adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
18 Iyul 2018 23:10
33808
LAYİHƏ
A- A+

ZAQATALA: QAZANILAN UĞURLAR VƏTƏNƏ XİDMƏT NÜMUNƏSİDİR

Son illər Zaqatala rayonunun bütün istiqamətlər üzrə inkişafından, ayrıca Zaqatala şəhərinin xüsusi bir görkəm alaraq modernləşməsindən, qəsəbə və kəndlərdəki müasirləşmədən sevinc dolusu söhbətlər gedir, qürurlu anlar yaşanır. Hər dəfə bu gözəl məkana yolum düşəndə şəhərin çox yerində olmağa çalışıram. Zaqatalanın yeni tikililəri, abadlıq-quruculuq işlərinin müasir üslübda aparıldığı yerlərə də baş çəkirəm. Hərdən sakinlərlə söhbətlərə də cəhd edirəm. Burada məni tanıyanlar da az deyil. Belə məqamlarda hər zaman bir təəssübkeşlik, şükranlıq, el-oba sevgisi yaşanır, paylaşılır. Bütün bunlar təbii ki, Zaqatalanın ümumi səviyyəsindən, mentalitetdən irəli gəlir. Sakinlər rayonlarının daim inkişafda olmasından qürur duyduqlarını, çox işlər görüldüyünü bildirirlər. Zaqatalalılar ölkə rəhbərliyinə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə bütün bu göstərilən qayğı və diqqət üçün sonsuz minnətdar olduqlarını rəğbət və məhəbbətlə dilə gətirirlər. Əksəriyyət yaxşı başa düşür ki, cənab Prezident Zaqatalanın inkişafında, məlum zəlzələnin vurduğu ziyanların aradan qaldırılmasında, şəhərin daha gözəl və modern görkəm almasında necə böyük tədbirlərin görülməsinə, sərəncamlara imza atmış və görülən işləri daim diqqətdə saxlamışdır.
Başqa məqamlar da var. Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı, təcrübəli və tanınmış dövlət məmuru Mübariz Əhmədzadənin əhali ilə daha yaxın olması, ona müraciət edən sakinləri hər dəfə eyni səmimiyyətlə dinləyib lazımi tədbirlər üçün göstərişlər verməsi, məmurlar komandasını müntəzəmliklə vətəndaşlara daha yaxşı və nümunəvi xidmətə səfərbər etməsi həmişə rəğbətlə qarşılanır. Xüsusilə başçının camaatla əl-ələ verib rayonun inkişafı üçün həyata keçirdiyi tədbirlər və bu tədbirlərin uğurlu nəticələri...
Bu mənada Zaqatala rayonunda 2018-ci ilin birinci yarısı da uğurlu nəticələrlə yekunlaşıb. Bütün bunlar barədə birinci yarımilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaqda geniş söhbət açılmışdır. Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübarizə Əhmədzadə məruzə ilə çıxışında demişdir:
- Respublikamızda sosial-iqtisadi inkişaf proqramlarının uğurla həyata keçirilməsi regionların sosial-iqtisadi inkişafı istiqamətində nəzərdə tutulan proqramların reallaşması nəticəsində rayonumuz da öz inkişafını davam etdirmişdir.
Görülmüş uğurlu işlərin nəticəsidir ki, 2018-ci ilin birinci yarısında rayonda məhsul buraxılışı 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 5.6 faiz artaraq 118 milyon 629 min manat olmuş, məhsul istehsalı tikintidə 2.4 dəfə, kənd təsərrüfatında 4 faiz, ticarətdə 5 faiz, rabitədə 11.3 faiz, nəqliyyatda 2 faiz, pərakəndə əmtəə dövriyyəsi 9.1 faiz, pullu xidmətlərin həcmi 2.3 faiz artmış, 804 daimi olmaqla 844 iş yeri açılmışdır. Əsas kapitala yönəldilən investisiyaların həcmi 2.3 dəfə artaraq 10 milyon 335 min manat təşkil etmişdir.
2018-ci ilin birinci yarısında Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 15 layihə üzrə 192,0 min manat həcmində güzəştli kredit verilmişdir.
6 ayda rayonun iqtisadiyyatına qoyulmuş 2 milyon 437 min manat investisiyanın 83,8 faizi xidmət sahələri üzrə obyektlərin, 9,8 faizi yaşayış evlərinin tikintisinə, 6,4 faizi ticarət sahəsinin inkişafına cəlb edilmişdir.
2018-ci ilin birinci yarısında büdcəyə vergi və tədiyyələr üzrə 3,9 milyon manat vəsait daxil olmuş, proqnoz tapşırıqlar 112,3 faiz icra edilmiş, bu da keçən illə müqayisədə 293 min manat çoxdur. Gəlirlərin 26,4 faizi dövlət sektorunun, 73,6 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. Hesabat dövründə mərkəzləşdirilmiş xərclərdən 1 milyon 125 min manat subsidiya alınmış, büdcə xərcləri 4 milyon 491 min manat və ya 96,2 faiz icra olunmuşdur.
2018-cı ilin birinci yarısında 216 pensiya işi təyin edilmiş, 16350 pensiyaçıya xidmət göstərilmiş, 2 milyon 34 min manat məcburi dövlət sosial sığorta haqları yığılmış, proqnoz tapşırıqlar 97,7 faiz icra edilmişdir.
Hesabat dövründə rayonda 213 nəfər kimsəsiz qocalara xidmət göstərilmiş, 5236 nəfərə sosial müavinət, 379 nəfərə Prezident təqaüdü, 592 ailənin 2568 üzvünə ünvanlı sosial yardım verilmişdir.
Ötən dövr ərzində rayonda 1042 nəfər işaxtaran kimi qeydiyyata alınmış, 360 nəfər münasib işlə təmin olunmuşdur.
Qeyri-rəsmi məşğulluğun qarşısının alınması, əmək münasibətlərinin leqallaşdırılması ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinin yerli bölmələrində hüquqi yardım mərkəzləri yaradılmış, müxtəlif iqtisadi sahələr üzrə fəaliyyət göstərən işəgötürənlərin iştirakı 7 tədbir keçirilmiş, 105 kiçik sahibkarlıq subyektlərində bilavasitə iş yerlərində məlumatlandırma-izahat işləri aparılmışdır.
Aqrar sektorda həyata keçirilmiş tədbirlər sayəsində rayonda 2018-ci ilin birinci yarısında kənd təsərrüfatı məhsullarının istehsalı 38 milyon 628 min manata çatmışdır.
Belə ki, rayonda cari ilin məhsulu üçün 10933 ha sahədə əkilmiş payızlıq taxıl, o cümlədən 7581 ha buğda sahələrinə aqrotexniki xidmət göstərilmiş, 4002 ha sahədə qarğıdalı, 182 ha günəbaxan, 100 ha soya, 1559 ha kartof, 2117 ha tərəvəz, 3855 ha yonca, 797 ha bostan bitkiləri əkilmişdir. Kənd təsərrüfatı işlərinin aparılması ilə əlaqədar rayonda 632 ədəd özüyeriyən texnikadan istifadə edilmiş, "Aqrolizinq" ASC-nin rayon bölməsi tərəfindən güzəştli qaydada 767,55 ton mineral gübrələr və 886 litr pestisidlər satılmışdır. 2018-cı ilin I yarısında 6512 ton kartof, 2439 ton tərəvəz, 249 ton bostan məhsulu, 9,1 ton quru tütün, 1329 ton meyvə, 17,5 ton yaşıl çay yarpağı istehsal olunmuşdur. Hazırda rayonda taxıl biçini işləri davam etdirilir. Orta məhsuldarlıq 31 sentiner təşkil edir. 6 ayda rayonda mal-qara və quşlar arasında kütləvi tələfata səbəb ola biləcək iti yoluxucu xəstəliklər və zəhərlənmə halları baş verməmiş, epizootik vəziyyət sabit saxlanılmışdır. Ötən müddət ərzində rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə damazlıq təsərrüfatları fəaliyyətini davam etdirmiş, 2929 baş ana mal süni mayalanmış, 1685 baş cins bala əldə edilmiş, iribuynuzlu mal-qaranın baş sayı 60730 baş, qoyun-keçilərin baş sayı 170449 baş olmuş, rayonda 4321 ton diri çəkidə ət, 18540 ton süd, 9741 min ədəd yumurta istehsal edilmişdir.
Rayonda cari ildə 750.3 ha sahəyə tütün əkilərək 2265 nəfər mövsümi işə cəlb edilmiş və bu günədək sahələrdən 125 ton tütün istehsal edilmişdir.
Qərzəkli bağçılıq təsərrüfatlarının inkişaf etdirilməsi məqsədilə rayonda mövcud olan fındıq bağlarının sahəsinin iki dəfə artırılması ilə əlaqədar müvafiq tədbirlər davam etdirilir. Bu ilin yaz mövsümündə 352 ha sahədə yeni fındıq bağları salınaraq, rayonda mövcud fındıq bağ sahələri 18503,5 hektara çatdırılmışdır.
Sevindirici haldlr ki, rayonun kümçüləri "Şəki-İpək" ASC-yə 48104.4 kq barama təhvil verərək proqnoz tapşırıqları 121.7 % yerinə yetirmişlər.
Baramaçılığın dirçəldilməsi və gələcəkdə yaş barama istehsalının və tədarükünün artırılması məqsədi ilə rayonda 2016-2017-ci illərdə 275980 ədəd tut tinginin əkilməsi təmin edilmişdir.
Rayonumuz üçün ənənəvi və ixrac potensialı yüksək olan sahələrdən biri olan gülçülüyün inkişaf etdirilməsi üçün 2016-cı ildən rayon ərazisində gül plantasiyasının salınmasına başlanılmış və "AZ ROSE" MMC-nin sifarişi əsasında Aşağı Tala kəndi ərazisində gül yağı emalı zavodu istifadəyə verilmişdir. Hazırda müəssisədə 64 ha bar verən qızıl gül plantasiyasından 120,7 ton qızıl gül ləçəyi tədarük edilmiş, 38,1 kq gül yağı istehsal edilmiş 129 ha "Qızılgül", 35 ha sahədə "Lavanda" olmaqla cəmi, 164 ha gül plantasiyalarına aqrotexniki qulluq tədbirləri davam etdirilir.
Nazirlər Kabinetinin iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yekun nitqində demişdir: - "Bəzilərində belə təsəvvür var ki, kənd təsərrüfatı, necə deyərlər, elə ənənəvi qayda ilə inkişaf edə bilər. Bu, qətiyyən belə deyil. Bu gün dünyada elə texnologiyalar var ki, məhsuldarlığı bir neçə dəfə artırır. Biz həm aqrotexniki tədbirlərlə bağlı texnologiyaları, həm də su ilə təminat texnologiyalarını Azərbaycana gətirməliyik".

(ardı gələn sayımızda)