adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
28 Noyabr 2018 14:22
82374
GÜNÜN LƏTİFƏSİ
A- A+

GÜNÜN LƏTİFƏSİ

Abdal Qasım bəyin evinin yanından keçəndə eşşəyinə bir-iki çubuq vurub deyir:

- Toş, toş, ay bəy, toş, toş.

Bunu eşidən bəyin nökərləri tökülüb Qasımı döyürlər.

Qasım üst-başının torpağını çırpa-çırpa yenə eşşəyinə bir-iki çubuq vurub deyir:

- Toş, toş, ay çoxqohumlu bəxtəvər, toş, toş.

İndi baxıram bəzi çoxqohumlu bəxtəvərlərin qohum-əqrəbası tökülüb sosial şəbəkədə hansısa bir ziyalını xıncım-xıncım edirlər.

Tanrım, bizləri çoxqohumlu bəxtəvərlərdən qoru!