adalet.az header logo
  • Bakı 12°C
12 Aprel 2013 10:36
30219
İDMAN
A- A+

"İqtisadçı" baş məşqçisini yenə qovdu

"İqtisadçı" daha bir qeyri-adi addımı ilə diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, həmişə mövsümün gedişində öndə olub, sonda mükafatçılar sırasını tərk edən və ya bürünc medal qazanan universitet komandası mövsümdə ikinci dəfə baş məşqçisini qovub.
Bakı təmsilçisi türkiyəli Bülənt Karslıoğlunun ardınca tailandlı Kiattiponq Radçataqriaqkraya da qapını göstərib. Onun klubdan kənarlaşdırılmasında "İqtisadçı"nın zəif çıxışı, xüsusilə, 1 tur əvvəl "Lokomotiv"ə 2:3 hesablı məğlubiyyəti əsas rol oynayıb. Çünki asiyalı komandanı qəbul edərkən birinci yerdə olduğu halda, klub hazırda 3-cü pilləyə enib. Qarşıda onları liderlərlə çətin oyun gözlədiyindən isə bu yeri də qoruması heç də asan olmayacaq.
Komandanı son 5 oyuna Büləntlə tailandlının köməkçisi olan Fərid Cəlalov çıxaracaq. Yığmamızın 26 yaşlı sabiq kapitanının ilk sınağı isə bu günə təsadüf edəcək. "İqtisadçı" saat 15:00-da autsayder "Lokomotiv Biləcəri" ilə oynayacaq.