adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

UZAQDAN BAXIRAM DAĞLAR GÖZƏLDİR...

FƏRİDƏ RƏHİMLİ
30608 | 2018-04-06 15:00

Onunla şəxsi tanışlığım yox idi. Sadəcə hərdənnəşriyyatın koridorunda rastlaşanda ehtiramla salam verərdim. O da salamımıalardı, tanıyırmış kimi. Amma mən onu gəncliyimdən tanıyırdım. Xaricigörünüşündəki əzəməti daxili ilə uyuşan az-az insan olur həyatda. Nümunəsi oidi. Məmməd Araz deyir:

Uzaqdan baxıram, dağlar gözəldir,

Yaxına gəlirəm, qurd düşüb qara...

Böyükşairin mənim də keçirdiyim hisslərlə və təəssüflə yazdığı bu misraları əbəsyerə xatırlamadım. Çox insanlar oldu kənardan rəğbət bəsləyib, yaxınlaşdıqcaikrah hissi duyduğum.

O isə başqa idi. Hər hərəkəti insanlıq,böyüklük nümunəsi, hər işi vicdan, namus ölçülü, hər addımı məsuliyyət, cavabdehlikmeyarlı. Yazdığı dəyərli əsərləri, hazırladığı sevilən televiziya verilişləri hərkəsin ürəyinə sevinc, vətən, yurd, torpaq sevgisi, qeyrət, təəssübkeşlikpaylayan günəş misallı sevgi mənbəyi idi. Ümumun sevimlisi olmaq xoşbəxtlikdimi?Eləysə o, həqiqətən xoşbəxt idi. İnsanın kədərli günləri də olur, adi, sıradangünləri də. Amma o, bütün müsahibələrində xoşbəxt olduğunu etiraf edirdi,nisgilli keçmişinə rəğmən. Adətən uşaqlığı kədərli, möhnətli keçən insanlar birqisasçılıq hissiylə böyüyürlər. O nisgil onları ömür boyu izləyir. Onda isə əksinəidi – qəlbində ürəyi dolusu sevgi gəzdirirdi. Böyüdükcə, yaşa dolduqca o sevgidə böyüyürdü içində. Bütün dünyanı saracaq qədər böyük olan bu sevgi üz-gözündənura çevrilirdi.

Gəncliyimdə"payız leysanları”nın tüğyan etdiyi "qərib axşalmlar”da onun qəhrəmanları ilə bərabərmüəllifini də düşünür, onun "qayalarda qalan səs”ini duyur, "məhəbbətin ölüncəvar” olduğuna inanır, "ürəyin çağırışı” ilə ümid edirdim ki, daha gözəl "ömürgözləyir bizi”. Və budur onu tanıdım, canlı-canlı gördüm. Uzaqdan görünən dağınyaxından da eyni əzəmətdə oluğunun şahidi oldum və sevindim ki, özü kimiolanlar, olduğu kimi görünənlər də var bu həyatda – vicdan, namus, təmizliksimasında. Və şair olmadığını etiraf edə-edə Vətən dərdini misralara düzərək,xalqı, bayrağı qalxmağa çağıran, qan coşduran möhtəşəm mahni mətnini Vətəninhimninə çevirən vətənpərvər simasında, "qisas qiyamətə qalmaz” inancında. O, hərəməliylə vətəndaş idi, hər işiylə xalqa xidmətdə idi və ömür kitabının hansı səhifəsinivərəqləsək bu xidmətləri üzə çıxacaq zaman-zaman.

Amma... bəlkə fikrimdə, müşahidəmdə yanlışlıqvar, onun bu fani dünyadan gedişi heç də özünə layiq bir şəkildə olmadı. "Yaşaey haqq” dedi, amma haqqını almadı. Doğrudur, o, həyatda təmənnasız yaşadığıkimi, köçündə də heç kəsdən heç nə ummadi.Onun bu xalqa, bu Vətənə borcu qalmadı, amma onun qarşısında bizim – onun əsərlərini,tamaşalarını, televiziyadakı uzun illərxidmətlərini görən, amma lazımınca dəyərləndirməyənlərin onun qarşısındavicdan borcu qaldı.

Onun haqqında yazılanları oxuyub düşünürəm ki,onun kimi yaşamaq hər kəsə nəsib olacaq bir yaşam tərzi deyil. Kişi kimi ömürsürdü, - yazır, haqqında xatirələrini paylaşan hər kəs. Elə təmizliklə, təmənnasızlıqla,eyni zamanda qəlb qırmadan, heysiyyat əzmədən, şəxsi mənfəət güdmədən,namusla...

Dəyərli insan şair-publisist Zülfüqar Şahsevənlininbu sözləri onun timsalında yerinə düşür: "Uzun illərin müşahidəsindən sonra gəldiyimqənaətdir; insan dünyasını dəyişəndə itmir, yoxa çıxmır, ömrünün şüalarıövladlarının, dostlarının, tanışlarının ömründə, günündə yaşayır. Yaşayırsa,deməli, insan ömrü davam eləyir, sönmür...”.

Bu dünyadan bir Kişi köçdü, ay ellər! Həm də "qürbətdə qalan dağlar”ın "yollarınabaxa-baxa”, "köç yollarının geri dönəcəyinə” inanaraq...

"Son qəmin olsun, Vətən!”.


TƏQVİM / ARXİV