adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Əbülfət MƏDƏTOĞLU: SÖNMƏYƏN İŞIQLARDAN BİRİ

ƏBÜLFƏT MƏDƏTOĞLU
56605 | 2018-12-29 10:49

Adətən ilin sonugəlib çatanda istər-istəməz bir anlıqdayanıb düşünməli olursan. Və bu düşündüyün müddət ərzində gözünün önündənbir kino lenti gəlib keçir. O kino lentiəslində arxada qalan, yaşanan, ömrə bu və ya digər formada izini, naxışınıvuran ömür cizgiləridir. İnsan özü-özündən xəbərsiz o cizgilərin naxış müstəvisinəçevrilir. Və bir də o vaxt xəbər tutur ki, ömür karvanı ötüb gedib. Yolda bir ləpirlər,bir də tozanaq qalıb. Əslində o adam xoşbəxtdir ki, tozu-tozanağı ilə yanaşı, ləpirləriqalır. Bax, elə Qobustandakı ləpirlər kimi... qayaların üstündə ləpirlər... əsrlərinəridə bilmədiyi ləpirlər...

İndi daha çoxişlənən söz yaddaş kartıdı. Hər kəsin bu yaddaş kartı anlamından xəbəri var.Uşaqlı-böyüklü hər kəs bu fikrin mobil telefonlara aid olduğunu düşünür. Ammaunuduruq ki, Allah bizi yaradan gündən yaddaş verib. O yaddaşın da"sim-simi" də bizim öz hafizəmiz... bizim öz məntiqimiz... bizim özdünyaya baxışımız olubdu. Sadəcə, zaman, elmi-texniki tərəqqi o yaddaşın sonuna"kart" sözü əlavə edib. Ona görə də yeni bir nəfəs qazanıbyaddaşımız. Bax, mən də öncədən dediyim ki, həmin kinolent, həmin o ləpirlər elə yaddaş kartında olanlardı. Bumənada hər kəsin, eləcə də mənimyaddaşımda bir qeyri-ixtiyari seçim prosesi zaman-zaman gedibdi. Yəni yaddaşdaolanların müsbət və mənfi qruplaşması. O müsbətin içərisində sevilənlər və birdə adi, dəyərli olanlar. Deməli, yaddaşla ən çox insanı özünə çəkən, insanı həyatabağlayan və onu yönləndirən, qanadlandıran, bir az da dərinə getsək, onu özüolmağa məcbur edən məhz həmin o sevilənlərdi...

Əlimi ürəyiminüstünə qoyub 60 yaşımın üç günlük məsafəsində bir fikri dilə gətirirəm. Deməkistəyirəm ki, yaşadığım həyatda sevdiyim, güvəndiyim, pərəstiş etdiyim və həttatəlqin etdiyim adamlar olub və bu gün də var. Hətta özümdən asılı olmadanonlara bir həsəd də aparmışam. Çünki onlar təkcə mənim sevdiklərim olmayıb.Onları ətrafları da, xalq da sevib... onlara qucaq açılıbdı... onlar ehtiraslaqarşılanıbdı... alqışlarla yola salınıbdı. İndiki məqamda adlarını çəkəcəyim şəxslərinhər biri sizin üçün tanınan, önəmli olan adamların sırasında dayanacaq. Tutaqki, bir anlıq göz önünə gətirin, qapı açılır: Müşfiq, Hüseyn Cavid, SəmədVurğun, Rəsul Rza, Məmməd Araz, Bəxtiyar Vahabzadə, Söhrab Tahir, Hüseyn Arif,Qabil, Nəbi Xəzri, Cabir Novruz, Nüsrət Kəsəmənli, Akif Səməd... Nigar Rəfibəyli,Mirvarid Dilbazi, Mədinə Gülgün, Nurəngiz Gün... otağa daxil olur. Bax, bu məqamdakim ayağa qalxmaz, kim onları alqışlamaz, kim onların gəlişinə sevinməz?! Mənsadəcə, yalnız sözlə yaşayanların, sözlə ömrümüzə-günümüzə hopanların, sözlə, şeirlə yaddaşımızda yaşayanların birqismini dilə gətirdim. Və sonuncu adınıçəkdiyim Nurəngiz Günün sözün üstünə düşən gününü, işığını otağımda hiss etdim.Mənə toxunduğunu, məni öz istisinə bükdüyünü hiss etdim. Hətta qulaqlarımdaonun səsi də əks-səda verdi. Həmişə dediyi kimi soruşdu:


- Əbili,axırıncı yazında məni yaman kövrəltdin... Niyə belə yazırsan?

Belə deyirdi NurəngizGün... belə soruşurdu və belə də danlayırdı... Mən isə indi, yəni ilin sonunaüç gün qalmış özümü onun işığında, gül salonunda hiss edirəm. O güllərinarasında dayanıb Nurəngiz Gün. Sanki güllər gözəlliklərini ondan alıblar, o dagüllərdən. Ona görə də Bakının açılan hər səhəri o gözəlliyə bələnir, o gözəlliyigün işığı kimi özünə qatır. Bunu təkcə mənyox, Bakı sakinləri yox, bu şəhərin qonaqları görürlər, hiss edirlər. Çünki şəhərgüllərə qərq olub. Bu, təkcə "güllərin soyqırımı" deyil, həm də güllərindərdimizə şərik olan sevincimizi bölüşən vaxtıdı. Təbii ki, bunlar həyatınayrı-ayrı məqamıdı. Güllərin soyqırımı 20 Yanvarla, Xocalıyla, Qaradağlıyla,Şuşayla, işğal olunmuş torpaqlarımızla, 31 mart soyqırımımızla, 20 noyabr faciəmizlə,şəhidlərimizlə dərdləşən, həmahəng olan, onlara bələnən bir zamandı. Güllərinsoyqırımı həm də vurğuladığım çalarların fonunda bir yüksəlişdi, şəhidlərləbirlikdə ucalmaqdı. Güllərin dərdimizə şərik olmasıdı bu. Özü də bu soyqırım,bu şəriklik, dinlə, dillə bağlı deyil. Əslində bu, bir multikultural dəyərinçox-çox uzaqlara gedib çıxması deməkdi. Və biz o dəyəri şəhidlərimizə diz çökəndədə, onları güllərə bələyəndə də birmənalı etmişik. Şəhidimizin dininə, milliyyətinəfərq qoymamışıq. Ona görə də Bakıda gül mağazasında, bir alman bəstəkarınyaşadığı hisslər həyat gerçəkliyidi. O, faşizmin yaddaşımızda yaşatdığı cizgiləri"nemes" olaraq bizə təkrar xatırlatsa da, biz öz əxlaqımız, öz düşüncəmiz,öz yanaşmamızla "nemes”ə böyüklüyü, saflığı, bu yerdə güllərə sevgini eləçatdırırıq ki, o, bu gerçəklikdən qaça bilmir, əksinə məmnun olur. Və həmin o"nemes" bəstəkar bu gerçəklikləri dünyaya bəyan edir. Bax, budur şeirin də, elə şeirdəki güllərin özünündə qələbəsi, haqqı ifadə etmək gücü.

Bakıda,

Gülsalonunda alman bəstəkarı...

Bakınınəziz qonağı -

birdəstə gül üçün

bulmuşözünü.

Özünün

cəlbediciboybuxunuyla,

xanımlaraincə baxışlarıyla,

Zövqlüədasıyla, naxışlarıyla,

salonadaxil olmuş...

Gözlərində

heyrət,

əxlaq,

mərifət,

nəzakət...

görünüronun...

Butəsvir hardasa bir kənarda durub müşahidə aparmanı xatırladır. Sanki kimisə izləyirsən,kiminsə nə edəcəyini sona qədər görmək istəyirsən. Və bu görmək istədiklərin adi halda, başqa günlərdəgördüklərindən o qədər də çox fərqlənmir. Çünki bura gül salonudur. Sadəcə, gülü alan"nemes” bəstəkardı. O da öz genetik koduna uyğun olaraq özünü aparır, güllərəmünasibətini ifadə edir. Özünü bu təqdimetmə onun ali irqdən olmasının ifadəsidi.Lakin güllər, o güllərin satıcısı, onun əxlaqı və qonağa yanaşması həmin o aliirq anlayışını yavaş-yavaş əridir.Qonaq hiss edir ki, o, heyrətdən donur,o, Bakıda olduğunu dərk etməyə başlayır. Və Bakıda güllərə olan münasibətin altqatlarını görür.

Gülgəz görkəmiylə,

kişi ədasıyla,

şeriyyətiylə,

eşqiylə, sözüylə,

qətiyyətiylə,

həm zərif,

həm incə

təbiətiylə,

insana,

güllərə, çiçəklərə,

məhəbbətiylə...

sədaqətiylə,

buqadın

necədə meydan sulayır...

Gülləriköksünə sıxır, ağlayır...

Bəli,bu təkcə bir poetik uğur deyil, bu həm də sözün düzülüşüylə, sözün göstərməkgücüylə tablo yaratmaqdı, mənzərə canlandırmaqdı. Bunu Maşallah Məftun məharətləgerçəkləşdirib. Həm də o, ağ paltarlı qadının güllərin arasında bir simvololaraq, bir həmrəylik carçısı olaraq, bir bəşəri xilaskar olaraq görünməsini eləustalıqla zərurətə çevirir ki, onun qarşısında hamı susur, hamı gerçəklə barışır, razılaşır...

Mən NurəngizGünlə bağlı həmsöhbət olduğum hər kəsindilindən aldığım bir ifadəni yaddaşıma möhürləmişəm. O ifadə Nurəngiz Günün sadəliyinin içərisindəki böyüklüyü və bu böyüklüyə hopmuşgözəlliyidi. Sanki o öz şeirlərinin cismən görünən tərəfi idi. Və bu mənim, səningördüyün Nurəngiz Gün sözün görünməyən qatlarında güllərin ləçəkləri kimi özünüsöz-söz ifadə edir...

2018-in nəfəsininkəsilən vaxtında yenidən Maşallah Məftunun "Güllərin soyqırımı"ylayolüstü söhbət etdim. İstədim ki, yeni ilə elə həmin ovqatla, güllərin ətri vəNurəngiz Günün işığında keçib gedim. Axı bu dünya həmişə işığa möhtac olubdu,özü də gur işığa. Həmin işıqların sönməyənlərindən biri də sözü və ruhu mənə əzizolan Nurəngiz Gündür. Yeni iliniz mübarək, Nurəngiz xanım!


TƏQVİM / ARXİV