adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Əbülfət MƏDƏTOĞLU: NAXÇIVANDA AÇDIĞIM SƏHƏR - DÖRDÜNCÜ YAZI

ƏBÜLFƏT MƏDƏTOĞLU
49866 | 2018-06-12 15:00

İbrahimYusifoğlunu təkcə Naxçıvanda yox, eləcə də Azərbaycanın ədəbi camiəsində yaxşıtanıyırlar. Onun şeirləri həm ölkə mətbuatında, həm qardaş Türkiyənin nəşrlərində kifayət qədəryayımlanıbdı. «Ədalət» qəzeti olaraq biz də İbrahim Yusifoğlunun şeirlərinizaman-zaman oxucularımıza təqdim etmişik, kitabları barəsində məlumatlarçatdırmışıq. Və elə burda onu da vurğulayım ki, İbrahim müəllim həm də Azərbaycanyazıçıları arasında uşaqlar üçün yazan müəllif kimi də xüsusilə seçilir. Və buseçim özü də İbrahim Yusifoğlunun pedaqoq kimi uşaq dünyasına bələdçiliyininbir ifadəsidir. Onun şeirlərində təkcə uşaqları oxşamaq, ovutmaq yox, həm dəinandırmaq, güvənli etmək, inamlı etmək prinsipi xüsusilə qabarıq şəkildə nəzərəçarpır…

Bəli, bizİbrahim müəllimin çalışdığı Şərur Təhsil Şöbəsinin önündən ona, gəldiyimizi telefonla bildirəndən sonrao dəral iş otağından həyətə çıxdı. Onun gəlişinə qədər isə mən bu binanın ətrafınıgözdən keçirmişdim. Bir-birinə sarmaşmış gülləri, çiçəkləri, səliqə-səhmanıyaddaşıma köçürmüşdüm. Təbii ki, rayon ziyalılarının, pedaqoji işçilərin yaxşıtanıdığı, Ali Məclisin deputatı Asim Yadigarla şair Əbülfəz Ülvinin yanlarındaolmağım işimi xeyli asanlaşdırmışdı. Təhsil şöbəsinin önündə onlarla görüşənişçilər artıq mənim, yəni qonağın da kimliyindən xəbər tutmuşdular, «xoş gəldin»eləmişdilər. Bax, bu məqamda İbrahim Yusifoğlu özünü bizə çatdırdı. Doğrusunudeyim ki, sonuncu dəfə Novruz öncəsi görüşdüyüm, özü də Bakıda həmsöhbətolduğum redaksiyamızda yeni yazı-pozulardan danışdığımız İbrahim müəllimləgörüşüm mənim üçün yaddaqalan və unudulmaz bir tarixə çevrildi. Çünki illərdənbəri onu öz elində, obasında ziyarət etmək arzum çin olmuşdu. Mülayim təbiəti,şirin söz-söhbəti və üzügülərliyi ilə mənihəmişə özünə çəkən İbrahimmüəllim sözarası vurğuladı:

- Hə, qardaş,axır ki, vədinə əməl etdin, gəlib çıxdın Şərura!

Təkrarbir-birimizin əlini sıxdıq. Bu həm də mənim tərəfimdən bir üzrxahlıq idi. Çünkibundan öncəki səfərimdə İbrahim müəllimi nigaran qoymuşdum. Ona söz verib əməledə bilməmişdim. Zaman darlığından həmin vaxt Şəruru ziyarət etmək mənə nəsibolmamışdı. İndi isə Şərurdayam. Özü də dostların, könlümə, ruhuma doğmaolanların arasında!..

İbrahimmüəllimin dəvətilə Təhsil Şöbəsinin müdirinin otağına daxil oluruq. Cavan biroğlandı Şərurda təhsilə rəhbərlik edən. Özü kimi adı da diqqətimə, yaddaşımayazıldı. Tuncay müəllim qonaqları görən kimi dərhal qapının önünə qədər gəlibonları qarşıladı. Oturmaq üçün yer göstərdi. Elə ayaqüstü hal-xoş edən Asim müəllimməni təqdim edəndən sonra iş vaxtının bitməsinə müəyyən zaman kəsiyi qaldığınınəzərə alıb Tuncay müəllimdən İbrahim Yusifoğlunun bizim sıramıza qatılmasıüçün icazə istədi. Təbii ki, bu rica yerdə qalmadı. Tuncay müəllim özü biziqapıya qədər yola saldı. Bax elə həmin an qəribə bir nüans mənim üçün təəccbülü,həm də son dərəcə həssas an kimi ruhuma, varlığıma köçdü. Deməli, biz TəhsilŞöbəsinin həyətində proqramımızı müəyyənləşdirərkənİbrahim müəllimin telefonuna zəng gəldi. Bir kəlmə danışıb «burdayıq» deyənİbrahim müəllim sonra üzünü bizə tutub dedi:

-Tuncay müəllim xahiş edir ki, bir dəqiqə həyətdə ləngiyəsiniz, sizinlə birlikedəxatirə şəkli çəkdirmək istəyir…

Doğrusu,bu cavan məmurun öncə diqqəti və sonra da göstərdiyi bu sayğı mənim bəlkə dəilk dəfə qarşılaşdığım və heç vaxt unutmayacağım bir hörmətin, bir münasibətintəzahürü idi. Biz hamımız çox məmnunluqla Tuncay müəllimlə birlikdə şəkil çəkdirdik.Və mən Bakıya dönəndə bu şəkli ailə üzvlərimə, dostlarıma göstərib bir az ədalışəkildə vurğuladım ki, baxın görün kimlərlə şəkil çəkdirmişəm, özü də harada.Bunu ona görə xüsusi əda ilə vurğulayıram ki, Şərur rayonu Azərbaycan ictimai,siyasi, ədəbi və elmi mühitində öz çəkisilə ön sırada duran bölgələrimizdənbiridi…

Yenəsükan arxasında əyləşib bizim qayğımıza qalan Əbülfəz Ülvi üzünü Asim müəllimətutub soruşur:

-Hara, hansı tərəfə gedəcəyik?

Təbiiki, bu sualın cavabını hamımız eyni vaxtda düşünürük və qərara gəlirik ki, öncəŞərurdakı Naxçıvan-Bakı və digər uçuşlarüçün biletlər satılan ünvana baş çəkək. Yəni, bileti alıb qoyum cibimə, ondansonra səyahətimizi rahatlıqla davam etdirək. Qərar hamımızın ürəyincə olur. VəŞərurun ən yaraşıqlı binalarından biri olan aviakassaya gəlirik. Burada Asim müəllimi,Əbülfəz müəllimi, İbrahim Yusifoğlunu sayğı ilə qarşılayırlar. Bir neçə dəqiqəniniçərisində təyyarə bileti yazılır. Və mənə əlimi cibimə tərəf uzatmağa imkanverməyən, gün ərzində «mən burdayam, sən heç nə üçün narahat olma!» - deyənƏbülfəz Ülvi yenə önə keçdi. Və yenə də səmimi replikasını mənə tərəf tuşladı:

-Böyük qardaş olan yerdə kiçik sakit durar…

Bizİbrahim müəllimin müşayiəti ilə rayon mərkəzini gəzirik. O, bizə, daha doğrusu,mənə məlumat verir: məktəb, xəstəxana, rayon qəzetinin redaksiyası və digəryerlər mənim üçün bir növü Şərurlatanışlığın cizgilərinə çevrilir. Sözarası İbadulla kəndindən də danışır. Bu kəndAraz sahilində, düzəngahlıqda yerləşir, rayon mərkəzindən o qədər də uzaqdeyil. Ümumiyyətlə, Şərurda əkinçilik, tütünçülük, heyvandarlıq, üzümçülük,bağ, dostan, tərəvəz - demək olar ki, kənd adamına gərəkli olan bütün sahələrinkişaf etdirilir. Həyətlərdə boy-boya vermişmeyvə ağacları, saçaqlanmış gilas, ərik, gilənar, alma və digər meyvələradamın üzünə gülür. Cərgə ilə əklimiş kələm, pomidor və digər bostan məhsullarınınşitilləri də şərurluların zəhmətkeşliyindən, torpağın qədrini bilmələrindən xəbərverir…

Rayonmərkəzindən çıxıb üzü dağlara tərəf yol alırıq. Bircə onu bilirəm ki, İbrahimmüəllim bizi Arpaçayın ziyarətinə aparır. Və hər dəfə də Arpaçayın adı gələndəmənim qulaqlarımda böyük xanəndəmiz unudulmaz Qədir Rüstəmovun ifası səslənir.Elə indi İbrahim müəllim Arpaçay sözünü deyəndə də sanki o ifanı eşitdim… o səsinyanğısını sanki varlığımda duydum. Söz adamı bir-birini göydə anlayır deyiblər.Nəyi düşündüyümü İbrahim müəllim də göydə tutdu. Və zarafatla dedi:

-Gedirik Saranın qatilini görməyə!

Çoxgözəl söz idi, dərhal yaddaşıma yazdım. Və Arpaçayı tez görməyə içimdə bir uşaqtələskənliyi baş qaldırdı. Biz bir az dolanbac olan yolları keçib Arpaçayınsahilinə çatırıq. Çayın üstündəki körpünü keçib buradakı istirahət məkanındadayanırıq. Və başlayırıq öncə Arpaçayla hal-xoşetməyə. Bax, həmin o məqamda elə bir şıdırğı yağış yağır ki, bu gürşadda yağışaltında dayanmaq mümkün deyil. Damlaların iriliyi adi baxışla da görünür. Bizbir az dalda bir yerə çəkilirik. Amma şərurlular kimi Şərurun təbiəti dəqonaqsevərdi. Yağış cəmi 5-6 dəqiqə çəkir. Sonra göy qurşağı, sonra bəməbyazgöy üzü və bir də ördəklərin və müxtəlif quşların üzdüyü Arpaçay. Mən bu məqamaözlüyümdə məna vermək istəyirəm. Düşünürəm ki,Arpaçayın qatil olduğunu göylər də bilir. Və dörd nəfərlik yazarlar heyətinin, şairlərin Arpaçaya ziyarətibuludları da kövrəltdi, göy üzünü də silkələdi. Onlar da bizim duyğularımızaqoşuldular, kükrədilər və yağdılar. Saranın nakam məhəbbətinə göz yaşı tökdülər.


Mənburada özüm üçün yaratdığım auranın içərisindəonu da fikirləşdim ki, şərurlular Saranın qisasını Arpaçaydan alıblar. Onunqarşısını kəsib, önünə bənd atıb iki Su Elektrik Stansiyası yaradıblar.Arpaçayın dəliqanlılığına nöqtə qoyublar. Necə deyərlər, qatil cəzasını alıb.Özü də savab bir məqsəd naminə…

Arpaçayın sahilində oturub çörək kəsmək, çay içmək,aradabir əlindəki çörək parçalarından çaya atıb balıqları sevindirmək yaşadığımxoş anların unudulmaz təəssüratlarındandı. Son dərəcə səliqəli saxlanılan, necədeyərlər, bir anda nəzarətsiz qalmayan çayın özünün və sahilinin mənzərəsi həqiqətənmaraqlıdı, əsrarəngizdi. Mən İbrahim müəllimin söylədiklərini, xüsusilə Şərurlabağlı dediklərini acgözlüklə dinləyirəm. Onungöstərdiyi dağlara tərəf həsrətlə baxıram. Çünki o dağların arxası Dərələyəzellərinin yurd-yuvası olubdu. Və burada o da məlum olur ki, təqribən iki əsröncə zəlzələ zamanı Şərurun indiki kəndlərinin bir çoxu dağlardan üzü aşağı köçedib, yeni torpaqlarda həyatlarını yenidən başlayıblar…

Dağadamları, ümumiyyətlə, çay kənarında yaşayanlar çayın nə demək olduğunu, onunbalığının dadını yaxşı bilirlər. Mən Arpaçayın sahilində keçirdiyim o bir neçəsaat ərzində azı 10-15 dəfə kəndimə, Qarabağıma gedib qayıtdım. Kəndimin həriki tərəfindən axan dağ çaylarını xatırladım. Uşaqlıq, yeniyetmə yaşlarımızdanecə balıq tutduğumuzu yaddaşımda təzələdim. Və indi də çaya bir tikə çörəkatanda, balıqların o çörəyi tutmaq üçün bir-birinə aman verməməsini seyr edibbiz uşaqların balıqları necə «aldatdığını» təbəssümlə yaddaşımda təzələdim.Söhbətimiz bitmir, uzanır. Şair dostlarımın söylədikləri maraqlı faktlar, Şərurla,bu torpaqla bağlı hekayətlər, onların şeirləri və bir də bizə xidmət edən, eləilk addımdan öz səmimiyyəti,istiqanlılığıyla xoşuma gələn bir cavan oğlanın xidməti məni buradan tərpənməməyə,necə deyərlər, elə ölüb burda qalmağa kökləyirdi. Təbii ki, sonuncu fikrim şairsözüdü. Əslində isə Şərurda yaşamaq, Şəruruseyr etmək, onun gözəllikləri ilə baş-başa qalmaq özü başqa bir dünyadı,başqa bir aləmdi. Üstəlik, süfrəyə gətirilmiş Şərur məhsulları, xüsusiləağartıların dadı, tamı özü bir aləmdi. Dadmasan,dediyimə inanmazsan…


TƏQVİM / ARXİV