adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
12 Oktyabr 2018 00:07
30974
LAYİHƏ
A- A+

TARİXİMİZDƏKİ İMAMZADƏLƏR

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ
Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Tariximizin səhifələrini çevirdikcə qarşılaşdığımız məqamlar bizi həm heyrətləndirir, həm də təəccübləndirir. Ona görə heyrətləndirir ki, bu zənginlik, bu möhtəşəi tarix bizə, xalqımıza məxsusdur. Həm də ona görə təəccübləndirir ki, biz bunları araşdıra, öyrənə və özümüzlə bahəm dünyaya çatdıra bilmirik. Bax, bu mənada bu gün blokada şəraitində yaşayan, amma öz inkişaf tempi, quruculuq uğurları ilə seçilən qədim Şərqin qapısı sayılan Naxçıvan torpağında tariximizin elə sirləri yatır ki, onu öyrəndikcə daxili bir qürur hissi keçrirsən. O qürur səni azərbaycanlı olduğun üçün, bu torpağa aid olduğun üçün şərəfləndirir və əzəmətli edir.
Əgər tarixi gerçəklikləri diqqətlə gözdən keçirsək, onda kimliyimizin arxasında dayanan maddi-mənəvi abidələrin nə qədər önəmli olduğunu bir daha anlamış olaraq. Çox təəssüf ki, biz bəzən ya bunun fərqinə varmırıq, ya da içimizdəki laqeydlik bizi susqunluğa, bijanəliyə tərəf çəkib aparır.
Sevindirici haldır ki, bizim hamımız belə deyilik. Bu xalqın və bu torpağın özünü, tarixini, dünənini və gələcəyini öyrənən bu yolda inadkarlıqla yorulmaq bilmədən araşdırmalar aparan elm, mədəniyyət adamlarımız var.
Onlardan biri də tarix üzrə fəlsəfə doktoru, professor İlham Əliyevdir. Bu günlərdə Naxçıvanın tarixi ilə bağlı sənədlərlə tanış olarkən dəyərli alimin Naxçıvan ərazisinədki "İmamzadələr" kompleksləri ilə bağlı araşdırmasına rast gəldim. Və oxuduğum həmin araşdırma səpgili yazının mahiyyəti mənə bu tarixə bir az da dərindən bələd olmağa imkan verdi.
Məlumdur ki, coğrafiyamızın demək olar ki, əksər nöqtələrində qədim yerüstü və yeraltı abidələrimiz var.
Elə bu günlərdə sirləri dünyaya açılan Azıx mağarısan diqqət yetirsək, onda söylədklərimə siz də əmin ola bilərsiniz.
Eləmi ictimaiyyətə arxeoloq, professor Məhəmmədəli Hüseynov tərəfindən 50 il bundan öncə təqlim olunmuş və buradan tapılmış qədim insanın, yəni Azıxantropun alt çənə sümüyü Azərbaycanın qədimliyinə və burada ilk insan məskəninin böyük zaman hüdudlarına malik olmasını təsdiq edir.
Fikrimi bir daha dəqiqləşdirərək demək istəyirəm ki, ölkə ərazisindəki maddi nümunələr, yəni göz önündəki tarixi abidələr özü-özlüyündə həm də bir tarix kitabıdır. Onların arasında imamzadələrin də xüsusi yeri var.
Yəni həmin tarix kitabının da bir ölümünü də məhz imamzadələr təşkil edir.
İstər Azərbaycanın Gəncə, Qarabağ bölgəsində, istərsə də Naxçıvan ərazisində mövcud olan imamzadələr arasında müəyyən bağlılıqların olması danılmazdır. Təbii ki, bu bağlılıqlar həm abidələrin tikilişində, arxitekturasında, həm də onların adiyyətində, yəni mənsubluğunda özünü ifadə edir.
Bununla bağlı tarix üzrə fəlsəfə doktorunun fikirlərinə istinad etsək, onda görərik ki, "qədim və zəngin tarixi keçmişilə fərqlənən Naxçıvan çoxsaylı abidələr diyarı kimi tanınıb. Bu mühüm maddi və eyni zamanda mənəvi sərvətlərimizin sırasında Muxtar Respublikanın müxtəlif bölgələrində yerləşən "İmamzadələrin özünəməxsus əhəmiyyəti, xüsusi yeri vardır".
Naxçıvıanın 13 əsrdən artıq bir dövrünü özündə təcəssüm etdirən bu dəyərli abidələr yalnız ölkəmizin deyil, bütövlükdə müsəlman şərqinin qədim sənətkarlıq, xüsusilə də memarlıq ənənələrinin, çoxəsrlik tarixi keçmişinin yadirgarlarıdır".
İstinad etdiyim bu fikrin özü artıq imamzadlərin tariximizdə, bizim tanıdılmağımızda hansı əhəmiyyəti kəsb etdiyini özü-özlüyündə ifadə edir.
Məlum olur ki, həmin imamzadələrin hər biri həm memarlıq abidəsi olmaqla bahəm, həm də sənətkarlıq nümunəsidir.
Üstəlik, bunların ikisinin toplum halında ifadə etdiyi bir məqam da var.
O da xalqın inancına söykənir. Yəni imamzadələr həm də müqəddəs bir ünvan, necə deyərlər, ocaq, pir kimi də önə çıxır.
Bu da onun qorunmasına, tarixi inkişaf yolunu keçməsinə və zamandan-zamana adlayıb gəlməsinə şərait yaradan, təkan verən bir səbəbdir, bir gücdür.
Bəli, Naxçıvan ərazisində mövcud olan imamzadələr barəsində fikir söyləyən tarix üzrə fəlsəfə doktoru İlham Əliyev vurğulayıb ki, bu komplekslər barəsində araşdırma apararkən o, qarşısına qoyduğu məqsədin mahiyyətini dəqiq bilir və üstəlik bu mahiyyətin özündə ifadə etdiyi "imam" kəlməsinin çözümünü də açmağa qərar verir. Beləliklə, barəsində bəhs etdiyim araşdırmaya diqqət yetirəndə görürük ki, " "imam" kəlməsi ərəb dilində tərcümədə rəhbər, başçı, öndə duran mənalarını ifadə edir. İslam dünyasında Məhəmməd Peyğəmbərdən sonra dini rəhböər funksiyalarını yerinə yetirən və məhz bu müqəddəs şəxsiyyətin nəslindən olan şəxslər İmam adlandırılıblar.
Tarixdən məlumdur ki, şiə imamları Abbasi xəlifələri tərəfindən daim təqdim olunub.
Bu səbəbdən də onların övladları tənqiddən yaxa qurtarmaq üçün müxtəlif ölkələrə, eləcə də Azərbaycana pənah gətiriblər".
Tarixi fakt kimi artıq elmi ictimaiyyətə məlum olan bu fikirləri təkrar etmədən vurğulamaq yerinə düşər ki, həqiqətən də Azərbaycan coğrafiyasındakı imamzadələrin hər birinin inkişaf tarixinə, eləcə də kimlər tərəfindən inşa edilməsinə diqqət yetirsək, onda bir daha bəlli olar ki, bu müqəddəs ünvanlarda dəfn edilən şəxslərin hər biri həqiqətən şiə imamları olmuşlar və yaxud da onların nəslindəndilər. Bunun özü də həmin imamların Azərbaycana sığınacaq üçün pənah gətirdiklərini sübut edir.

(Ardı var)

Əbülfət MƏDƏTOĞLU