adalet.az header logo
  • Bakı 22°C

Əbülfət MƏDƏTOĞLU: NAĞILA BƏNZƏYƏN ÖMÜR

ƏBÜLFƏT MƏDƏTOĞLU
51081 | 2018-04-18 17:48

Bəli, çoxdan idiki, keçmişimə, uşaqlığıma, orta məktəb illərimə, tələbə, əsgərlik həyatıma səfəretməmişdim... Çoxdan idi ki, dünənimlə, yaşadıqlarımla, xatirələrimlə üz-üzədayanmamışdım. Amma sən demə, mən təkrar bütün bunları bir də yaşamağa məhkumimişəm. Özü də az qala nöqtə-vergülünə qədər... Və çoxdan idi ki, özümü bu qədərdözümlü, özümü bu qədər sınanılmış olduğumu hiss etməmişdim.

Bəli, iki gün öncə,lap dəqiq desəm, aprel ayının 16-da işdən sonra nə vaxtdan bəri idi ki, yazımasamın üstündə dayanan bir az kədərli aura yaradan kitab diqqətimi çəkdi. Onagörə kədərli deyirəm ki, onun üz qabağındakı kölgə və bir də göy üzününağlı-qaralı buludları məndə bu əsərə qarşı qəribə bir duyğu yaratmışdı. Hər dəfəonu əlimə götürəndə sanki qəmli, ağrılı-acılı notlarla qarşılaşacağımdanehtiyatlanıb təkrar götürdüyüm yerə də qoymuşdum. Amma bu dəfə kitab mənə güc gəldi.Götürdüm və başladım oxumağa. Ön sözdəki bir cümlə məni daha da həvəsləndirdi.Əslində həmin cümlə kitabın müəllifinin özünün oxuculara ilk sözü idi. Və müəllif vurğulamışdı ki, "Tərəddüddəyəm...hardan başlayım, necə yazım..."

Bax, hardanbaşlamaq və necə yazmaq bir qığılcım oldu mənim üçün. Maraq qığılcımı... cəlbetmək qığılcımı... Alışdım o qığılcıma. Başladım səhifə-səhifə yanmağa... Mənidürüst anlayın, düzgün qəbul edin. Şəhər uşaqlarından, şəhər adamlarından fərqliolaraq kənd uşağının, kənd adamının həyatı daha maraqlı, daha sərbəst olur.Çünki təbiətdə, çöldə-bayırda böyüyür. Çünki canlı təbiətin təmasını əlində,üzündə, gözündə, nəfəsində hiss edir... Çünki zəhmətlə ilk təmas, ağacdanyıxılmaq, çayda suya batmaq, arxı hoppananda büdrəmək və sairə həyat "dərs"lərinikənd uşaqları əl boyda olanda artıq öyrənirlər və bu da onların həyatınıcilalayır, nağıllaşdırır. Sonda o nağıllar bir kitaba, bir xatirə-romanaçevrilir.

Mən "Ömürbir nağıldı" kitabını bir gecəyə oxudum. Özü də xatirə-roman olduğuna görə, mənim xatirələrimitəzələdiyinə görə, birnəfəsə oxudum. Burda bir məqamı da xususi vurğulamalıyam.Mən bu xatirə-romanı oxuduqca atam da gəlib dururdu gözümün qarşısında. Hələölümünün 40 günü tamam olmayan atam buxatirə-romanla birlikdə öz uşaqlığını sanki mənə danışırdı. Və mənə elə gəlirdiki, oxuduğum kitabın müəllifi, öz həyatını romanlaşdıran, kitablaşdıran Fərəc Fərəcovelə mənim atamla eyni kənddə, eyni məhəllədə doğulub. Ona görə də onlarınayrı-ayrılıqda söylədikləri, daha doğrusu, atamdan eşitdiklərim Fərəc müəlliminyazdıqlarıyla üst-üstə düşərək bir nağıla çevrilir. Elə bir nağıla ki, onu dinlədikcəhəyatın nə qədər çətin, nə qədər ağır, amma nə qədər də şirin olduğuna bir dahainanırsan...

Bəli, mən Fərəcmüəllimin kitabını oxuduqca şəxsən tanıdığım bir insanı yenidən kəşf etməyə,yenidən tanımağa başlayıram. Hətta bəzi məqamlarda bu kitabdakı qəhrəmanın Fərəcmüəllim olduğuna inanmaq istəmirəm, inanmağım gəlmir. Lakin xatirə-romandakıdetallar məni inanmağa məcbur edir. Bu detallar Fərəc müəllimin həyatındanbildiklərimdi, eşitdiklərimdi. Onun rəssamlığını görmüşəm... Çəkdiyi şəkillərinqarşısında dayanıb o şəkillərlə danışmışam... Onun şeirlərini oxumuşam... Onun Naxçıvanda nəşredilən məqalələrilə internet vasitəsilə tanış olmuşam. Və ortaq dostlarımızınsöylədiklərindən, həmçinin iştirakçısı olduğum bir doğum günü tədbirindənkitabda yazılanların gerçəkliyinə heç bir şübhəm qalmayıb. Bir məqamdan başqa.Bu insandakı dözümə heyrət, bu insandakı iradəyə təəccüb və nəhayət, buinsandakı mübarizliyə həsəd məni çaşdırıbdı. Doğrudu, dediyim hər üç məqamınarxasında bir inanc dayanır. Yəni xatirə-romanda Fərəc müəllim özü yazır ki, mən o inancı dəfələrlə möcüzə kimihəyatımda yaşamışam.

Kəndimizi, məhəlləmizisel aparanda xilas olmağını da, dəfələrlə düşdüyü avtomobil qəzalarındanqurtulmağını da, hətta tifil bir uşaq ikən hamının əlini üzüb sonunu gözlədiyianda qonşu kənddə yaşayan nurani bir kişinin onun uzun illər yaşayacağını və xəstəlikdən xilasolacağını söyləməsi də bax, o dediyim dözümün, mübarizliyin, iradənin söykəndiyinöqtədi. Bunu mən belə qəbul edirəm.

Digər tərəfdəniki yaşında olarkən ata nəfəsinin sadəcə qoxusunu hiss etmiş və 25 yaşında daatasından əbədi ayrılan bir oğulun, həm də evin tək övladının kənddə, birananın qanadı altında böyüməsinin nə demək olduğunu yəqin ki, anlayırsınız. Şəxsənmən xatirə-romanda həmin səhnəni oxuduqca atamı təkrar xatırladım. Atamın yaşadıqlarını təkrar canıma, qanıma hopdurdum.

Kənd uşaqlarınınmaraq dünyasında müxtəlif əyləncələrin, xüsusilə futbolun özəl yeri var. Fərəc müəllim futbolasevgisini də, Naxçıvanın "Araz" komandasına olan məhəbbətini də... kəndədəilk qutusunun onların evində möcüzəli əşya kimi qorunmasını da... bütün qohum-əqrabanınevin tək oğluna sevgisini də... hətta onun üçün dünyada ən doğma olan bibisinəelçi gələndə onun başqa evə köçəcəyini anlayıb hay-haray salmasını da...bibisinin nişanlısından zəhləsinin getməsini də... bütün bu səhnələr...

Və nəhayət,nağıl danışan nənə... qonşu nənənlər, xalalar, bibilər... məhləninağsaqqalları... tay-tuşlar... Həsən müəllim və bir də rayon qəzetində çapolunan ilk yazı...

Daha sonra rayonqəzeti müxbirinin sərgüzəştləri... sonra ilk kitab... onun təqdimatı... Bax,burda mən yenə öz uşaqlığıma qayıdıram.Mənim də atam danışırdı ki, ermənilər heç kimin yaşına baxmadan kişili-qadınlıhamını güllə-boran edirdilər, xəncərdən keçmirdilər. Mənim atam söyləyirdi ki,nənəmin kürəyinə qaynayan samovarı bağlamışdılar. Onun söylədiklərinə hələ ovaxtlar xatirələrini nağıl formasında danışan nənəm də qoşulardı. O da deyərdiki, ermənilər qız-gəlini, xüsusilə hamilə olanları süngüləməkdən ləzzətalırdılar. Elə bil ki, iki adamı birdən öldürmək onları havalandırırdı.

Bax, mən Fərəcmüəllimin kitabında haqqında oxuduğum "Yayıcı qətliam"ın mənədünyasını dəyişənlərimin söylədiklərini xatırlatdı.

Bəli, mən FərəcFərəcovun bir jurnalist, bir yazıçı, bir vətəndaş və nəhayət, bir Azərbaycanziyalısı kimi kağıza köçürdüyü xatirələrini oxuduqca bu əsərin bədii çalarlarıreal çalarlarla üst-üstə düşüb yaşanmışların əks-sədasına bir söyləniləndastana çevrildi mənim üçün. Mən xatirə-romandaNaxçıvanı, onun coğrafiyasını, onun nurlu insanlarını, dünənini, bugününü, "Şərq qapısı" qəzetini, Naxçıvanın Ali Məclisini, ədəbiyyatadamlarını, nəhayət, Fərəc müəllimin həyatının işıqlı səhifələrinə diqqət yetirənAli Məclisin sədrinin obrazını gördüm. Əmin oldum ki, istedada, halal adama dayaq duranda, qayğıgöstərib əl uzadanda onun istəkləri çin olur... onun haqqı göyərir... onuntaleyi qaranlıqları yarıb işığa çıxa bilir. Bu nümunəni dəyərli dostum, həmkarımFərəc müəllimin həyat yoluna çox hörmətli Ali Məclis sədri Vasif Talıbov cənablarınınqayğı və diqqətində bütünlüklə yaşadım və könlümdən həm xatirə-romanın müəllifinə,həm də ona dəstək olan hər kəsə bir minnətdarlıq hissi gəlib keçdi.

P.S. Bəli, Fərəcmüəllim, əziz dostum, siz xatirə romanınızla məni də təkrar xatirələriməqovuşdurdunuz. Naxçıvanda yaddaşıma köçürdüyüm xatirələr.


TƏQVİM / ARXİV