adalet.az header logo
  • Bakı 21°C

Əbülfət MƏDƏTOĞLU: ALTMIŞI AŞIRDIM...

ƏBÜLFƏT MƏDƏTOĞLU
42254 | 2019-01-06 16:06

Yəqinsizdə də belədi, yola saldığımız və yaxud arxada qalan hər şey üçün bir qəribsəməkhissi yaşayırıq. Yəni mən ömrümün deməkolar ki, son illərində daha çox qəribsəməyə başlamışam. Xüsusilə doğulduğumtorpaq üçün... dünyasını dəyişmiş dostlarım, doğmalarım üçün... görə bilmədiyimyerlər üçün... əlaqə qura bilmədiyim həmfikirlərim üçün... bir də təbii ki,itirdiyim zaman üçün... Bax, bu mənada dostlardan, doğmalardan, oxuculardan60 yaşımla bağlı eşitdiyim, aldığım,oxuduğum bütün xoş sözlər məni bir az da çox kövrəldib, məni bir az da çox qəribliyəçəkibdir...

Hələorta məktəbdə oxuyanda kəndimizdə yaşca özümdən böyüklərə bir qəribə maraqla, nəzərlərlə baxırdım.Düşünürdüm ki, filankəsin 60 yaşı var, 70 yaşı var, 90 yaşı var... Vədüşünürdüm ki, bu 60-ı, 70-i, 80-ni necə yaşayıblar, necə yaşamaq olar? İndi həmino düşüncəmə, o münasibətimə görə, daxilən özümdən utanıram, öz sadəlöhvlüyüməgörə özümü qınayıram. Sən demə, yaşamaq olurmuş. Doğrudur, kəndimdə barəsindədüşündüyüm adamlar həqiqətən yaşayıblar o illəri. Mən isə bu 60 ilin düz 28ilini ağrı-acıyla, xatirələrlə, həsrətlə, nisgillə, necə deyərlər, tikan üstündəyaşadım, daha doğrusu, mövcud oldum. Çünki gözümü açanda gördükləriminhamısından uzaq düşdüm. Özü də könüllü yox, silah gücünə... yaralarımdan qanaxa-axa... Və indi bütün bunları düşünə-düşünə 60-ın necə gəlib keçdiyindən xəbərsizəmdeyə bilmirəm. Çünki dediyim həmin zaman kəsiyi səhəri mənə kipriklərimlə açmaq,gecəni dağı arana daşımaq işgəncəsi yaşadıbdı. Hətta elə anlar olub ki, "bu günsondu, bu gün hər şey bitər!” – deyə düşünmüşəm. Lakin Tanrı iradəsi hər şeydənvə hər kəsdən güclü olduğuna görə, mənim çıxardığım qərar, mənim inandığım nəticəhavada qalıbdı...

Və mənindi bu 60 yaşın notları üzərində nə qədər özümü kökləsəm də 60-ın içərisindəki28 daha güclüdür. Onun səsi daha bərk çıxır... onun ötkəmliyi daha çox hissolunur. Ona görə də:

İndi

əlim çənədə,

gözlərim pəncərədə,

xəyalım uzaqlarda...

səhərdən

çıxıb getmişəm

lap yaxşı etmişəm –

bu şəhərdən...

Tuğdayam

qurşağa qədər

qarın içində -

dağdayam...

istəyirəm

qar kimi

xışmalayam zamanı...

saxlayam

barmaqlarımın arasında!

İstəyirəm qayalardan sallaşan

buz sırasında

yer tutmaq,

unudulmaq

səndən başqa

hamını!

Amma

bir Allah görür

bir də sən

harda olduğumu

bu qarın içində

hıçqırıqlara boğulduğumu...

... şəhərdə

əslində

dörd divardan ibarət

dibçəkdə yaşamaq

mövcud olmaqdı...

Tuğda –

qurşağa qədər

qarın içində

buz-daş olmaq

yaşamaqdı, yaşamaq...

İndi əl çənədə

göz pəncərədə

ad günümdə

süfrə başında

oturub

geri qayıtmağımı

gözləyir

sakitcə uşaqlarım

hələ də...


***

Yeniilin birinci həftəsi başa çatdı. Əslində bu təqvim dəyişməyidi. Yenə həmin işlərigörürük... yenə həmin yollardan keçib gedirik... yenə əlimizdə bazar zənbili,meyvə- tərəvəz köşkünə, çörək dükanına üz tuturuq... Deyəcəksiniz ki, min illərdibu belədi, belə də olacaq. Amma səbrli olsanız, mənim də, sizin də bildiyiniz həmino gerçəyə iynə ucu boyda bir əlavə edərdim. Deyərdim ki, min illərin həqiqətininzamana, cəmiyyətə uyğunlaşması bizə belə bir fikir söyləmək imkanı verir ki,guya heç nə dəyişməyib tarixin təqvim səhifəsindən başqa. Yox, gəlin razılaşaqki, bu təqvim əhvalımızda da, səhhətimizdə də, lap elə bazar zənbilimizdə dəözünü göstərir. Sadəcə, biz eyni harmoniyanın, eyni hadisələrin içərisindəyaşadığımızdan bunu hiss etmirik, ya da hiss etmək istəmirik. Bax, ona görə dəbiz hər birimiz ayrı-ayrılıqda və yaxud toplum halında "nə dəyişib?” sualınıetinasızlıqla qarşılayır və yola da veririk... Bütün bu dediklərimi, buyazdıqlarımı özüm-özümə bir sual olaraq zaman-zaman ünvanlamışam. 60 yaşıntamamında isə onu daha kəskin bir şəkildəözümə tuşladım. Və onda birmənalı şəkildə dərk etdim ki, sən demə, təqvimlərinyuvarlaq olan məqamları, yəni onun insana ötürülməsi həmişə düşündürücü məqamlarqoyur qarşıya. Bax, şəxsən mən 60 illiklə bağlı qurduğum xəyalı, etdiyimduaları, yaşadıqlarımı, gözləntilərimi vəbütövlükdə mənə olan münasibəti məhz bu zaman kəsiyində, məhz bu doğumgünündə yetərincə gördüm, duydum, yaşadım. Çevrəmdə olanların çevrəsindəolduğunu və yaxud olmadığını da gördüm.Diqqət, sevgi yönəltdiyim kəslərin mənədiqqət və sevgilərin olub-olmadıqlarınıda aydınlaşdırdım. Ümumiyyətlə, dayandığım müstəvidə cəmiyyət üçün, ailəmüçün, dostlarım üçün, Allah üçün, həm də sənin üçün kim olduğumu dərk etdim.Gördüm və qəbul etdim ki, mənim bu məmləkətdə, bu cəmiyyətdə, bu camiyədə, bukollektivdə yerim hardadı... mənə olan münasibətin olçüsü nə qədərdi... vəümumiyyətlə, mən bu dediklərim üçün kiməm?! Hər halda, sualın və yaxud dafikrin yozumu hər kəsin öz ixtiyarındadı. Mən tam mənada anladığım isə odur ki,iki ayağın ola-ola bir ayağımın üstündə dayanmaq həm özünün özünə, həm də sənibu formaya, bu şəklə salanlara acı bir gülüşündü, istehzandı. Sən demə, bu həyatınən böyük mükafatı elə onun istehzası imiş. Onagörə də ilin ilk şeirini yazanda ağlıma bu fikir gəldi.


Bu dabir bəlli tarix –

Bu dadincəldiyim yer...

İllərinayrıldığı –

Mənim incəldiyimyer...


Arxadaçox xatirə

Kimyaza, kim bitirə...

Məni çətingətirə -

Başdacin gəldiyim yer...


Sevgimhaqq verən zülüm

Soyumayıbhələ külüm...

Saxlayandeyil, gülüm –

Mənləkin gəldiyim yer...


Bəli, həyatıngerçək üzü heç nəyin geri dönməyəcəyidi. Hətta çayın qarşısını kəsib öncədənaxmış suları üzü geri qaytarmaq mümkün olmadığı kimi, illəri, ayları, günləri dəgeri səsləmək mümkünsüzdü. Sadəcə, biz o ötüb gedənləri xatirə şəklində, xatirəbiçimində təzələyirik, yeniləyirik. Və hətta hərdən həmin o xatirəni danışanda.gözümüz önünə gətirəndə deyirik ki, "elə bil dünən idi, ağaca dırmaşdığımız,qoyun-quzu dalınca qaçdığımız, dağ çayında çimdiyimiz günlər...”. Dilimizdəki "eləbil” sözü həm təsəllidi, həm də təəssüf. Bununla özümüzü ovuduruq... bununladünənimizdən möhkəm-möhkəm yapışırıq... Və elə bilirik ki, bunu tutubsaxlayacağıq. Amma...

Hər kəsəbəllidir ki, bu günün real mənzərəsi iqtisadi və sosial problemlərdi. Biz o qədərbu problemlə yüklənirik ki, mənəvi aşınmamız hiss olunmur. Bizə elə gəlir ki, hərşey yerindədi. Sadəcə çatmayan maddi ehtiyaclardı. Amma...

Ammadüşdüyümüz şərait, qarşılaşdığım həmsöhbətlər bəzən səviyyə baxımındanmaddiyyatı üstələyə bilir. Və onda maddiyyat uğrunda çarpışmamızdan sıxılırıq,özümüzü qınayırıq. Hətta nələri unutduğumuzu, nələrdən yan keçdiyimiziyaddaşımıza yazıb onlarla məşğul olacağımızı düşünürük. Təəssüf ki, bu da biran çəkir... təəssüf ki, yenə çax-çax öz işini görür. Mən də elə bu 60 illik məqamınvərəqlərini çevirdikcə həmin o unutduqlarım, yanından keçdiklərim önündə susdum.Bu da bir növ üzrxahlığım idi özümün-özümdən.Nə isə...

Hə, bütün olanların və yaşananların içərisində həran mənimlə çiyin-çiyinə dayanan, məni tərk etməyən və daha çox sığındığım hisslərvar ki, onları mən özüm də zaman-zaman sözə, misraya çevirmişəm. Və beləcə, dərdimi,sevincimi özümlə, qələmimlə bölüşmək istəmişəm. Hətta 60 yaşımın ilk şeirində dəo dərdləri, o qəmləri unutmaq ağlıma gəlməyib. Əksinə, yazmışam ki:


Kədərimdil-dil ötür

Ay bitmədənil ötür...

Elə bilbülbül ötür –

Yaralarımınüstə...


Gözündibi bulanır

Kipriklərimsulanır...

Dərdilan tək dolanır –

Yaralarımınüstə...


Haqqaaçıq əl uzun

Yoxduyuyan əl, üzün...

Bir qombənövşə düzün –

Yaralarımınüstə....


***

Bəli,ilin əvvəli və yaxud da ötən ilin sonu... Bütünlüklə bunları üz-üzə gətirib birmüstəvidə görüşdürəndə ilk ağlıma gələn bu oldu ki, yaşadıqlarım alın yazımdı, taleyimdi. Və mən bu alın yazıma, butaleyimə əsir düşmüşəm. Onun nazıyla oynamaq, onun yükünü çəkmək boynumunhaqqıdı. Və deməli, bu taleyin, bu yazının işığı da, zülməti də qaçılmazdı. Vəbir də yaşadığım 60 ilin heç olmasa bir həftəsi, lap elə bir günü insanlığa, ətrafımdaolanlara yaxşı nəsə veribsə, deməli, 60-ın alın yazısı olması sevindiricidi.

O ki,qaldı sənə... Sən də düşün ki, bu 60 ilin kinoversiyasının baş qəhrəmanı sənsən.Ona görə də:


Heç kimüçün üzülmə

Ürəyinisev, yaşat...

Mən cəhənnəmyolçusu –

Sən bugölə bir daş at...


Duyğuların,dincliyin

Ömrünənaxış olsun...

İslandığın- sevincdən –

Çilənənyağış olsun.


Nəqaşların çatılsın

Nə dodağınbüzülsün...

Qarşınaçaşıb çıxan –

Kədərözü üzülsün...


Tutüzünü Tanrıya

Mələk əlləriniaç...

Cənnətəqəlbin boyda –

Sən özündə işıq saç...


Heç kimüçün üzülmə...

Özdünyanı seç, yaşa!

Ürəyiniözünlə -

Götür,başa keç, yaşa!..


Hə, mənim60 yaşımın oxuculara, "Ədalət”ə nə verdiyini, oxuculara və "Ədalət”ə nə qədər gərəkliolduğumu bilmirəm. Bəlkə də bu barədə düşünməyim də yersizdi. Amma mən əlimi ürəyiminüstünə qoyub deyirəm ki, oxucuları da, "Ədalət”i də çox sevirəm. Qarşı tərəf özseçimində sərbəstdi...


TƏQVİM / ARXİV