adalet.az header logo
  • Bakı 11°C

SA ALLAH, KÜÇƏYƏ SİQARET ATMAYIN, MÜDİR HİRSLƏNİR

NİCAT NOVRUZOĞLU
70350 | 2018-05-01 09:44

Son zamanlar iş eləgətirir ki, tez-tez müdiri ora-bura mən aparmalıoluram. Amma sağ olsun, heç olmasa benzinimimüdir alır. Danlamağı da xoşlayır:

-A bala, yavaş sür…

-Solunu gözlə…

-Telefonuna əl vurma…

-Kəmərini bağla…

-Burdan sağa dön, sola dön…

- A bala, bəs mən olmayanda maşını nə təhər sürürsünüz?...

Vəsair və ilaxır. Dostların dediyinə görə, müdir Şumaxerin sürdüyü maşınaotursa, dünyanın bir nömrəli avtoşuna dairad tutar.

Srağagünyenə harasa aparıram, bərk hirslənib:

- Nə təhər jurnalistsən? Niyə yazmırsan?

- Nəyi müdir?

-Bax, Bakıda az qala bir milyon maşın var,sürücülər də, sərnişinlər də siqaret çəkirlər.Sonra da o siqareti pəncərədən atırlar küçəyə.Hər maşından gündə bir on dənə siqaret atsalar,eləyir on milyon. Bu gözəllikdə şəhəri zibilləyirlər. İndi gəl bu zibilləri təmizlədə. Yaz dana! Qına, ictimai qınaq yarat. Qoy bilsinlər ki, siqareti küçəyə atmaqolmaz, şəhəri zibilləmək olmaz. Budey, maşındakülqabı var də, at ora, sonra bir yerdə dayananda tök zibilqabına.

Hələ çox danladı küçəyə siqaret atanları. Dedi, qayıdan kimi bu mövzunu yazırsan,özü də birinci səhifədən açırsan.

Dedim:

-Yaxşı, müdir, yazaram.

Vəsonra da müdir ədəb-ərkanla maşının şüşəsiniyendirdi, əlindəki siqareti də atdıküçəyə. Məni də bic gülmək tutdu.

Dünənvaxtım olmadı, amma bu gün müdirin tapşırığını yerinə yetirib istədiyi yazını yazdım.Amma bilmirəm oxuyandan sonra mənə töhmətdən-zaddanverəcək, ya yox?!


TƏQVİM / ARXİV