dəmümkün olmur. Cəmi-cümlətanı 3 insanın əl barmaqlarının sayı qədər həcmi olanbir povest oxumuşam. Yəni bu 30 səhifədə mən bir oxucu olaraq haldan-haladüşmüşəm. Və hətta içimdən gəlib keçib ki, çevirdiyim səhifəni qatlayıb əlimitelefona uzadım, müəllifə zəng vurum. Çox yaxından tanıdığım bir insanın həyathekayəsini hardan aldığını, necə müşahidə etdiyini soruşum. Amma sonra bufikrimdən daşınmışam. Bilirsiniz niyə? Ona görə ki...

Barəsindəyazmağa başladığım insan cəmi bir günə oxuduğum "Xəzan" povestinin müəllifiSədaqət Kərimovadır. Yaşıdlarım və bir az da yaşda məndən böyük olanlar, yənisovet mətbuatını oxuyanlar bu imzanı yaxşı tanıyırlar. Tam səmimi deyəcəm,Sovet dövrünün jurnalistləri arasında (təbii ki, söhbət yazılı mətbuatdangedir, yəni qəzetlərdən və jurnallardan - Ə.M)Flora Xəlilzadə, Xalidə Hasilova, Sədaqət Kərimova daha çox izləyiboxuduğum müəlliflərdən idi. Və onların jurnal və qəzetlərdə işıq üzü görənpublisist yazıları, məqalələri həmişə məndə bir doyumluq yaradırdı.Yənimaterialı oxuyandan sonra mövzudan razı qalırdım, qane olurdum. Bax beləcə, digərhəmkarlarım kimi, Floranın da, Sədaqətxanımın da yaradıcılığını izləyə-izləyəonların böyük ədəbi dünyasına bələd olurdum.

 Və bu gün çox böyük məmnunluqhissiylə vurğulamaq istəyirəm ki, Sədaqət xanımın son illər işıq üzü görənkitabını oxumaq mənə qismət olub. Onlar arasında elmi, etnoqrafik əsərlər dəvar. Bu gün isə onun mənə avtoqrafla bağışladığı "Özgə ağrısı"kitabıyla baş-başayam. Və bu kitabdakı "Xəzan" povesti məni sözüngücü qarşısında susdurdu. İnanın ki, həmin an mənə elə gəldi ki, Sədaqət xanımbir yazıçı-publisist olaraq oxuculara təqdim etdiyim bu povesti sözlə ifadə etməyib.Yəni bu povest rəsm əsəridir. İnsan cizgilərindən, insan duyğularından və həm dəindi içərisində olduğumuz reallığı ifadə edən rəsm əsəridir. Hətta mən deyərdimki, bu bir kino lentidir, ssenaridir. Oxuduqca mövzu səni elə əhatə edirki, qalırsan nəfəssiz bir durumda. Yəninəfəs almağa tələsmirsən. Çünki bu povestin cəmi iki qəhrəmanı var. Onlar ailəninkişisi Asim və bu povestin baş qəhrəmanı olan Səhra xanım. Elm adamı olan Səhraxanım bütün povest boyu səninlə danışır, sənə özünü, içini, düşüncəsini, qərarlarınısöyləyir. Həmsöhbət yormur səni. Əksinə, bir fəslin, bir ağacın, bir çinaryarpağının xəzanıyla bir ömrün, bir sevginin xəzanı çiyin-çiyinə səninlə yol-yoldaşıolur - eşidirsən, görürsən, duyursan. Və deməli, həm də yaşayırsan!

Çox hörmətli Sədaqətxanım! İç dünyamızı silkələyən, mənə biroxucu olaraq düşünmək və gördüklərimlə müqayisə aparmaq imkanı verən "Xəzan"agörə sizə təşəkkür edirəm. Bu povest bir oxucu kimi mənə ən yüksək duyğu olan, ən ali hiss olan sevgi və ailəmühitini təkrar diqtə etdi. Buna görə də var olun! Düşünürəm ki, povestinizuğurlu, özü də son dərəcə uğurlu alınıb. Onun hər kəs tərəfindən oxunması zənnimcəoxucunun qazancı olacaq. Bir daha "Xəzan"a görə sizə təşəkkür edirəm.

ƏbülfətMƏDƏTOĞLU


TƏQVİM / ARXİV