adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

ÜMİD QAPISI

FƏRİDƏ RƏHİMLİ
57645 | 2018-04-13 18:06

Uzun illərdən bəri"bəlkə bu savadlı olar?" inamıyla respublikamızın bütünklinikalarını, xəstəxanalarını dolaşdım və sonda, həkimlər - Əlimizdən bir şeygəlmir, sənin xəstəliyinin müalicəsi İsraildə və Almaniyada mümkündür deyib,yaxalarını kənara çəkdilər, üstəlik məni xərçəng diaqnozu ilə müjdələdilər.

Səhiyyənazirimiz: "Səhiyyəmiz bu gün tibb xidmətini beynəlxalq standartlara uyğuntəşkil etmək iqtidarındadır", - deyir, amma nədən xəstələrin xarici ölkələrəüz tutduqlarını çözə bilmirlər. Soruşa bilərsiniz ki, bizdə bacarıqlı həkimyoxdumu? Və nədən səhiyyəmizin hər sahəsini savadsız həkimlər zəbt eləyib. Bircavabım var: - Hamısı eyni məktəbin yetirmələridirlər. Ola bilərmi ki, iyirmibeş ildə mən yalnız savadsızlarla qarşılaşdım, savadlılara tuş gəlmədim? Buboyda təsadüf olurmu? Çəkdiklərim imkan verir ki, rahat vicdanla söyləyim ki: Səhiyyəmiznəinki beynəlxalq, heç yerli standartlara da çatmayıb. Mənim üçün səhiyyəmizingözü kor, qulağı kar, bədəni iflicdir. Bunu, həkimlərin səriştəsizliyi üzündənbaşıma gələnlərdən sonra tam əminliklə söyləyə bilirəm. İllərlə maddi və mənəviəzablarıma görə səhiyyəmiz mənə borcludur! İyirmi beş il əvvəl qarın boşluğumdakəskin ağrılar başladı. Əvvəllər həkimlərimiz "soyuqdəymə"diaqnozu(?) ilə evə yolladılar. Türkəçarə üsuluyla ötüşdürmək istədim, olmadı. Gecəyarısıağrının şiddətindən təcili yardım çağırmalı olduq. Appendisit diaqnozu qoyulduvə "partlama təhlükəsi olduğu üçün" təcili əməliyyata götürdülər. Kəsdiklərini mənə göstərib:Bax, səni incidən bu idi, - dedilər. Orta məktəb anatomiya dərslərində öyrəndikləriməəsasən: O göstərdiyiniz iltihablı olmalı deyildimi, partlayacaq halda olanappendisit o rəngdə olmamalıdı axı, - deməm xoşlarına gəlmədi. Həkiməağrılarımda fərq olmadığını, nədən qalxa bilmədiyimi soruşdum. Tənbəlsən, ondan dedilər. Acizanərazılaşdım və tənbəl olduğum üçün özümü qınadım da. Amma ağrılar getdikcə şiddətlənirdi.Bir neçə il ayrı-ayrı həkimlərə müraciət etdim. Hər biri də öncəkinin düzgünmüalicə etmədiyini deyərək torba-torba dərmanla evə yolladılar. Torbaların sayıartdıqca ağrılarım da kəskinləşirdi. Sonra fərqli həkim, eyni nəticə. Növbətisancılarda miomalar "kəşf etdilər" və onu bir daxili orqanımla birgəkəsdilər, amma ağrı yenə eyni qaldı, qazandığım bədənimdəki dissfunksiya problemioldu. Artıq "yaxşı" bir həkim haqqında eşidən yaxınlarım, tanışlarımməni onun yanına yollamaq üstündə sanki yarışırdılar və həkimlərimiz get-gedə mənidərdimin əlacsız olduğuna inandırmağa başlamışdılar. Biri bağırsağını kəsməliyikdedi, biri kəssən də bu ağrı keçməyəcək dedi, biri səhv müalicə ediblər, əvvəlgəlsəydin həll edərdim dedi. Beləliklə, iyirmi ildən çox keçdi. Ağrılarındözülməzliyini ifadə etməkdə acizəm. Bu illər ərzində bədənim ağrıkəsicilərə öyrəşdiyindən onlar da təsirsizidi. Məşhur xəstəxanalarımızın birinin qastrentologiya şöbəsinin müdirinəmüraciət etdim. O da "məşhur" kolonoskopiya aparatının bilicisiniçağırdı, təhlil sonucunu müzakirə etmək üçün daha "iki məşhuru"çağırdılar və nəticə belə oldu ki, sən demə bağırsaqlarım dolaşıb və kəskin şəkildəxəbərdarlıq etdilər ki, "bir dəfə də dolaşırsa olduğun yerdə qalacaqsan", ona görə də təcilikəsilməlidir. Sabah gəl kəsək (!). İyirmi il müddətində necə olub dadolaşmayıb, bu bir gündə dolaşacağını düşünmədən razılaşmaq istədim, çünkiağrıdan qurtulmaq istəyirdim. Amma son sual haqqımı istifadə edərək bu dəfə nəyikəsəcəklərini soruşdum. Bir metr yarım yoğun bağırsağı kəsib ataraq onikibarmaq bağırsağı düz bağırsağa birləşdirəcəklərinisöylədilər. Əks təqdirdə xərçəngəçevrilmə risqinin qaçılmaz olduğunu dedilər. Beləliklə, iyirmi ildən artıqzaman keçməsinə, qarın boşluğumdakı bir neçə orqanım "çujoy paxmel" kəsilməsinəbaxmayaraq xəstəliyimin nə olduğunu öyrənə bilmədim. Əlim reallıqlardanüzüldüyündən virtual aləmdə həkim axtarışına çıxdım. Və ailə dostumuz AhmetVarolun tövsiyəsiylə İnternet səhifəsində professor doktor Orhan Özgür haqqındamaraqlandım. Onun qastrentoloji xəstəliklər haqqında bilgi verən yazılarını,özü haqda məlumatları oxuyarkən içimdə bir ümid közərdi. Yazıda xəstəliyimi eləizah edirdi ki, doktorumu tapdığıma şübhəm qalmadı və az sonra TürkiyəninTrabzon şəhərində yerləşən Farabi adına KTU-ya (Karadeniz Teknik Universitesi)üz tutdum. İlk tanışlıqdan həkimin peşəkar, işinin uzmanı olduğuna əmin oldum.Xərçəng diaqnozunu biopsi etmədən söyləyən həkimlərimizdən fərqli olaraq ciddişəkildə bütün analizlərin cavabını aldıqdan sonra xəstəliyimin diaqnozunuqoydu, yaranma səbəbini, xərçəng əlaməti olmadığını və həkimin "zamanın xəstəliyi"adlandırdığı , son dövrlərin ən çox yayılan və müalicəsinin tam olmasa da (həkimlərimizinxroniki hala gətirdikləri üçün), qismən mümkün olduğunu söylədi. Orhan bəyinfikrincə, müalicədə həkimlə xəstənin münasibəti çox önəmlidir. Yəni, həkim xəstəningüvənini qazanmalı, onun ruh halını bilməli, mütləq xəstəliyi haqda məlumat verməli, asan müalicə oluna biləcəyi,yaxud ciddiliyi haqda bilgi verməlidir. Məni ilk qane edən xəstəliyimin adı,yaranma səbəbi, ağrıdan xilas yolu və doktora olan güvənim oldu. İki kursdansonra ağrısız yaşamanın sevincini duymağa başladım. Həkimin bacarığı, istedadı, təcrübəsi və mənim kimiyüzlərlə insana bu sevinci daddırdığının şahidi oldum. Həm də cəmi üç-dörd dərmanla.Səhiyyəmizin beynimə həkk elədiyi "torba təfəkkürü"ü orda puç oldu.

Orhan Özgür kimdir?Əvvəlcə onu söyləyim: Artıq mənə, ailəmə yaxın hiss etdiyimiz, çox sevdiyimizbir insan! Amma onun haqqında mənim kimi əziyyət çəkən insanların da məlumatıolmasını istəyirəm. Onun ölkədaxili və xaricdə olan, qastrentologiya sahəsindəkifəaliyyəti, keçirdiyi saysız-hesabsız uğurlu əməliyyatlar, tibbin bu sahəsindəkiaraşdırmaları, elmi yazıları haqqında məlumatı bir yazıya sığışdırmaqmümkünsüzdü.

Orhan Özgür11.04.1957-ci ildə Muğla-Bafa'dadoğuldu. 1974-cü ildə Hacettepe Tibb fakültesinə qəbul oldu. Bütün təhsilmüddətində məktəb birincisi oldu. 1982-1983-cü illərdə Hacettepe Tibb Fakültesidaxili xəstəliklər şöbəsində, 1983-1986-cı illərdə Qaradəniz Texniki Universitetinin daxili xəstəliklərfakültəsində ixtisasını tamamladı. 1994-1996-cı illərdə Başkənt Universitetinintibb fakültəsində gastrentologiya ixtisasını mənimsədi. 1998-ci ildə dosent,2004-cü ildə professor oldu. 1999-2001-ci illərdə Kocaeli Universitetinin tibbfakültəsi gastrentorologiya şöbəsində müəllim kimi çalışdı. 2001-ci ildə Qaradəniz Texniki Universitetinin tibb fakültəsiningastrentologiya şöbəsinə dəyişdi. 2005-ci ildən o şöbənin rəhbəridir. Bu, onunhaqqında çox qısa bir məlumatdı. Burada yanlış diaqnoz qoyulmuş yaxınlarımıOrhan bəydən başqa, digər həkimlərə də rahatlıqla etibar etdim və peşmanolmadım. Artıq gözəl nəticə ortadadır. Professor doktor Orhan Özgür, prof.doktor ümumi cərrah Adnan Çalık, nevrologiya üzrə prof. doktor Zekeriye Alioğlu, beyin cərrahı prof. doktorKayhan Kuzeyli, kardiologiya üzrə prof.doktor Mustafa Gökçe və urologiya üzrədosent, doktor İlke Onur Kazazın xəstələrimizə verdikləri ümidi heç bir dünyamalıyla əvəz etmək mümkün deyil. Sokratın bu ifadəsini çox sevirəm: Sağlamlıq hər şey deyil, amma oolmayanda hər şey heç nədir. Can sağlığı olmayınca dünya malı nəyə yarayar ki!

Bu yazını reklamolaraq qiymətləndirənlərə bəri başdan deyim ki, Orhan bəyin reklama heçehtiyacı yoxdur. O, işinin uzmanı olaraq kifayət qədər tanınır, sevilir. Məqsədim,sadəcə, mənim kimi əziyyət çəkib, əli hər yerdən üzülərək pessimizmə uğrayan, həttaintihar düşünən xəstələrə bir ümid qapısı açmaqdır. Bu ümid qapısından çox xəstələrağrı, üzüntü içində girdi, sevinclə, həyata inamla çıxdı. Ümid qapınızbağlanmasın, Hocam! Bir də, insana müsbət aura bəxş edən gümrah gülüşünüzüzünüzdən əskik olmasın!

P.S. Bu yazınıOrhan bəyin doğum gününə hədiyyə olaraq yazdım.


TƏQVİM / ARXİV