adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Əbülfət MƏDƏTOĞLU:TƏKLİYİMİN MONOLOQU

ƏBÜLFƏT MƏDƏTOĞLU
54374 | 2018-12-17 11:05

Hər dəfə təklənəndə,kimsəsizləşəndə, tənhalaşanda özümdən də,sözümdən də uzaq düşürəm. Dünyanın qatlarına, sevincinə, kədərinə mənasız, əhəmiyyətsizbir heçlik kimi baxıram. Yəni düşünmürəmki, hardasa məni sevinc gözləyir, hardasa yolumun üstünə şadlıq, şadyanalıqkölgə salır. Və yaxud da kədər, qəm öz sırasıyla boy-boya dayanıb gözləyir məni...

Hə, mən bütünbunları artıq keçib getmiş qatarla, başa çatmış günlə eyniləşdirirəm. Ona görədə içimdəki sadəcə bir təəssüf hissidi. O hiss də məni sakitləşdirməyə çalışır.Demək istəyir ki, heç nəyi dəyişə bilməyəcəksən. Bu yazı, bu qismət Haqqdan gəlir.Doğrudur, mən elə bu yazının özünə da asi olmaq, ona üsyan etmək niyyətiniiçimdə qoruya-qoruya bəzən şeirimdə də yazmışam ki:


Bu qismətyazılıb - sınıq qələmlə

Süstlənib hərsözü dərdlə, ələmlə...

Boyuma biçilmişağır şələmlə -

gəlirəm...


İndi bumisraların ovqatına bəlkə də bir az əsəbi, bir az istehzalı, bir az da laqeydbaxanlar olacaq. Hətta aranızda kimsə məni ağrını, dərdi təbliğ edən birisikimi qınayacaqdı. Mən bütün bunlarınhamısını rahatlıqla qəbul edirəm. Bilirəm ki, taleyimə yazılan, boyuma biçilənhər şey çəkilməlidi və çəkiləndi. Çünki dərdi-səri insan çəkməlidi, dağ-daşyox. Ona görə ki, Allah dərdi-qəmi insana verir...

Bəzən sözadamları, elə mənim özüm də dağı, daşı, ağacı qınayırıq. Onların bizsiz necəvar olduğuna, necə dözüb durduğuna üsyanedirik. Amma bilmirik ki, bizim obrazlaşdırdığımız, canlandırdığımız, nəfəsverdiyimiz dağ, daş, ağac və digər bütün görünənlər, mövcud olanlar öz dillərindənbaşqa heç bir dili bilmirlər, öz həyatlarından başqa heç bir həyat yaşamırlar.Necə ki, mən sənin dilini bilirəm... sənin üçün yaşayıram. Və hətta bircə anlıqda olsa gözümü yummaq, dilimi dişləmək istəyəndə belə misralar özü-özlüyündə sənə ünvanlanır:


Qəribsədim səninçün

Sözünçün qəribsədim...

Adam doludünyada -

Özünçün qəribsədim...


Bəli, bax bugerçəkliyin, bu yaşamın içində nə qədər özümü toparlamağa, xəyallarımı,yuxularımı gerçəklik kimi qəbul etməyəçalışsam da, amma istəklərim çin olmur. Çünki onların çin olmasına dəstək alabilmirəm. Və hətta dünyamı alt-üst edən ifadələr, sözlər, fikirlər qapımıdöyür. Onlardan hansısa biri mənə güllə kimi dəyir... Və o güllə də qanımda,canımda, varlığımda dolaşa-dolaşa gəlib sənə ünvanlanan məktuba çevrilir...oxumadığın məktuba...


Səndən ayrılıbgetmək -

Ağrıtmır! - mənidedin...

Mənisə yolasalmaq -

Ağrıdır! - sənidedin...


Sözlər güllə təkyağdı

Yaralarımtağ-tağdı...

Dərənin başıdağdı -

Dağıdır çənidedin...


Bitdi olan gücümdə

Bu dəyirmaniçimdə...

Çat yeri varküncündə -

Axıdır, dəni -dedin...


Görürsünüzmü,yaşamımı, duyğumu və bu yaşamın, duyğunun ifadəsi olan fikri. Yəqin ki,görürsünüz! Çünki siz də bu və ya digər formada bu yaşamı köynəyinizdənkeçirmisiniz. Özünüz də baş verənlərin daşıyıcısı, iştirakçısı olmusunuz. Yəniməzmun sizin üçün də məlumdu. Sadəcə, siz fərqli formaların görüntülərini izləyirsiniz.Ona görə də öz yaşamınız, öz düşüncəniz sizə daha doğmadır, nəinki mənim yazdıqlarım?!.

***

Əlindən-ətəyindəntutduğum fikirlər hərdən o qədər soyuyur ki, onun sazağı iliyimə işləyir,canımdan soyuq cərəyan kimi keçir. Üşütməsi barmaqlarımı göyərdir, dişlərimbir-birini taqqıldadır. Təbii ki, bunu kənardan kimsə görmür. Çünki bu mənim içdünyamdı, özəl dünyamdı. Onun qoruyucusu da sənsən, sənə olan sevgimdi. Deməli,həmin yaşamı görmək imkanı ancaq sənə aiddi. Hiss edirəm ki, sən də onu görməkistəmirsən. Bəlkə yanılıram? Kaş ki, belə olaydı! Yanılaydım duyğularımda və:


Gözlərin yolyüklüdü

Gəlmirsənyüngülləşsin...

Dərin bağrını dələn-

Kipriklər süngüləşsin...


İçimdə lövbərsalıb

Oturuşmuş qoca dərd...

Bir həmsöhbət dəyoxdu -

Alım təzə -borca dərdə...


Göz yüküm sözəhopur -

Misralarağılaşır...

Ömürdən günlərqopur -

Həsrətimahıllaşır...


***

Bütünzamanların, bütün

yaşamların özünəgörə, çəkisinə, tutumuna görə, ölçüsünə görə, sevinci, kədəri, sevgisi, məhəbbətitəbii ki, həm də həsrəti var. Bunu düşünə-düşünə götür-qoy edirəm. Yəni sənlianlarımı, günlərimi, bütövlükdə həyatımın vərəqlərini çevirirəm. Sanki yuxudanayılıram. Və içimdən bir sevinc dolu "ah" qopur. İnana bilməzsiniz!Axı sevinclə "ah"ın bir yerdə olmasını kim ağlına gətirə bilər ki?!.Amma mən həqiqətən bunu yaşadım və inandım ki, sevincin də "ah"ı var."Ah"ın da sevinci olduğu kimi. Mənim sevincimin "ah"ıömrümün mənası olan sevgimin yaşı demək imiş. Mən bunu indi dərk etdim, indianladım. Və...

Və bildim ki, əslində bütün həyatm, bütün dünyam, bütünyaşamım sən demə o sevginin özüymüş, o sevginin ifadəsi, diqtəsiymiş... Sən deməmən elə bu həyatı bax, o içimdən qopan "ah"ın özü kimi sevginəsığınıb, sevginə bələnib yaşamışam. Bunu nə sən demisən, nə də mən bilmişəm.Sadəcə, mən ömrün axarında özüm də hiss etmədən, özüm də fərqinə varmadan o sevgiylə birlikdə axıb gedirmişəm.


Bu gün sənəyazmadım...

Susdum ki,qayğısız ol...

Nə ürəyin yüklənsin-

Nə gözün dolsunbir yol...


Bilirəm ki, nəyazsam

Qəlbinə bir xalsalır...

Yazdıqlarımdan sənə-

Ancaq sıxıntıqalır...


Mən bir sevgiçaşqını

Qibləsin səndətapan...

İçimdəki daşqını-

Eşqdi yoğurubyapan...


Duyğularımcilovsuz

Dilbilməzdiruhum da...

Tutulmuşamtilovsuz -

Ovcundaydımyuxumda...


İçimin, dünyamınifadəsi olan bu misraların ardınca özüm də bilmədən bir sükuta qərq oluram.Sanki bütünlüklə yoxluğa, ilğıma çevrilirəm. Elə bil ki, bir qəfil külək alıbaparır məni. Və mən də o küləyin caynaqlarında heç çırpınmıram da... heç nəfəsimidə çəkmirəm, səsimi də çıxartmıram. Çünki dünyam təkliyin, tənhalığın diqtəsialtındadı. Bu şəhər mənə tamam bomboşgörünür... Boşluqda var olmaq görəsən mümkündürmü? Bilmirəm! Bildiyim odur ki:


Mən duaçı, sənisə

Dualarınünvanı...

İsitpıçıltılarla -

Sinəmdəkiyuvanı.


Qanadlanan xəyalım

Pərvanəndi - səbirsiz...

Sənsiz ötənanlarım -

Dəfn olunur - qəbirsiz...


Dayan, arxayadön, bax

Dizim torpağaçatır...

Göyərib olubtağ-tağ -

Ürəyimdəkiyatır...


Dualarla suvarıb

Göz yaşımlayumuşam...

Əl vurma, ürpənərsən-

Tay daş kimisoymuşam...


***

Bəli, mən nə qədərbu təkliklə, bu tənhalıqla vuruşsam da onaqalib gəlmək gücündə deyiləm. Bilirsiniz niyə? Ona görə ki, mənim gücüm özüməaid deyil. Bəlkə də pafoslu səslənir... bəlkə də çox böyük görünür... Ammabütün hallarda bu bir həqiqətdi, bu bir gerçəklikdi. Həmin həqiqətin və həmingerçəkliyin də adı sevgidi! Bax, mənim gücüm də ondadı. Amma neyləyim ki, osevginin qarşı tərəfi - onun ünvanı bu Allah bəndəsini görmür, onun səsinə səsvermir. Və beləcə, söndürür bir şamı... qaraldır bir ocağı...Gücsüzləşdirir vəsüquta aparır bir ürəyi...

Olsun! Bəlkə də eləbununla yaşayacaq sevgi... bununla şərəflənəcək və yaxud da bunun özü də biryazıdı. Axı, mən əvvəldə mən vurğuladım ki, sınıq qələmlə yazılıb bu ömüryolum. Və mən də onun nöqtə-vergülünə toxunmadam yaşamağı bir zərurət kimi qəbuletmi şəm. Sadəcə, hərdən duyğuların, hisslərin cilovunu ovcumda saxlaya bilməyəndəyazıram:


Mən susuram,danışmaq

İmkanım zədələnib...

Sevmək qadağanolmuş -

Ürəyim hədələnib...


Uyub sözünçapına

Kim var eşqətapına?!

Ürək səninqapına -

Verdiyin vədə gəlib!..


Çoxaldıqca yardağı

Sınıb ruhunbardağı...

Mənə də günortağı -

Dərd adlə gədə gəlib!


Yaşadığım gün nəfə

Yer qalmayıb taysəhvə...

Artıq düz iki dəfə-

Ölümdən hədə gəlib!..


Hə, biz, dahadoğrusu, mən və sən aid olduğumuz dünyanın, vətəndaşı olduğumuz məmləkətin özünəoxşayırıq. Hopub bizə bu dünyanın bütün problemləri. Və biz də çevrilmişik təbiiki, özümüz istəmədən o problemlərin, o dərdlərin daşıyıcısına. Olsun, daşıyaq dərdimizi,yaşayaq dərdimizi. Yəni yaşadaq sevgimizi, daşıyaq sevgimizi... Büdrəmədən,yıxılmadan Haqqa, İşığa doğru gedənlər kimi gedək yolun qalanını da!..

Sizə də uğurluyolçuluqlar!..


TƏQVİM / ARXİV