adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

Əbülfət Mədətoğlu: "ELƏ SEV Kİ..."

ƏBÜLFƏT MƏDƏTOĞLU
44257 | 2018-10-08 16:47

Hər bir yazıadamı mənim düşüncəmə görə, özünü, öz həyatını kağıza köçürür. Yəniyazdıqlarının əsas qəhrəmanı özü olur. Bax, bu mənada bir oxucu olaraq mən də həmsöhbətolduğum kitabın qəhrəmanıyla, yəni müəllifiylə daxilən rahatlıq içində dərdləşirəm.Bilirəm ki, oxuduğum şeirin, nəsr əsərinin müəllifi tam səmimi bir həmsöhbətdir.Lakin bunu da etiraf etməliyəm ki, bəzən kosmopolit, həyatdan, hətta xəyaldanda uzaq, bir az yumşaq desəm, fantastik düşüncələri bədii sözə çevirmək, onuoxucuya sırımaq meylləri də olur. Kimlərsəözlərini yox, özgələrini yazmaqla guya hansısa bir ədəbi qolu təbliğ etməyə,onun nümayəndəsi olmağa çalışır. Təbii ki, bu da hər kəsin öz seçimi, öz işidi.Mənim kiminsə seçiminə qarşı çıxmaq səlahiyyətim yoxdur, heç bu iddiada dadeyiləm. Amma bir oxucu olaraq bütünlüklə inandığım, səmimi saydığım sözünyanında olmağa üstünlük verirəm. Bu qəbildən olan əsərləri oxuyanda özümü rahathiss edirəm. Deməli...

Dəyərli həmkarım,dostum Əbülfəz Ülvinin şeir dünyası, ümumiyyətlə, bədii yaradıcılığı məni həmişə özünə çəkib. Hətta onun sosial şəbəkədəpaylaşdığı şeirlərinin demək olar ki, heç birini gözdən qaçırmamağa çalışıram.Çünki Əbülfəz Ülvi sözə son dərəcə həssaslıqla yanaşan, onu son dərəcə həzinbir şəkildə ifadə etməyi bacaran şairdi. Onunşeirlərində həyat, reallıq elə bil ki, sözə hopub. Sanki rəssamdı.Duyğunu qələmlə yox, fırçayla çəkir. Bax, bu mənada şeir həm səs, həm də rəsmolur. Yəni həm oxuyub o səsi dinləyirsən, həm də bu şəkli görürsən. Bax, eləbuna görə də şair dostumun fikirlərilə baş-başa qalmaq mənə həmişə xoş olur.Çünki:


Necəyurd salmısan sinəmdə görən,

Qoymasaçlarımı bəyaza verəm.

Səndəsevgi çoxdur, ya məndə görən,

Gərəkbir gün bunu taraza verəm.


Məniheç nə yıxmaz, sənsizlik yıxır,

Özişıq yolunu öz əlin tıxır.

Oanlar qəlbim də başına çıxır,

Bilmirəm,yerinə nə əza verəm.


Zənnimcə,bu şeiri oxuyan oxucu sözlərin təkcə gücünü yox, həm də onun çiyninə aldığıyükü də məmnunluqla özününküləşdirir.

Vəhiss edir ki, bu sözlər elə onun öz içində, öz dilində də var.


Sadəcə, onu ifadə etmək bacarığı Əbülfəz Ülvidədi.Şeir də onda alınır, onda yadda qalır, onda sevilir. Və yaxud:


Sənəürəyimdə saray qurmuşam,

Çıxqəm sarayından, ah sarayından.

Busaray üstündür, min yol duymuşam,

Soltansarayından, şah sarayından.


Bax,burda yaxşı seç ağı qaradan,

Osəni, sən onu qoyma xar olsun.

Eləet küsməsin Ulu Yaradan,

Başınınüstündə daim var olsun.


... Orda muğayatol bax, ürəyindən,

Gətirə bilməsən sevgihəyata.

O zaman,xoşluqla çıx ürəyimdən,

Getməyim cərrahiəməliyyata.


Bax, bumisraların özündəki fikrə yanaşma, yəni o fikri görüb ifadə etmək ustalığınınözü artıq Əbülfəz Ülvinin sözü özünə tabe etmək imkanını göstərir. Oxucu görürki, söz Əbülfəz Ülvinin qələmində haldan-hala düşür və hər halında da yeni birməna, yeni bir çalar ifadə edir. Bu da sözün təkcə dilçilik baxımından sinonimləriniyox, poeziya baxımından sözün rəngarəngliyini, yəni bir sözün özündəki müxtəlifgörüntüləri, müxtəlif mənaları, həttamüxtəlif anlayışları da oxucu qarşısına çıxarmaqdı. Cərrahiyyə əməliyyatlainsan öz içindən sevdiyini, sevgisiniçıxara bilərmi? İlk baxışdan, yəni fizioloji anlamda bu gerçəklik deyil. AmmaƏbülfəz Ülvi bunu poetik şəkildə oxucuya elə çatdırır ki, oxucu həmin istəyin gerçək ola biləcəyinə şübhə etmir.


Özü də bu fikirləriifadə edəndə Əbülfəz Ülvi özünün dediyi kimi sözbazlıq eləmir, sözü şeirəçevirir.


Səndə don geyinmə buzdan, nahaqdan,

Sözde, sözü salma gözdən, nahaqdan.

Sözbazlıqyaratma sözdən, nahaqdan,

Sözdənşeir olur, sözbazlıqdan yox.


Bugün kifayət qədər sözbazlıq edib onu ədəbiyyatnümunəsi kimi oxucuya təqdim edən yazarlarımız var. Əslində onlar yazar yox, hardasa yazı yazanlardı.Əbülfəz Ülvi də məhz bu qəbildən olanları nəzərdə tutub sözdən şeir yazanlarıalqışlayır, onların uğuruna sevinir, sözbazlıq edənləri isə qamçılayır.

Mən şairdostumun ötən il işıq üzü görmüş "Elə sev ki..." kitabı ilə baş-başaqalarkən bir daha əmin oldum ki, Əbülfəz Ülvi oxucunun axtardığı şairdi.Oxucunun ürəyinə yol tapmış, onunla hisslərini, duyğularını, düşüncələrinibölüşən söz adamıdı. Bu, oxucu kimi, bir dost kimi məni sevindirir və inanıramki, həmişə də belə olacaqdır. Çünki:


Məndə ürəkvurur, mən qəlb qırmıram,

Qəsdə su səpirəm,qəsdə durmuram

Qohumdan,qardaşdan, yaddan sormuram,

Özün de, kiminkiçaş ürək oldu?

Zənnimcə,"Ürək oldu" şeirindən sizə təqdim etdiyim bu bənd özü oxucuya kiminhansı ürəyin sahibi olduğunu deyir. Mən də öz növbəmdə Əbülfəz Ülviyə "Ürəyinvar olsun, qardaş!" deyirəm.



TƏQVİM / ARXİV