adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Yaramız qaysaqmı tutub?

VÜQAR ABBASOV
59290 | 2018-05-11 18:35

Ç.Çaplinin sözlərindən biri çox xoşuma gəlir. Təxminən belə deyib ki, yağışlı havada bayırda gəzməyi sevirəm, ondagöz yaşlarını kimsə görmür. Bizləruşaqlıqdan belə öyrəndik ki, kişi ağlamaz, ağladıqca kiçilər. Ancaq nə gizlədim,yağışlı havada gəzməyi mən də sevirəm, ağlamasam da, sevirəm.

Torpaqlarımızınişğalda olması məni (çoxlarımız kimi) hər zaman üzüb. Niderlandda yaşadığım illərdə isə bu hissisadəcə üzüntü ilə ifadə edə bilmərəm. İndi özümü, torpaqları itirilmiş biriolaraq, alçalmış, ləyaqətini itirmiş kimi hiss edir və xalq olaraq hazırkıişğal durumunu necə qəbul etdiyimizianlaya bilmirəm. Çöldə-bayırda, işdə, dükanda erməni ilərastlaşanda özümü kiçilmiş hesab edirəmvə inanın, həmən vaxt ölmək əlimdə olsa, xəcalətimdən ölərəm. İşğal günlərimizdəsosial şəbəkələrdə qurulmuş ağlaşmaları gördükcə məhv oluram. Anım günlərində şəhidlərin məzarlarıönündə çəkilmiş şəkilləri görəndə dəli olmaq həddinə çatıram. Hər il "növbətiilimizi Qarabağda keçirdək" sözlərinieşidəndə özümə nifrət edirəm.İşğalda olan torpaqlarımızın adına adlandırdığımız restoranları gördükcə, Şuşaməscidinin oxşarını Cocuq Mərcanlıda tikdiyimizlə təskinlik tapdığımızı xatırladıqca paramparça oluram. ATƏT-in Minsk Qrupunun adı, danışıqlar və s.isə heç deyiləsi deyil. "Lazım"a da nifrət edirəm, neçə vaxtdır gəlməyilazım bilmədiyi üçün.

Bukimi məqamlarda etiraf etməyi sevməsəm də (ki, "özünü göstərir" - deyədüşünənlər ola bilər), edəcəyəm:Niderlandda yaşadığım illərdə bütün bunları düşünmədiyim, bu hissləri keçirtmədiyimçox az günlər olub. Bu gün (yazı 8 maytarixində yazılıb) isə o günlərin ən dəhşətlilərindən oldu mənim üçün. Şuşanın işğalından ötən 26il. Nə qədər dəhşətlidir! Öz-özümədüşünürəm ki, Şuşası və bütövlükdə Qarabağı işğalda olan bir məmləkətin işdənçıxarılan məmurlarından bir çoxunun dövlətdən milyonlaroğurladığı məlum olursa, biz növbəti ilimizi Şuşada, Qarabağda keçirdəcəyimizəinana bilərikmi? İnanırıqmı vəinanırıqsa, bu inamımızda nə qədər səmimiyik? Şuşanı geri almaq üçün bu günə qədərdanışmaqdan başqa nə etdik? Eləyuxarılar özü "Qarabağ," "Şuşa" şüar və tələbləri iləmitinqlər təşkil edə və sonra böyük güclərə: "Bu vəziyyət belə davam edəbilməz. Xalq öz torpaqlarını tələb edir" - deyə bilməzdimi? Bilərdi, ancaq etmədi. Niyə etmədi? Niyəetmir? Bütün bunları düşünmək qəlbimi elə sıxdı ki, özümü evdən bayıra atdım, Niderland yağışlı ölkədir,bəlkə yağış yağar və yağışda gəzərəm deyə. Tərslikdən (ki, çox vaxt burda günüzünə həsrət qalırıq), çox zaman yağışlıolan Niderlandda gün çıxmışdı, yağışdan isə əsər-əlamət belə yox idi. Yenə də,qəlbən ağlasam da, üzümə gülüş verib qonşumla salamlaşdım və içəri keçdim.

"Keçmişinkeçmiş olması üçün, zamanın keçməsi kifayət etmir" - deyib dahilərdənhanısa. Şuşanın, bütövlükdə Qarabağın nəvaxtsa bizlər üçün keçmiş olacağına inanmaq çox çətindir. Nə qədər zaman keçsədə oralar bizim üçün keçmiş ola bilməz, olmamalıdır. Bizlərin bu qeyrətsizliyiqəbul edəcəyimizə inanmaq istəmirəm; biz bu qədər qeyrətsiz ola bilmərik. Biz,gələcək nəsillərə özümüzü söydürə bilmərik. Siz deyin, bilərikmi?

P.S. Hamımıza növbəti ağlamağı, sevinc gözyaşlarını ən qısa zamanda Şuşada axıtmağı arzu edirəm və o zaman yağış yağmasada olar.

[email protected]



TƏQVİM / ARXİV