adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
10 Aprel 2018 00:22
49715
LAYİHƏ
A- A+

Azərbaycan torpaqlarının işğal xronologiyası - (1801-1990)

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

(əvvəli ötən sayımızda)

Rusiya İmperiyasının Şimali Azərbaycanda müstəmləkəçilik siyasəti 1828-1840-cı illər hərbi feodal üsul idarəsi komendant (Qalabəyi) idarəçiliyi dövründə özünü daha qabarıq göstərdi. Bu illərdə bədnam Türkmənçay sazişinə əsasən İrandan cənubi Qafqaza, o cümlədən Azərbaycana 40 min "baş" erməni, 2 sentyabr 1829-cu ildə isə Ədirnə müqaviləsi ilə Osmanlı dövlətindən Cənubi Qafqaza, o cümlədən Azərbaycana 90 min "Baş" erməni köçürüldü. 1828-ci ilin martında İrəvan və Naxçıvan xanlıqları ləğv edilərək onların ərazisində "erməni vilayəti" adlı qondarma region yaradıldı. 1918-ci il 29 mayda - İstiqlal bəyannaməsinin səhəri günü Azərbaycan Milli Şurası İrəvan şəhərini ermənilərə siyasi mərkəz kimi güzəştə getdi. Rus çarizminin bu müstəmləkə üsul idarəsi 1917-ci ilə qədər davam etdi. 1917-ci il Fevral Burjua inqilabı Rusiyada 304 ili hakimiyyətdə olan Romonovlar sülaləsini süpürüb atdı. Taxt-tacını devirdi. 1917-ci il 26 oktyabrda Müsavat partiyasının I qurultayını açan M.Ə. Rəsulzadə giriş sözündə Müstəqil Azərbaycanın yaradılacağını demişdi. Tarixin sonrakı hadisələri onun dediklərini təsdiq etdi.
I Respublika ADR dövründə Şimali Azərbaycan 114 min kvadrat km olmuşdur. II Respublika - Sovet Azərbaycanı dövründə bu ərazi 86,6 min kvadrat km-ya qədər azalmışdır. 1991-ci il Azərbaycanın ən yeni müasir tarixində III respublika dövrü bərqərar oldu və 1988-1993-cü illər erməni-rus təcavüzü nəticəsində Sovet dövründəki 86,6 kvadrat km ərazi daha da kiçildilərək 69,17 min kvadrat km-ə qədər azaldı. Keçmiş sovet Dönəmində Ermənistan ərazisi 10 min kvadrat km dan 29,8 min kvadrat km-ya, Gürcüstan ərazisi 69, 17 min kvadrat km-ya çatdırıldı. Bunlar əsasən Azərbaycan torpaqları hesabına baş verirdi. I Respublikanın - AXC-nin, II respublikanın - Sovet Azərbaycanının, III respublikanın - Azərbaycan Respublikasının xəritələrinə baxanda bu dövlətlərin ərazisindəki fərqi asanlıqla görmək olar.
10 avqust 1920-ci il tarixində Sovetlə Ermənistan arasında bağlanmış ədalətsiz sazişə əsasən Azərbaycanın Şərur, Dərələyəz bölgəsi Ermənistana verildi. 1921-22-ci illərdə Moskvanın vicdansızlığı, Bakının acizliyi, Yerevanın həyasızlığı, Borçalı qəzasının mərkəzi hissəsinin Gürcüstana verilməsi ilə nəticələndi. Qarayazı 2 yerə bölündü. Yuxarı Qarayazı Gürcüstanın tərkibinə qatıldı. Bu həm də Şimali Azərbaycanın növbəti parçalanması idi. 1967-90-cı illərdə hansı torpaq itkilərinə məruz qaldıq? Yəni Sovetin son 23-24 ilində biz hansı torpaqları itirdik? 1967-69-cu illərdə Qaragöl ərazisi (Laçın rayonunda) Çayzəmi ərazisi, Qubadlı rayonunda, Kəmərli kəndi Qazax rayonunda, zod qızıl yatağının bir hissəsi və Çinarlı kəndləri (Kəlbəcər rayonu) Moskvanın vicdansızlığı, Yerevanın həyasızlığı, Bakını acizliyi ucbatından əlimizdən alındı. Biz isə "Kür Araz, Ararat, Gözəldir bu həyat" mahnısını oxuyurduq. 1982-ci ildə İncədərə yaylağı, Kəmərli, Aslanbəyli, Qaymaqlı kəndlərinin bir hissəsi (Qazax rayonu) Moskvanın qərarı ilə Ermənistana verildi. 1986-cı ildə Qazax rayonunun 2500 hektarlıq ərazisi, o cümlədən Gədəbəy rayonunun 1000 hektarlarla ərazisi "Başı xəritəli Qarbaçovun" göstərişi ilə Ermənistana verildi. 20 avqust 1990-cı ildə Qazax rayonunun Bağanis ayrım kəndi Ermənistan silahlı qüvvələri və Sovetlərin dəstəyi ilə işğal edilərək yandırıldı. I Pyotrun vəsiyyətlərinə əməl edən Rusiya hakimləri rus MDB-nin ilk mərhələsi 1991-93-cü illərdə Şimali Azərbaycanda ermənilərin əli ilə hansı torpaqlarımız işğal edildi? 8 avqust 1991-ci ildə Ermənistanda azərbaycanlılar yaşayan sonuncu kənd Nüvədi rus əsgərlərinin köməyi ilə boşaldıldı. 30 oktyabr 1991-ci ildə Xocavənd rayonunun azərbaycanlılar yaşayan qədim Tuğ və Salatəkin kəndləri, 19 noyabr 1991-ci ildə Xocavənd kəndi, 9 yanvar 1992-ci ildə Haxullu kəndləri ruslar tərəfindən ermənilərin əli ilə işğal edildi. Rus erməni işğalçıları 8 mart 1992-ci ildə Xeyrəmli, 12 mart 1992-ci ildə Aşağı Əsgipara, 26 fevral 1992-ci ildə isə xüsusi amansızlıq və vəhşiliklə təkcə azərbaycanlılara qarşı deyil, bütün insanlığa qarşı misli görünməmiş cinayət aktı törətdilər və Xocalı şəhərini işğal etdilər, 27 aprel 1992-ci il Soyulu, 11 may 1992-ci il Qızılhacılını, 8 iyun 1992-ci ildə Yuxarı Əskiparanı işğal etdilər. Mənfur ermənilər, Ermənistan respublikası MDB-nin ilk dövründə "alkaş" Yeltsinin dəstəyi, 2 oktyabr 1992-ci ildə Xocavənd rayonunu tamamilə işğal etdilər.
4 iyul 1992-ci ildə Azərbaycan Milli ordusu Ağdərə şəhərini ermənilərdən təmizlədilər. Azərbaycanda yaranmış mürəkkəb siyasi vəziyyətdən istifadə edən Rusiya ermənilərin əli ilə 7 iyul 1993-cü ildə Ağdərə şəhərini yenidən işğal etdi. Xocavənd rayonunun Əmralılar, Muğanlı, Kuropatkin kəndləri, 23 iyul 1993-cü ildə Günəşli, 20 avqust 1993-cü ildə Xətai kəndləri işğal edilərək yandırıldı. Xocavəndlilərin 145 nəfəri düşmənə qarşı döyüşlərdə şəhid oldu.
1991-93-cü illərdə Rus Sovet-Masson Bolşe Faşizmi Xankəndini, Azərbaycandan zorla qopartdı. Xocalını (26 fevral 1992), Şuşanı (8 may 1992), Laçını (18 may 1992), Kəlbəcəri (3 aprel 1993), Ağdamı (iyun 1993), Cəbrayılı, Füzulini, Qubadlını və nəhayət 30 oktyabr 1993-cü ildə Zəngilanı işğal etdilər.
Azərbaycan Respublikasının ali Baş Komandanı Cənab İlham Əliyevin təbirincə desəm: "Bugünkü Ermənistan respublikası Azərbaycan torpaqlarında yaranmışdır, əgər erməni əsgəri ölmək istəmirsə, rədd olsun Azərbaycan torpaqlarından! 2003-cü ildən bəri biz torpaq itirməmişik, hücum diplomatiyasını gücləndirdiyimizə görə Ermənistan geri çəkilmişdir. 2016-cı ildə 4 günlük aprel döyüşləri nəticəsində düşmənin silahlı birləşmələri darmadağın edilmiş, Azərbaycan ordusu Lələtəpə və digər strateji yüksəkliklərə üçrəngli dövlət bayrağımızı sancmışdır".
Yeri gəlmişkən müsair Azərbaycan dövlətinin və dövlətçiliyinin varisliyini bir də o sübut edir ki, ideyası Əli Bəy Hüseynzadədən gələn 3 rəngli dövlət bayrağımızı ilk dəfə M.Ə.Rəsulzadə, 72 il sonra rəsmən ilk dəfə 17 noyabr 1990-cı ildə Naxçıvanda uzaqgörən siyasi xadim - Strateq Heydər Əliyev qaldırdı. Bu bayrağı 2010-cu ildə Möhtərəm cənab prezidentimiz İlham Əliyev - vətənpərvər tarixi şəxsiyyət dünyanın ən hündür dirəkli bayrağına salmaqla Ginnesin rekordlar kitabına daxil etdi.
Tanrı Xalqımıza və dövlət başçımıza yar olsun!
Biz ikinci Respublika Sovet dövründəki torpaqlarımızın 20 faizini itirmişiksə, tarixi Azərbaycan torpaqlarının vahid Azərbaycanın 250 min kvadrat km ərazinin təxminən 70 faizini itirmişik. Qarabağ problemi, UmumAzərbaycan dərdidir. Rus irticasının başımız üstündən asdığı damokli qılıncıdır! Xilaskarımız, qüdrət sahibi o qılıncı başımızın üstündən qoparıb atan şəxs olacaqdır. Erməni təcavüzünə qarşı bütün dünya azərbaycanlılarını dünyada onların yeganə müstəqil dövləti Azərbaycan Respublikası və bu dövlətin başçısı İlham Əliyevin ətrafında yumruq kimi sıx birləşməyə çağırıram. Mən bu yazımı 29 dekabr 2006-cı il tarixində "Ədəbiyyat" qəzetində "Səndən ayrı solasıyam" adlı şerimin 3 bənd ilə bitirirəm:

Dəli kürəm, Xan Arazam, Xəzərəm,
Qarış-qarış bu torpağı gəzərəm.
Vətən səni gül-çiçəklə bəzərəm,
Səndən ayrı solasıyam, solası.

Babadağım ziyarətə gəlmişəm,
Murovdağı əmanətə gəlmişəm.
Aşıq yanvar mən heyrətə gəlmişəm,
Ruhanində yanasıyam, yanası.

Sən günəşsən dayanmışam o da mən,
Mayam oddur, yad deyiləm oda mən.
Vüqaram mən süd yerinə od əmən,
Azərbaycan balasıyam, balası.
Vüqar Vaqifoğlu,
müəllim-şair publisist,
İsmayıllı rayonu,
Qubaxəlilli kəndi


AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ