adalet.az header logo
  • Bakı 11°C

BAŞQA SƏS

RZA RZAYEV
52483 | 2018-05-16 10:09

Bizdə belədi, tutduğumuz pis işdən özümüz xəcalət çəkmərik, bunu başqasınıngörməsindən, bilməsindən qorxarıq, utanarıq. Başqası görməsə, bilməsə, nə istəyirsənedə bilərsən, bizə başqalarının görməsi, bilməsi əzab verir. Çünki biz özümüzə qiymətverə bilmirik, həmişə özümüzü başqalarına görə qiymətləndiririk, dəyərləndiririk.Bir pis işimiz olanda başqa millətləri məsəl çəkirik, guya onlarda belə pis işlərolmur. Başqalarında düzəlməyəni özümüzdə düzəltmək istəyirik. Özümüz öz əyrimizidüzəltmərik, istəyirik başqası gəlib düzəltsin, bizə elə gəlir ki, başqası hər şeyindaha yaxşısını edə bilir, eyni şey başqasında daha düzdü, bizdə düz görünmür.

Şikayəti də başqasına etməyi sevirik, öz aramızda hansısa problemi həlletmək elə bil qanımızda yoxdur, başqalarının tökdüyü qanımızdan dərs çıxarmırıq.

Belə düşüncəmiz var ki, istəklərimizi ancaq başqaları ödəyə bilər, çünkitələb olunan hamımıza lazımdır, bunu da kimsə kimsəyə verməz, bizə lazım olandabaşqasına lazım olmadığından həmən istəyi yerinə yetirir, ürəyimizi alırlar, gözümüzdəolurlar ən uca yerdə.

Biz geyimi də başqalarına görə geyinirik - yaraşdı-yaraşmadı, təki başqalarıgeyindiyindən geyinək, təki başqaları bəyənsin. Təki başqa olaq.

Və ən dəhşətlisi, dilə gətirilməsi çətin olan, danışılası olmayan - başqalarınınqadınının gözümüzdə gözəl görünməsidir, gözümüz həmişə onun-bunun qadınındadır,millət olaraq da başqa millətlərin qadınlarını sevirik, xoşlayırıq, dərdindən ölürük.

Bizə zövq verən başqalarının bizdən aldığı zövqdür.

Biz başqalarının yavaş-yavaş qazandığı hər şeyi birdən istəyirik, gördüklərimizibirdən istəyirik - komasını.

Hər şeyin komasını əldə etmək üçün əziyyətlər çəkirsən, baş sındırırsan,zaman itirirsən, imkanlar isə səni gözləmir. Kimsə artıq yararlanıb. Mövcud olandandoğru istifadə gələcək arzuları da təmin edir. Bir idarədə rəhbər olmaq istəyinvar, amma mövcud olan anda imkanlar hələ sənin o idarədə fəhlə olmağını təmin edəbilər, arzular isə buna imkan vermir, mövcud olmayanları xəyal etmək, yaşamaq, sünizövq almaq - artıq psixologiyaya təsir edir. Qəbul edə bilmirsən "aşağı"işi, birbaşa yuxarıdan başlamaq istəyirsən. Görürsən ki, kimlərsə kiminsə hesabınabelə imkan əldə edib, artıq potensialı olan şəxs də həvəsdən düşür, eşşəyi minibsonra ata minmək istəmir. Birbaşa at minənlər də, atı eşşək kimi minirlər, atı eşşəyingününə salırlar. Sonra da ATƏT gəlir ki, sizin seçiminizi tanımırıq, çünki atımızıeşşək kimi minib pis günə qoymuşuq, ATƏT atını minib atlanıb-düşür, bizim atımızisə eşşək günündə, ATƏT ilə yarışa bilmir, məcbur olub ATƏT-in arxasınca gedirik,o da bizə ... atır. Hərdən də təpiyi üzümüzə dəyir, etiraz etməyə də üzümüz yoxdur.

Biz nə qədər topu qapıya tərəf vursaq da, ATƏT istədiyi vaxt qapının yerinidəyişir. Sonra da deyir ki, "Siz qadağan olunmuş zonanı ya keçibsiniz, ya davurduğunuz top qadağan olunmuş sahəyə düşüb". Bəzən də, az qalırıq qol vuraq,ATƏT səs-küy salır, oyunu saxlayır, çoxlu qanun pozuntuları tapır, deyirsən"Axı nizamnamədə belə yazılıb", deyirlər - "Doğru", deyirsən"Bəs doğru olmayan nədir?!" Deyirlər -"Onu biz də bilmirik, top sizdə olanda doğruolmur. Nizamnamədə yazılana görə top bizdə olandadır - doğru. Top həmişə gərək bizistədiyimiz yerdə ola ki, doğrunu təsdiq edək, bizim oyumuz olmadan oyunda qələbəniqazanmaq olmaz". Başqalarını öz probleminin həllinə qoşanda həmişə belə olur,problem həll olunmur, hələ qalanda ki, problemi yaradanların özü problemləri həlletmək istəyən təşkilatda oy sahibi ola, onda problem sahibinin "oy" səsiçıxarmaqdan başqa yolu qalmır.

Vəziyyətbudur ki, biz istədiyimiz formada məsələnin həlli mümkün görünmür, özümüzü vururuqkorluğa, məcbur olub deyirik ki, biz sülh yolu ilə həllin tərəfdarıyıq, guya oynayırıq,başqa variant yoxdur, çünki topu ancaq bizim qapıya vurmaq olar, oyun bizim qapınınağzında gedir, ancaq müdafiə oyunudu. Qapılar dəyişmir, artıq əsas vaxt bitib, əlavəvaxt isə artıq müddətsiz görünür, hakimlər qol vurmağa imkan vermir. Düşmən belədə üstünlük qazana bilməyəndə - ATƏT (hakim) 11 metr verir, ha deyirsən ki, hadisəçox kənarda (Ermənistanda) baş verib, deyirlər hakimin qərarını dəyişə bilmərik,oyun bitsin hakimin qərarına qiymət verərik. Sonra hakimi dəyişirlər, guya cəzalandırıblar,başqa hakim gəlir, ayrı sifətdə, eyni məzmunda - dəyişən heç nə yoxdur, problemdə yox kimi görünür.

Deyirlərözünüz həll edin, deyəndə bəs sizin işiniz nədir, çiyinlərini çəkirlər, bir az daqısnayanda - deyirlər siz öz aranızda elə razılaşın ki, biz də razı qalaq, bu razılığıtanıyaq, hüquqi qiymət verək, dünyaya tanıdaq.

Gələkseçkiyə, bu işdə də başqalarına ümid bəsləyirik. Başqaları az qala son seçkini tanımaqistəmirdilər, ATƏT tez iclas keçirib söz demək istəyirdi ki, bizimkilər sözünü dedi- başa saldılar ki, dəyişən heç nə yoxdur - həmişəki seçkidəndi, qarnınızın dərdinideyin?

Bizdə ki başqalarının dərdinə tez dərman tapanıq, dərmanlarını verib yola saldıq. Qaldısəs salan özümüzünkülərə, yəqin başqalarına verdiyimiz dərmanın dörddə birini başqalarısəs salan özümüzünkülərə verib sakitləşdirəcəklər, deyəcəklər ki, "Daha hələlikbaşqa səs çıxarmayın, başqa şey başa düşərlər!"

Topvurmaq istədiyin tərəfə getmirsə - qol olur!


TƏQVİM / ARXİV