adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
06 Aprel 2018 00:34
38385
LAYİHƏ
A- A+

Yaxşı tanı düşməni, - o məkrli erməni

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

(əvvəli ötən saylarımızda)
Bu qanlı hadisələrin canlı şahidlərinin gözləri qarşısında Azərbaycan xalqının qanına bais olmuş Şaumyanın Avakyanın və başqa onlarla daşnaq mundirli erməni bolşevik cəlladlarnın şərəfinə Bakıda eləcədə respublikanın digər yerlərində küçələr, idarə və müəssisələrə, hətta qəsəbələrə onların adı verildi. Bakının Çəmbərəkənd məhəlləsində, dağüstü parkda 1918-ci il 31-mart şəhidlərinin kütləvi məzargahının yerində Kirovun heykəli qoyuldu, istirahət parkı salındı.
Tarix nəsildən-nəsilə ötürməklə yaşayır. Bəs bu qanlı tarixi yaşayan, dəhşətlərini gözləri ilə görən nəsil nə üçün onu gələcək nəsillərə ötürüb yaşatmadı?!. Bakıdakı, Qubadakı kütləvi məzargahların yeri bir əsrə yaxın vaxt keçəndən sonra açıldı. Şahidlər nəslinin nümayəndələri Bakının mərkəzində o millət qatili Şaumyanın heykəlinin yanından ötüb keçəndə ürəklərindən qara qanlar axmadımı?!. Hələ üstəlik bu qatil daşnaq ədəbiyyatımızda gen-bol vəsf olundu. Bu ürək ağrıdan sualların bir cavabı var: Sadəcə mənfur sovet rejimi unut dedi, -bizdə unutduq. Çox təəsüf ki, bu unutqanlıq həyatımızda bu gün də davam edir. Milli faciəni unutmaq isə, milli mənliyi unutmaq deməkdir.
Bütün bu faciələrin başlıca səbəbi həmdə ondadır ki, bu gün ölkəmizdə vətənpərvərlik, xüsusi ilə hərbi vətənpərvərlik tərbiyəsi işi müharibə dövrünün qanunlarına uygun şəkildə həyata keçirilmir. İşğal altında olan rayonlarımız ancaq işağal günündən-gününə xatırlanır. Xalqımızın düşməninin xain təcavüzkar xislətinin daha dərindən açılıb ifşa olunması, işğal altında olan torpaqlarımızın azad olunması haqqında mütəmadi olaraq geniş təbliğat işi aparılmır. Televiziya kanallların çoxunda cürbəcür şou proqramlarına baxan tamaşaçı hiss edə bilmir ki, bu ölkə müharibə şəraitində yaşayır, torpaqları işğal altındadır.
Yaxşı olmazmı ki, müxtəlif televiziya kanallarında geniş yer alan əyləncəli verlişlərin və şou proqramlarının, cürbəcür musiqi yarışmalarının, bir hissəsi vətənpərvərlik mövzusunda bilik yarışmasını, şer, mahnı müsabiqəsinə çevrilsin. Qarabağ savaşında canından keçən, yaxud keçməyə hazır olan Milli Qəhrəmanlarımızın örnək həyat yolu nə üçün geniş təbliğ olunmur, onlar haqqında silsilə verlişlər hazırlanmır. Belə Milli Qəhrəmanlarımızı aç-çox məktəblərdə olan stendlərdən tanıyırıq. Halbuki, onların hər birinin mübariz həyat yolu əsl vətənpərvərlik məktəbidir. Çox təəssüf ki, bu barədə təkcə mətbuat səhifəsi, televiziya kanalları deyil, həmçinin sənəd adamlarımız, şair və yazıçılarımız da fəallıq göstərmir. Ədəbiyyat həyatın güzgüsüdür deyiblər. Bəs şair və yazıçılarımız yaşadıqları və gördükləri Qarabağ müharibəsinin bu qanlı səhifələrini niyə əsərlərində gen-bol qələmə alıb gələcək nəsillər üçün əbədiləşdirmillər.
Ancaq əks tərəfdə, nifrət etdiyimiz ermənilərdə bu iş əsrlərdir ki planlı, mütəmadi şəkildə aparılır. Sovet rejimi zamanında belə Ermənistanın dövlət nəşriyyatında Andranikin antitürk fəaliyyəti, türklər əleyhinə olan qatı millətçi vəsiyyətnaməsi kitab halında çap olunub, hər bir erməni evində saxlanılırdı. Yeni doğulan uşaqlar xaç suyundan keçiriləndən sonra bu "müqəddəs" kitabın altından keçirilir. Orta məktəbin dərsliklərində də belə zəhərli ideya şagirdlərə aşılanrdı.
Yaxud yenə sovet dövründə Ermənistanın keçmiş Leninakan, əslində Azərbaycana məxsus Gümrü şəhərinin Şirak adına muzeyinin girəcəyində insan kəllələrinin təsvirini əks etdirən böyük tablo asılmışdı. Tablonun altında aşağıdakı sözlər yazılmışdı:
"1915-ci ildə türklər tərəfindən öldürülmüş ermənilərin kəllələri". Demək olar ki, hər gün bağça uşaqları, məktəblilər, gənclər, bu taplonun önündə dayanıb türkə qarşı nifrətlə silahlanaraq "dərs" alırlar. Şübhəsiz ki uşaqlıqdan, gənclikdən ailədə və ictimai yerdə türkə nifrət ruhunda formalaşan belə gənclər gələcəkdə türkün qatı düşməni kimi formalaşırlar.
Ancaq əslində həmin tablo hələ uydurulmuş 1915-ci il soyqırımdan çox-çox əvvəl,-1871-1872-ci illərdə rus rəssamı Vasili Vereşagin tərəfindən çəkilmiş, insanlarda müharibəyə nifrət hissi aşılayan tablodur.
Bir məqamıda hörmətli oxuculara çatdırmağı vacib bilirəm 70-ci illərin söhbətidir.İndiki ermənistan ərazisinin Leninakan şəhərində zabit kimi hərbi xidmətə başladığım ilk gün idi. Zabit yoldaşım Vəli ilə (mərhum professor Vəli Həbiboğlu nəzərdə tutulur-Ş.A) zər paqonlu zabit mundirində şəhərdə gəzirdik.Gördük ki, Mərkəzi Univermağın qarşısına piştaxta qoyub kişi köynəyi satırlar.Növbəyə dayandıq, sırada üçüncü yerdə idik .Növbəmiz çatanda rus dilində iki ədəd köynək almaq istədiyimizi bildirdik.Satıcı oğlan zəndlə baxıb heç bir söz demədən erməni dilində nə dedisə bizdən arxada dayananlar sıxışdırıb bizi sıradan çıxartdı, nə qədər hay-küy etdiksə əhəmiyyət verən olmadı.Bu minvalla səbirlə dayanıb gözlədik ki, görək satıcı bizə niyə köynək vermədi.Bütün köynəklər satılıb qurtardı. Əsəbi halda satıcı oğlana yaxınlaşıb nəyə görə bizə köynək satmadığını soruşduq.Satıcı oğlanın sualları bizi lap hövsələdən çıxartsa da cavab verməli olduq:
- İndi hardasınız?
- Leninakanda.
- Ayağınızın altındaki nə torpağıdır?
- Erməni torpağı .
- Onda gedin erməni dilini öyrənin, gəlin sizi birinci yola salaq. Burada erməni dilindən başqa heç bir dil tanımırıq!
Heyrətdən, xəcalətdən donub qaldıq.Hər ikimiz Universitetin əlaçı tələbələri olmuşduq, ancaq satıcı erməni oğlan qədər milli əqidəmiz və savadımız yox idi.
Bilmirdik ki, ayağımızın altındakı erməni torpağı yox, Qərbi Azərbaycan torpağı, olduğumuz şəhərdə Gümrü adlı Azərbaycan şəhəridir.
Xəcalət çəkə-çəkə satıcı erməni oğlanın vətənpərvərliyinə və doğma dilinə məhəbbətinə heyran olduq.Ancaq o illərdə bizdə - Bakıda biləndə bilməyəndə, hamı rus dilində danışmağa çalışırdı. Hətta idarələrdə yazışmalar, iclaslar rus dilində aparılırdı. Rayonlardan,kəndlərdən mənim kimi şəhərə gələnlər bu dildə kəkələməyi də fəxr hesab edirdi...
...Həyat davam edir, zaman öz axarı ilə gedir. İllər ötüşür, nəsillər dəyişir. Lakin erməni- türk-azərbaycan konflekti bitmək bilmirki, bilmir. Əksinə 80-cı illərin sonlarından bu qarşıdurma müharibə alovu ilə elə qızışdıki, ötən qanlı-qadalı illərdən qat-qat betər oldu. Xocalı soyqırımı əvvəlki soyqırımları kölgədə qoydu. Geniş miqyaslı Qarabag savaşında rusiyalı, amerikalı və fıransalı havadarlarına güvənən erməni qəsbkarları Qərbi Azərbaycanda 300 mindən çox soydaşlarımızı elindən-obasından didərgin saldı. Bu azmış kimi üstəlik Azərbaycanın 11 rayonunu, bütövlükdə 13110 kvadrat kilometr torpağını işğal etdi. Bu gün də işgal altında olan torpaqlarımız imdad gözləyir. Vətən sevgisi, torpaq həsrəti hər gün, hər saat, hər an hər bir Azərbaycan vətəndaşının səfərbər etməli, itirilən torpaqlarımızın azad olunması yolunda azadlıq mücadiləsinə səsləməlidir:

Vətən oğlu, unutma ki bu torpaqlar yağıdadır,
Anaların gözü yaşlı, şirin dili ağıdadır.
Yurd-yuvadan ayrı düşən, balda yesə, ağı dadır,
Bəsdi dözdün, əsəbini çeynədin sən için-için,
Atıl cəngə, öz canını sipər eylə Vətən üçün!.

Şirxan Aranlı
Azərbaycan Yazıçılar və
Jurnalistlər Birliyinin üzvü

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ