adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

ELİMİN ƏZİZ ADAMI

FƏRİDƏ RƏHİMLİ
32278 | 2018-05-04 15:30

Onu şəxsəntanımırdım, amma cəbhə zonasında fəəaliyyəti haqqında eşitdiklərimdən gəldiyimqənaət bu idi ki, Heydər Əliyev Azərbaycan üçün kim idisə, onun yetişdirdiyi vəgüvəndiyi kadrlardan biri olan NəbiMuxtarov da Füzuli üçün o idi.

Nəbi Muxtarovu həmişəel-obamın layiqli ağsaqqalı kimi tanımışam, sayqı duymuşam. Bəlkə də adi günlərdəolsaydı, onun rayonumuza rəhbərliyi mənə o qədər də maraqlı gəlməzdi. Dincdünyada yaşamağa, idarə etməyə nə var ki. Amma onun rəhbərliyinin çox hissəsimüharibə vaxtına düşdü və cəbhə zonasındakı ümidsiz, panikaya düşmüş insanlarıidarə etmək qat-qat çətin idi. Bəlkə də kənardan baxanlara bu, asan görünə bilər.Bəzən hansısa vəzifəliyə yarınmaq üçün "gecə-gündüz işləyir" ifadəsisəslənəndə gülməyim gəlir. Amma onun haqqında bu söz çox yerinə düşmüş olur. Cəbhəzonasında hiyləgər düşmənlə üzbəüz yaşayaraq həm təsərrüfata, həm insanlaracavabdeh olmaq, əməliylə, hərəkətiylə, təmkiniylə, səbriylə onlara nümunə olmaqüçün böyük ürək sahibi, müdriklik, qorxmazlıq, mübarizlik gərəkdi. O, içindəkitəlatümləri üzünə yansıtmağı sanki özünə qadağan etmişdi. Ağsaqqal çəkinərsə,xalq qorxaq olar, rəhbər arxada gizlənərsə, xalqın öndə dayanmağa inamı qalmaz.O, hər sahədə nümunə idi - ağlıyla, intellektiylə, tarixi, siyasi, ədəbibiliyiylə, situasiyanı anında dərk edib, ölçü götürmək və nəticə çıxarmaqqabiliyyəti ilə.

... Bakıda yaşadığımdan rayonda baş verənlərhaqqında tez-tez yaxınlarımdan məlumat alırdım. O çətin qaçqınlıq zamanında çoxyerdə işlənən "başsız qaldılar" ifadəsi bizim rayon üçün yad idi,çünki rayonu müdrik bir ağsaqqal idarə edirdi və xalq dar günündə onaarxalanırdı. Əliyalın xalqın amansız düşmənlə üz-üzə qaldığı bir vaxtda xalqınbu təmkinli el ağsaqqalına güvəni çox mənalar daşıyırdı...

Məlum hadisələrdənsonra əhalinin bir çox rayonlarımıza səpələnmək məcburiyyətində qaldığınıbilirik. Rayon əhalisinin kompakt yerləşdiyi bölgələrdə dövlətin yardımınıyetişdirmək, onların çatışmazlıqları ilə maraqlanmaq onun vəzifəsi idi. Amma kənarbölgələrdə eldən ayrı düşmüş bircə ailə haqqında belə məlumat almaq, gedib onları yerlərindəyoluxmaq artıq vicdan, böyüklük idi.Bacımgil Mingəçevirdə məskunlaşmışdılar. Orada daha çox Ağdam və Cəbrayılrayonlarından olan məcburi köçkünlərimiz yerləşmişdi. Füzulidən bir-iki ailəvardı ki, ondan biri bacımgil - həyat yoldaşı, üç azyaşlı uşaqları idi. Horadizəməliyyatından sonra kəndə qayıdan bacımgil Nəbi müəllimin onların yanına getməsini,evində süfrəsinə qonaq olmasını, onlara təskinlik, toxdaqlıq verməsini hələ dəhörmətlə xatırlayırlar. Bacım özlərini qərib hiss etdikləri şəhərdə Nəbi müəllimingəlişiylə, üzündəki təmkin, səmimiyyət, əminliklə onlara qüvvət verdiyini,sanki arxalarında el-obanın dayandığını hiss etdiklərini söyləyir. Çıxarkən də:Nə ehtiyacınız olsa, mənə xəbər eləyin, - deməsi və kiçik yaşlı uşaqların üçünədə ayrı-ayrılıqda pul verib çıxması lap kövrəltmişdi bacımı... Bu yazını yazarkənonlara zəng etdim, Nəbi müəllim haqqında kiçik bir yazı yazmaq istədiyimi söylədim.- Allah onun köməyi olsun! Bəzən yerində edilmiş zərrə qədər bir yaxşılıq ömürboyu unudulmur. Ondan kimsənin narazı olduğunu eşitmədim, onun haqqında yaxşı nəqədər yazılsa, halal haqqıdır, - dedi.

Kəndimizin əhalisiməcburi köçkün düşdükdən bir müddət sonra əmim kəndə döndü və işıq, qaz olmadanailəsiylə orada yaşadı. Vahiməli gecələrdə vəhşi heyvanların və onlardan da vəhşiolan ermənilərin hər dəqiqə hücumuna məruz qala biləcəyini gözə alaraq oradauzun müddət tək ailə olaraq yaşadılar. Sonradan bir neçə ailə də kəndə döndü. Nəbimüəllim onların fədakarlığını da qiymətləndirdiyini, onlara tez-tez baş çəkdiyinideyirdilər.

Onun haqqındakıbir yazıda Nəbi müəllimlə müəllifin o qarışıq vaxtlarda Zəngilana gedişlərihaqda oxudum. Bir anlıq özümü unudaraq hadisənin ortasındaymışam kimi hissetdim. Hadisə belə olmuşdu: Nəbi müəllim müəlliflə birlikdə rayondakı vəziyətiöyrənmək üçün gedirlər. Və qalmaq üçün bir evdə yerləşdirilirlər. Ailənin cavankişisi cəbhədədir. Evdə xəstə ata, qoca ana, gəlin və azyaşlı uşaqlar olub.Buraya qədər normal görünür. Amma sonrakıları oxuyanda həyəcandan qanım dondu.Qoca qadın onlar qalan otağa girib təlaşla, həyəcanla ermənilərin kəndinyuxarısını aldıqlarını bildirir və əlacsızca Nəbi müəllimin üzünə baxır. Əliyalın,silahsız insanlar və amansız düşmən! Qoca nənənin, xəstə babanın halınıdüşünün, onların üzünə baxıb qorxudan saralmış körpələri düşünün və onlarınhamısının da güvən bilib üstünə qaçdıqları Nəbi müəllimin halını təsəvvür edin.Əsl kişilər belə anda təmkinli olurlar. İnsanın əsl xisləti belə anlarda üzəçıxır. Canını düşünən, uşaqları, xəstəni, qadını yox sayıb aradan çıxan nə qədər"kişilər" oldu... O isə tam təmkinlə, heç bir şey olmamış kimi ailənisakitləşdirib, baltanı əlinə alaraq həyətə odun doğramağa düşür... Bu epizodkino lenti kimi o qədər gözümün önündən keçib ki. Tək bu epizoddan təsirli birfilm çəkmək olardı. Doğrudanmı o, uşaqlar soyuqda qalmasınlar deyə, sobayaqoymaq üçün odun doğramağa düşmüşdü həyətə? Məncə yox! O, öz hərəkəti ilə əlacsızcaonu izləyənlərə qorxmaq lazım olmadığını təlqin edirdi, eyni zamanda düşünməküçün vaxt qazanırdı, çıxış yolu düşünürdü, doğradığı yalnız odun deyildi, xəyalındadüşmənə endirdiyi zərbə idi. Odun doğranması neçə dəqiqə çəkmişdi, mən bilmirəm,amma xəyalımın orada olan anlayışına görə bu, çooox uzun çəkmişdi. Həm də bu,onun həyatının ən ağır dəqiqələrindəndi. Bu an düşmən qapıda görünərsə, qocanı,yaşlınımı, gəlinimi, uşaqlarımı - hansını qoruya bilərəm, necə müdafiə edə bilərəmki, gəlin, uşaqlar düşmən əlinə keçməsin, qocalar təhqiramiz şəkildə öldürülməsin.Özünü də düşünə bildimi, yəqin ki, yox, çünki özünü düşünənlər o anlarda ordadeyildilər. Qəhrəmanlığa əvvəlcədən hazırlaşmırlar, məşq eləmirlər, o, an məsələsiolur. Özünü düşünən qəhrəman ola bilməz. Bu hekayəni (real hadisəni) oxuyanda Nəbimüəllimi ata, ağsaqqal, el adamı kimi bir daha kəşf etdim və bir daha hələ beləkişilərin var olduğu üçün qürurlandım.

Nəbi Muxtarov! Hörmətli Nəbi müəllim, idarəetməsistemində çalışmaq istəyən hər kəsə nümunə ola biləcək həyatınız, ağsaçlarınızın sayı qədər gözəl əməlləriniz boşa getmədi. Bu yolda ən böyükmükafatınız el məhəbbətidir. Sizi el-obamız sevir və bu sevgini qazanmaq rəhbərmövqe tutan hər kişiyə nəsib olmur.

Elimin əzizadamı, sizə can sağlığı, uzun ömür, ömrünüzün sonuna qədər belə vüqarla,qürurla yaşamanızı, hörmətlə, sayqıyla yad edilmənizi arzulayıram. Xalqıngözündə ucalan dağ əzəmətiniz daim var olsun!

TƏQVİM / ARXİV