adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Onun böyük ürəyi

ETİBAR CƏBRAYILOĞLU
56087 | 2018-06-01 19:04

"İndi hər müəllifi, həryazını oxumurlar. Onda qala, hələ heyranlıq bildirələr. Və həm də anlayalar. Səninbu cür oxucuların da çoxalmaqdadır. Jurnalist üçün bundan qiymətli nə ola bilər?!"

Çağdaş mətbuatımızın əntanınmış publisistlərindən biri kimi Məzahir Əhmədzadə bu sualın cavabını çoxgözəl bilir. Ona görə də publisistikamızın ən cazibədar və modern sisteminiquran İradə Tuncayın "Sarı odalar" kitabına bir vaxtlar yazdığı "Önsöz”də müəllifə ürəklə belə bir sual unvanlamışdı.

Ali Media Mükafatılaureatı Məzahir Əhmədzadə özü də imzası axtarılan, hər yazısı maraqlaqarşılanan jurnalistlərdən biridir. Peşəkarlığın diktə etdiyi kurallara daimböyük sayğı ilə yanaşan, jurnalistikanın şərəfini qorumaqdan usanmayandostumuzun oxucuları həmişə çox olub, bu gün də yazılarını anlayanların,heyranlıq bildirənlərin sayı artmaqdadır. "Ədalət” qəzeti onun oxucuları iləgörüş yeri, həmsöhbət olmaq üçün bir məkanıdır.Uzun illərdir ki, bu ünsiyyət davam edir.



Qəzetimizin təsisçisi,tanınmış yazıçı, millət vəkili Aqil Abbas qədim dostu, iş yoldaşı Məzahir Əhmədzadəninadını publisistikamızı yazıçılıq səviyyəsindən də yuxarı qaldıran görkəmli qələmsahibləri ilə yanaşı çəkir: "...Məzahirin jurnalistikaya dəxli yoxdu. Jurnalistyazıları var, hamımız kimi o da yazıb. Amma Məzahirin özü, bütövlüyü onunpublisistikasındadı. Publisistika isə jurnalistikadan yuxarıda dayanır.Publisistika yazıçılıqdı. Əhməd bəy Ağayev, Ömər Faiq Nemanzadə, Əli bəyHüseynzadə, Mirzə Cəlil, Haqverdiyev, dahi Üzeyir Hacıbəyov... onlarpublisistikanı yazıçılıq səviyyəsindən də yuxarı qaldırdılar.

...Məzahirin nə deməkistədiyini bilmək istəyirsinizsə gərək onun yazdıqlarının hamısını oxuyasınız,çünki bütün yazıları bir-biri ilə bağlanır, yəni onun dediklərində nəyi tutabilmədinizsə, ya yazını ikinci dəfə oxuyun, ya da geri qayıdın, əvvəlkiyazılarına bir də baxın. Gözəl bir şeir ağacı kimidi, onun kökü var, gövdəsivar, budaqları var, yarpaqları var, çiçəkləri var. Hamısı bir yerdə gözəldi,bitib. Məzahirin publisistikası hamısı bir yerdə bir şeirdi. Gərək onun özülünüdə biləsən, budaqlarını da, çiçəklərini də və sonra da meyvəsindən dadıb ondansonra görəsən ki, Məzahir sənə dünyanın hansı tamını verib".

Aqil Abbas bu dəyərlifikirlərini Məzahir Əhmədzadənin 2011-ci ildə işıq üzü görən "Uembli arayışı”kitabına yazdığı "Ön söz”də bildirib. Yeri gəlmişkən, Mətbuat Şurasının tövsiyəsiilə çap olunan "Uembli arayışı" publisistikamızda sözün əsl mənasındahadisəyə çevrildi. Görkəmli alim və ziyalılar, ictimai xadimlər müəllifin bu ilk kitabı haqqında mətbuatdaçoxlu sayda yazılar dərc etdirdilər, kitabın məziyyətləri barədə fikirlərinibildirdilər. Məzahir Əhmədzadə təvazökarlığını müvəqqəti də olsa bir kənaraqoyub "Uembli arayışı"ndan yazılanları ayrıca kitab kimi çap etdirə bilər.

Məzahir Əhmədzadə2015-ci ildə sayca ikinci kitabını oxucularının müzakirəsinə təqdim etdi.Dostumuz bu dəfə bizləri "Metamorfoz"la sevindirdi. İstedadlı publisist, tədqiqatçıLoğman Rəşidzadə Məzahir Əhmədzadənin "Metamorfoz” kitabına yazdığı "Ön söz əvəzi”ndədostumuzun həm şəxsiyyətini, həm də yaradıcılığını özünəməxsus şəkildə təhliletməyə çalışıb və yüksək qiymətləndirib: "Məzahir köhnə jurnalistdir. Mərd,dönməz, sözübütöv, peşənin təəssübkeşi və həm də sevdalısı...

Hər türlü inanclarınsarsıldığı, bayağılığın və arsızlığın at oynatdığı indiki zəmanəmizdə qələmə,yazıya, sözə, yaradıcılığa bu Məzahir inamı, bu inamdan boylanan Məzahir sevgisihardandır? Onun hər yazısı sevgi dastanıdır, hər biri bir sevgi ömrü yaşayan,sanki öz sevgi yaşı olan sevgi məktublarıdır..."

Məzahir Əhmədzadəninsevgi məktubları onun ürəyindən oxucularının ürəyinə qədər yol qət edib."Sezarın qayıtması”, "Sfinks”, "Çətin söhbət”, "Dahi bir nostalji”, "Kanyon”,"İstanbulda İstanbul həsrəti”, "Dağlar hara söykənsin?”, "Kəndin bəyazyuxuları”, "Orda bir ev var, uzaqlarda”, "Soçi: təzadlar, sirlər və gözəlliklərşəhəri”, "Bu adamlar hara gedir, əllərində işıq parçası?”, "Onlar... sonbaharvurğunu”, "Buludmu olum, yoxsa ki, gəmi?”, "Şota”, "Ondan yaxşı qardaş yoxidi”, "Yorulmayan ataları... dinləyin”, "Qartalı sevmək”, "Yıxılan aylara kimlərağlayar?”, "Yarımçıq ev”... Bir-birindən maraqlı sevgi məktubları.

Bəzən bu məktublarınarasında uzun bir fasilə yaranır. Oxucularının çoxu bilməsə də, yaxın dostları,"Ədalət"dəki iş yoldaşları bunun səbəbini yaxşı bilir. Məzahir Əhmədzadəson illər səhhətində yaranan bəzi problemlər üzündən bəzən qələmdən-kağızdanuzaq qalmağa məcbur olur. Amma nə yaxşı ki, bu taym-aut uzun çəkmir. Dostumuzbütün problemləri arxada qoymağı bacarır, çətinliklərə qalib gəlmək üçün özündəgüc-qüvvət tapır. Lap əsatir qəhrəmanları kimi...

Və Loğman Rəşidzadənində qeyd elədiyi kimi, hər biri bir sevgi ömrü yaşayan bu məktubların davamı gəlir- "Baksovet xatirələri”, "Bir gün belə xoşbəxt olmaq”, "Adı "Forbes”ə düşməyənmilyoner”, "Azəri deyirəm, Azər Abdullanı!”, "Əmircan dahisi-1”.

Beləcə, onun ürəyindənçoxsaylı oxucularının ürəyinə məktublar gəlməkdədi...


Etibar CƏBRAYILOĞLU

TƏQVİM / ARXİV