adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
17 Oktyabr 2018 22:28
42160
LAYİHƏ
A- A+

Anabioz faciəsi, yaxud mənasızlıq sindromu...

Allahverdi Eminov

İnsan qəlbi dağlardan və çaylardan təhlükəlidir: təbiətin yaz və payız vaxtı olur, səhəri axşamı da var, insan sifəti isə bilinməzdir. - Bu kəlamlar dahi Çin filosofu Konfuitsiyə məxsusdur. Və bu gün cəmiyyətin mikroidarəçilərinin əlindən: zövqündən və iradəsindən asılı olaraq insan varlığı məna yükünü boşaldır, hətta silkinib çaxır ki, üst-başında bir zərrə də "yük" qalmasın. Amma o "yük" var-milyon illərdir onu biryolluq aradan qaldırmağa çalışırlar, baş sındırırlar. Amma ümidlərini itirmək istəmirlər. Səbəbi? Əbədi yaşamaq ehtirası. Belə cəhd nikbinlik bəlkə yersizdir, lazımsız işdir? Belə düşünənlərə mənəvi haqqımız çatmır qınayaq. Lakin bir münasibəti gizlətməyəcəyəm: ümidin mənasızlığı və...
Hələlik "Və"dən sonraya toxunmayaq.
Kim əbədi yaşamaq haqqında nikbin arzulara qapılmır: bu həyatdan doymamış insan baxmayaraq bu gün - sabah yüzü qatlayacaqdır. Arzusu çin olsun! Amma bu nikbinliyə can atan və inanan yalnız varlı, imkanlı təbəqələrdir, onlara qismət olan firavan həyatlarını yarımçıq qoyub naməlum dünyaya yola salınmaq istəmirlər. Əksinə tabeçiliyində olan "aşağı" kütləni zombiləşdirmək və onları itaətkarlıq ruhunda tərbiyə etmək yolunda xeyli iş aparırlar. Bunun timsalını afrikalı, hindulu, aborigenlər (yerli sakin) özündə yaşatmışlar. Hətta cadugərlərin gücündən (imkanlarından) istifadədən çəkinməmişlər... Həyatın şirinliyinə bax ki, aborigen ölmək istəmir. Bir ingilis həkimin şahidliyi: "Mat qalmış aborigen əllərini qaldırıb dəhşətli şəkildə cadugərin çubuğuna baxır, sanki bədəninə daxil olan ölüm dalğasını dayandırmaq istəyir. Onun sifəti ağarır, gözləri şüşə kimi dolur, üzü qorxunc vəziyyətinə düşür. O, qışqırmaq istəyirsə səsi boğazında çapalayır, ağzı köpüklənir. Bədəni titrəyir və can üstə yerə yıxılır. Bir müddətdən sonra sakitləşir, öz daxmasına çəkilir, xəstələnir və tayfanın həyatından silinir". Aborigen ölümcül hal almasına baxmayaraq yaşamağı üstün tutdu...
Əbədi yaşamaq iddiasına ilk dəfə Amerikada düşmüşlər, yaxud ömrü uzatmaq şansını. O ümidlə: "yatızdırılandan" sonra çox ehtimal ki, həyatını davam etdirəcəkdir.
Anabioz - həyatın tam, ancaq müvəqqəti dayandırılması - hələ XVII əsrdə Hollandiyalı alim - həkim Van Levenquk tərəfindən kəşf olunmuşdur. Sonralar saysız təcrübələr aparılmış, bioloji mikrosiopik həyat müvəqqəti dayandırılmış və təzədən canlandırılmışdır.
Əsrimizdə isə alimlər insanın anabioz edilə biləcəyinə inanmaqdadırlar. Məsələn: Vladimir İliçin vəfatından sonra bir alim demişdir ki, Lenini balzamlaşdırmaq əvəzinə, dondurmaq daha məqsədə uyğundur. Vaxt yetişər tibb elminin tərəqqi gücülə dahi rəhbəri həyata qaytarmaq çətinlik yaratmaz! Fərziyyəyə o qədər inanılmışdı ki, Almaniyadan aşağı temperaturlu soyuducu qurğu da gətirilmişdi...
Həyatı istənilən müddətə uzatmaq iddiası zahirən pis niyyətə oxşamır, lakin insanın eybəcər nəfsi, istismar xisləti onu sakit buraxmır: necə etməli anabiozdan gəlir əldə etmək. Beləliklə, ötən əsrdə bu sahə ilə məşğul olmaq istəyən (və işə başlayan) alimlər niyyət etibarilə 2 qrupa ayrıldılar. Kapitalizm cəbhəsinin mütəxəssisləri buna yüksək gəlir mənbəyi, sosializm ideoloqları isə humanist mövqeyini gündəmə gətirdilər. Artıq texnalogiyalar işlənib hazırlandı. Yüzlərlə adam qeydiyyatdan rəsmi qaydada keçdi! Məsələn: Anabiozda saxlanılan ən məşhur adam ABŞ-ın komik aktyoru Dik Cons oldu. Hətta məşhur rəssam Salvador Dali də bu həvəsə düşmüşdü...
Alimlər donun açılıb-açılmaması problemi haqqında fikirləşmək məcburiyyətində qaldılar: İnsan hüceyrələrini reparasiya etmək ("təmir") mümkünləşəndə insanı dondurmaq və donunu açmaq tamamilə reallaşa bilər. Nobel mükafatı laureatı Riçard Smolli təsdiqləyir ki, insan hüceyrəsini molekulyar səviyyədə "təmir" etmək bir neçə on ildən sonra mümkün olacaqdır. Bizə zaman kəsiyi çox görünə bilər, həyatla vidalaşana nə var ki! Lap 100-200 il olsun, ayılıb görəcək ki, nə yaşadığı məkanın izi-tozu qalıb, oğul-uşağından kimsəni tanımır, nə də söhbət etməyə o dünyada gördüyünü danışmağa bir kimsə!..
Vaxtilə dondurulmuş həmin varlı adam Banka üz tutacaq, əlində (varsa, tapmışsa) ki-tabçası, pulunu tələb edəcək, deyəcəklər: - O əsrin qanunları daha işləmir, həmin Bankın əmanətləri də məhv edilmişdir!
Bu adam görəsən dözə biləcəkmi?..
Hələ yaşamağa "vaxt" tapan, lakin mütləq "gələcəyə baxmaq" istəyən qəribə insanlar da yox deyil. Lap belə gicbəsərlər düşünürlərmi ayılanda ona deyəcəklər ki, həmin firma "nə vaxtdır müflisləşib sıradan çıxmışdır!"
Sonra yaxşı, xeyirxah xalqını sevən... insanların anabiozlaşmasına mən o mənada nikbin baxardım: haçansa ayılacaq və əvvəlki xarakterinə: dünyagörüşünə, inamına və həyat sevingisinə qayıdacaqdır!..
İnsanın əbədi, yaxud uzun illər hesabına ömrünü uzatmasına xeyli səbəblər axtarıb tapmaq çətin işə oxşamır və elə özündə bu hiss mövcuddur - hansı ki, başqasının kamil yaşına çatması, sağlamlığını qoruması, daha çox yazıb-yaratması, nəvə-nətiyə toyu görməsi və sair istər-istəməz baş qaldıran arzudur ki, bunu "həsəd" yaxud "qibtə aparmaq" kimi səciyyələndiririk. Hər bir varlıq şüurlu və şüursuz olaraq mövcuddur. Heyvan cinslərinin istənilən növü təhlükəni duycaq o yerdən uzaqlaşır, ən zərif və zəif heyvan güclü qüvvəyə can vermək istəmir, çarpışır. İlboyu tor-pağın altında yaşayan həşəratlar arabir işığa çıxır, günəş şüası alırlar. Bütün bunlar yaşamaq həsədindən irəli gələn bir ilahi instinqdir.
Elmi yanaşmada həsəd hissi mürəkkəb və təzadlı emosional halətdir, psixoloji effektlərə malikdir. Həsədlə qısqanclığı qarışdırmamalı o baxımdan: sonuncu hissin qaynaqları bilavasitə həsəd hissilə şərtlənir. Lakin "həsəd" fenomenində bədxahlıq, paxıllıq sindromu yox deyil. Hətta elə adamlar var lap doğması, yaxını, həmkarı hələ sağlam ömür sürür, yaxşılıq edir, yazır-yaradır və sair. Allahın bağışladığı ömrü onun özünə çox görür - bu, ən azı bədxahlıqdır. Həsəd hissi psixoloqların şəhadətincə, naliyyət, uğur qazanmaq mativasiyasının deformasiyası zəminində yaranır və psixoloji səciyyəsi: hər hansı sosial nemətlərə (maddi-mənəvi sərvətlərə, elmi uğurlara, sosial statuslara, şəxsi keyfiyyətlərə və sair) yiyələnməsi subyekt tərəfindən qavranılır, affektiv yaşantılarla müşahidə edilir.
Həsəd hissi xüsusən, yaradıcı şəxslərdə daha bariz nəzərə çarpır, vaxtilə (30-37-ci illərdə - ötən əsri nəzərdə tuturuq) şairlər, yazıçılar, alimlər arasında adiləşmişdir ki, bunun başlıca səbəbi sovet idealogiyasının liderlərinin təsiriydi. Bəlkə də bu, bir bəhanə idi bir-birilərindən ya açıq imza, ya da anonim "yuxarılara" danos yazsınlar. Neçə-neçə istedadları xalqımız itirdi! O adamlar vardı ki, həsədin ən çirkin növü olan paxıllıq xəstəliyinə tutulmuşdular. Nə etməli, O səndən istedadlıdır, səndən yaxşı əsərlər yazır, o səndən yüksək savada, dünyagörüşünə malikdir, fundamental tədqiqatlar müəllifidir. O səndən qabiliyyətlidir, təqdirəlayiq rəsmlər çəkir və ilaxır.
Paxılııq hissi qeybətdən başlayır və həsədin müəyyən məziyyətlərilə fərqlənən formasıdır, dar mənada "güzəran psixologiyası"na aiddir. Geniş səviyyədə daha ictimai-siyasi mahiyyətlidir: "Mən o işi bacarmıramsa, sənə də imkan vermərəm, səni sıradan çıxararam" kimi acı qənaətlər determinləşir. Maraqlı bir nüans tarixən nəsilbənəsil bir-birinə ötürülmüşdür. Qadınlar tərəfindən.
Guya qeybəti yalnız qadınlar (arvadlar) aparır: bu istisna deyil. Qadınlar, adətən güzaran baxımdan gileylənirlər. Bu gün sosiumun özünəxas sosial-psixoloji qeybət səlnaməsinin bir çox səhifələrini bilavasitə iradə zəifliyilə seçilən kişilər ətrafa yayırlar. Nədənsə qadınlara belə fərdi yanaşmanı qəbul etmirəm, hətta bu zərif məxluqu "qara" rəngə, amma sərt təbiətli kişiləri "ağ" rəngə şamil edirlər.
Sosial-psixoloji pedaqogikada rənglər palitrasında "ağ"ın fəlsəfəsi axromantikdir, "qara"nın isə Karl Lüperin test psixologiyasında münasibətləri əks etdirir. Ağ rəng işığın rəmzidir. Qara rəngsə qaranlığın vahiməli simvoludur. Təbii ki, aqressivlik mahiyyətində vardır...
Yaşamaq ehtirası, dünyadan kam almaq həvəsi, övlad ərsəyə gətirmək instikti və sair bəşəri məsələləri idrak edən, mahiyyətinə varan, proqnozlaşdıran ziyalılar təbəqəsində yaradıcı adamlardır. Onlardan bədii-ədəbi təmayüllülər əsərlərində belə bir həyatı təsvir edirlər, obrazlar yaradırlar, hətta fantastik janra əl atırlar, musiqiçilər, rəssamlar və sair eləcə. Onlar həyatı fəlsəfi mühakimələrində düşünən alimlərdir: digəl, həsəd aparmaq (yaxşı mənada qibtə) əvəzinə paxıllıq, bu hissin astar üzü olan riyakarlığa, qisasçılığa aparır. Yaradıcı şəxslərin paxıllıq hissi daha dəhşətlidir. Məsələn: tarixi yaddaşda hələ də yaşayan və nümunə etalonu olan böyük Avstriya bəstəkarı A.Motsartla Salyeri arasındakı konflikt ifrata vardı. Və simvol "hüququ" qazandı. Böyük filosof K.Yunq (1875-1961) simvollaşma incəsənətin, mifologiyanın, dinin əsasını təşkil edir, ona görə ki, mənəvi-psixoloji faktla söykənir - fikrini irəli sürdü.
A.Motsartın şöhrəti Vətən sərhəddini aşmışdı, bu isə Salyeriyə möhkəmcə yer etmişdi, onu qıcıqlandırmışdı. Dostunu məhv etmək üçün zəhərləyib öldürdü. Bu hadisə sindromlaşdı, tədqiqatların və bədii ədəbiyyatın mövzusuna imkan yaratdı. Dahi A.S.Puşkin "Motsart və Salyeri" faciəsini yazdı. Rus tənqidçisi V.Q.Belinski əsər haqqında yazdı ki, A.Motsartın bu şıltaqlığı Salyerinin qərarını qətiləşdirdi. Burada Puşkin bizi insan qəlbini Şekspir biliciyinə heyrətləndirir. Motsartın sadəlövh sözlərində Salyeri qəlbinin yarasını göynədən, ona əzab-əziy-yətlər verən suallar bir yerdə cəmləşmişdir. O, özünü məhz cinayət törədə bilən bir adam kimi ta-nıyırdı, onun gözü qabağında dahinin etirafına görə, dahiliklə cinayətkarlıq bir yerə sığmır və deməli, Salyeri dahi deyil! Aha! Deməli, mən dahi deyiləm? Al, payını və zəhər dahinin qədəhinə süzülür.
V.Q.Belinski Salyerinin psixologiyasını, onun davranışında və ya bizim indi işlətdiyimiz kimi fiziki hərəkətlərində necə əks oluna biləcəyini göstərir...
Maraqlı ola bilər mənim fərziyyəmdə: Salyeri məhz nə üçün zəhəri seçdi? Güllə ilə də öldürə bilərdi, humanist yolu duel olardı... Lakin o, bu yolu seçmədi. Salyeri zombilərin həyatı haqqında məlumatlı idi: bir din bələdçisi kimi insanı öldürmək üçün edilən sehirli ayinlər mövcuddur. Məsələnin bir tərəfi bunda idi ki, sehirli ayinin, o cümlədən, cadugərlik ölümü "öz xoşuna" aparır və səs-küysüz bu ölümə inanırlar, cinayətin üstü bir növ açılmır. Hətta kahinlər var - ətrafında da xüsusi toz hazırlayıb onu gələcək qurbanına verirlər, yaxud bədəninə sürtürlər və bu toz ölüməbənzər xüsusi trans əmələ gətirir. Salyeri Motsarta o qədər paxıllıq psixologiyası ilə baxırdı - əlacı olsaydı bu dahi bəstəkarı zombiləşdirərdi (Zombi tozu isə koma halında bitir). Bunun - özünün daxili tapşırığını icra edərsə, ürəyindən tikan çıxardı. O fiziki əzabları "sakitcə" qarşılayır, dözür və "ölüməbənzər" vəziyyətə düşür, şüuru üstündə olan canlı meyidə dönür. Hirsi soyumuşsa, cadugər xüsusi maddələr vasitəsilə bəstəkarı həyata qaytarır. Belədə Motsart heyvani davranış səviyyəsinə enər, ideal quluna çevrilər cadugərin. Salyeriyə bu lazım deyildimi? - Dahi bəstəkar, zəhəri qəbul et və bütün istedadını qurban ver! - Çünki hissləri, yaddaşı ölür. Salyeriyə o da bəlli idi ki, zombilərə duz verilərsə onun nitqi qayıdır.
(ardı gələn sayımızda)

Sosial əxlaq