adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
29 Oktyabr 2018 20:13
31006
LAYİHƏ
A- A+

ZAQATALA: BURADA AÇILAN HƏR SƏHƏR...

(əvvəli ötən sayımızda)

2018-ci ildə 14680 ha əkin sahəsinin becərilməsinə görə 8062 nəfər istehsalçıya 976073 manat dövlət yardımı verilmiş, fermer təsərrüfatlarına güzəştli qaydada 815,9 ton mineral gübrələr və 886 litr pestisidlər satılmış, təkrar əkinlərin becərilməsində istifadə edilən yanacaq və motor yağlarına görə 120,8 ha torpaq sahəsinə 6040 manat subsidiya hesablanmışdır.
Cari ilin doqquz ayında rayonda mal-qara və quşlar arasında kütləvi tələfata səbəb ola biləcək iti yoluxucu xəstəliklər və zəhərlənmə hallarına yol verilməmişdir. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə 4493 baş ana mal süni mayalanmış, 2632 baş cins bala əldə edilmiş süni mayalanma yolu ilə alınmış buzovlara görə heyvan sahiblərinə 235300 manat subsidiya hesablanmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ixracyönümlü istehsal, emal və infrastruktur müəssisələrinin yaradılması və inkişaf etdirilməsi istiqamətində verdiyi tapşırıqlara uyğun olaraq Zaqatala rayonunda məqsədyönlü tədbirlər davam etdirilir.
Tütünçülüyü inkişaf etdirmək məqsədi ilə fermerlər arasında tütünçülüyün ixrac potensiallı olması barədə geniş maarifləndirmə tədbirləri aparılaraq cari ildə 750,3 ha sahəyə tütün əkilərək 2265 nəfər mövsümi işə cəlb edilmişdir. Tütün sahələrində məhsul yığımı işləri davam etdirilmiş, bu günədək 407 ton quru tütün istehsal edilmişdir.
Rayonda fındıq bağlarının əkin sahəsinin iki dəfə artırılması ilə əlaqədar müvafiq tədbirlər davam etdirilmiş bu ilin yaz mövsümündə 352 ha sahədə yeni fındıq bağları salınaraq mövcud fındıq bağları 18503,5 hektara çatdırılmışdır.
Bu il proqnozlaşdırılmış 40 ton barama istehsalına qarşı 48,1 ton barama tədarük edərək "Şəki-İpək ASC"-yə təhvil verilmiş, 233 nəfər barama istehsalçısına dövlət büdcəsinin vəsaiti hesabına 234735 manat subsidiya verilmişdir.
Zaqatala rayonu üçün ənənəvi və ixrac potensialı yüksək olan sahələrdən biri kimi gülçülüyün inkişaf etdirilməsi üçün 2016-cı ildən rayonun Aşağı Tala kəndi ərazisində "AZROSE" MMC tərəfindən gül plantasiyasının salınmasına başlanılmış və artıq cari ildə müəssisənin bar verən 64 ha qızıl gül və 35 ha lavanda plantasiyasından tədarük edilmiş gül ləçəklərindən, 38 kq qızıl gül yağı və 262 kq lavanda yağı istehsal edilmişdir.
Arıçılığın inkişaf etdirilməsi, bal ixracının artırılması məqsədi ilə rayonda "EkoZaqatala" MMC tərəfindən "boz qafqaz" cinsinə mənsub arılar yetişdirilərək artırılır və fermerlər yüksək məhsuldar, cavan arı ailələri ilə təmin edilirlər. Rayonda 400-dək arıçılıq təsərrüfatında 21000-ədək əsasən "boz qafqaz" və "karpat" cinsinə mənsub arı ailəsinə xidmət olunur. Bu təsərrüfatlarda il ərzində təxminən 200 ton bal, 3 ton mum, 300 kq çiçək tozu, 100 kq vərəmum, 5-6 kq arı südü, və s. məhsullar istehsal olunur. Rayonun təbii iqlim şəraiti gələcəkdə arıçılıq məhsullarının istehsalının artırılmasına imkan verir.
Xüsusi qeyd olunmalıdır ki, bu sahənin daha da inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında" 2018-ci il 5 mart tarixli 3747 nömrəli Sərəncamının icrası olaraq Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə görə 10 (on) manat məbləğində subsidiya verilməsi nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir : "Mən kənd təsərrüfatı ilə bağlı yekun olaraq demək istəyirəm ki, ilk növbədə, biz daxili tələbatı təmin etməliyik, məhsuldarlığı artırmalıyıq, elmi yanaşmanı tətbiq etməliyik və ixrac imkanlarımızı genişləndirməliyik."
Odur ki, rayonda fəaliyyət göstərən əlaqədar təşkilatlar, o cümlədən fermer təsərrüfatları cənab Prezidentin bu sahədə olan tapşırıqlarının yerinə yetirilməsi üçün bütün imkanları səfərbər etməlidirlər.
2018-ci ilin doqquz ayında rayonda ekoloji məsələlər də diqqət mərkəzində saxlanılmış, ətraf mühitin mühafizəsi məqsədi ilə inzibati tədbirlər həyata keçirilərək 31304 manat cərimə tətbiq edilmişdir.
Rayonda 1439,5 ha sahədə mədəni meşə əkininə xidmət olunmuş, 20 ha sahədə isə mədəni meşə əkini aparılaraq müxtəlif cinslərdən ibarət tinglər əkilmişdir. Azərbayca Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin iclasında öz yekun nitqində ekoloji problemləri xüsusi qeyd edərək, havanı çirkləndirən, havaya tüstü, kanserogen buraxan obyektlərdə təmizləyici qurğuların quraşdırılması, eləcədə ağacların qanunsuz kəsilməsinin tam aradan qaldırılması barədə tapşırıqlar verərək demişdir:- "...Şadlıq evlərində tüstü təmizlənmədən havaya sovrulur. Ona görə, çox ciddi xəbərdarlıq edilib, kim əməl etməyəcəksə, o şadlıq evinin, məişət obyektinin qapısı bağlanacaq", ".... Ağacların kəsilməsi halları azalıb, amma tam aradan qaldırılmayıb. Bir daha demək istəyirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi olmadan əgər kimsə bir ağac kəsirsə, onda özündən küssün."
Ona görə də aidyyəti qurumlar və ictimaiyyət bu sahədə fəallığı artıraraq belə halların tam aradan qaldırılması üçün ciddi tədbirlər görməlidirlər. Ötən dövrdə torpaqların sel sularından mühafizə edilməsi, suvarma şəbəkəsinin təmiri və əhatəsinin genişləndirilməsi, suvarma suyundan səmərəli istifadə edilməsinə diqqət artırılmışdır.
Respublika Prezidentinin "Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırması və əhalinin içməli suya olan təlabatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" 12 mart 2018-ci il tarixli Sərəncamına əsasən cari ildə "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC tərəfindən rayonda qazılması nəzərdə tutulan 13 ədəd subartezian quyusundan 12 ədədi artıq qazılmış, Muxax kəndində isə 1 ədəd subartezian quyusunun qazılması davam etdirilir. Doqquz ayda rayonda 905,2 min m3 həcmində cay yataqları, 263,7 min m3 həcmində suvarma kanalları təmizlənmiş, 13 ədəd hidrotexniki qurğunun, Muxax çayda 1800 m3 həcmində daş-beton bəndlərin təmiri və 412 m3 həcmində qabion bəndlərin quraşdırılması işləri həyata keçirilmişdir.
Cari ilin yaz və yay aylarında yağan güclü yağışlar nəticəsində rayonun əksər yaşayış məntəqələrində çaylar məcrasından çıxmış, qurulmuş müvəqqəti torpaq valları yuyaraq əkin sahələrinə və yaşayış məntəqələrinə ziyan vurmuşdur. Fəsadların aradan qaldırılmasında rayon Fövqəladə Hallar Komissiyası ilə yanaşı RİHB-nın şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyələr yaxından iştirak etmişlər. Xüsusilə qeyd etmək lazımdır ki, yaranmış vəziyyətlə əlaqədar "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin birbaşa köməyi ilə rayona, əlavə maşın və mexanizmlər cəlb edilmiş, hadisə günündən bu günədək sel-sularından mühafizə məqsədi ilə çay yataqları təmizlənmiş, torpaq vallar qurulmuş və hazırda bu işlər davam etdirilir.
2018-ci ilin 9 ayı ərzində rayon ərazisində bütün maliyyə mənbələri hesabına 18 milyon 362 min manat həcmində tikinti, abadlıq və quruculuq işləri görülmüşdür.
Şəhərin Azərbaycan prospektində, Zərifə Əliyeva, 28 may, Nizami, E.Ağayev, H.Z.Tağıyev və Ü.Hacıbəyli küçələrində, Heydər Parkında təmir işləri aparılmışdır. Qala düzü pilləkənlərində yararsız vəziyyətə düşmüş mərmər və travertin üzlük materialı sökülərək yanmış qranit üzlüyü ilə əvəzlənmiş, 1 saylı tam orta məktəbin qarşısındakı yararsız vəziyyətdə olan istinad divarı sökülərək yeni istinad divarı tikilmiş, kərpic və üzlük çay daşı ilə üzlənmişdir. Abadlıq işləri aparılan küçələrdə 880 metr müxtəlif diametrli azbest borularla yağış sularının kənarlaşdırılması üçün küçə arxları çəkilmişdir. Qala düzü pilləkənlərində, H.Z.Tağıyev, 28 may, Ü.Hacıbəyov küçələrində və Heydər parkında yeni işıqlandırma sistemləri quraşdırılmışdır. Şəhərin M.İbrahimov, A.Qardaşov, M.Rəsulzadə, N.Kusayev, S.Kazımov, Nizami, Göyəm və Çökək küçələrində ümumi sahəsi 40 min kvm-dən çox asfalt örtüyü döşənmiş, Nizami küçəsi 52, C.Cabbarlı küçəsi 1 və 3 saylı çoxmənzilli binaların həyətində asfaltlaşdırma işləri aparılmışdır. Hazırda digər küçələrdə bu işlər davam etdirilir.
Bundan əlavə Tala çayı üzərindəki körpüdə işıqlandırma sistemi təmir olunaraq 10 ədəd yeni metal işıq dirəyi, Heydər Əliyev prospektində 2 saylı tam orta məktəbin qarşısında məktəblilərin təhlükəsizliyinin təmin olunması üçün 50 metr uzunluğunda, Ü.Hacıbəyov küçəsində yerləşən səkilərin kənarına piyadaların təhlükəsizliyinin təmin olunması məqsədilə metal məhəccərlər quraşdırılmışdır.
(ardı gələn sayımızda)