adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

YAS DƏFTƏRİ

FƏRİDƏ RƏHİMLİ
30669 | 2018-03-30 17:55

Dəftər ərəbcə, (əsliyunanca), bir-birinə bərkidilmiş ağ vərəqlərdənibarət informasiya daşıyıcısı, qeydlər üçün əşya, yazı üçün predmet deməkdir.Kağız, şagird dəftəri, cib dəftəri, ümumi dəftər, rəsm dəftəri, telefonkitabçası, gündəlik, təqvim, mühasibatlıq sənədləri, yazı yazmaq, yaxud rəsm çəkməküçün kitab şəklində tikilmiş müxtəlif ölçülü kağız dəstəsi... dəftər deyəndəilk ağıla gələn bunlardır. Bir də var cisimlikdən çıxıb daha böyük mənalar daşıyandəftər adı - gəncliyimizdə həyəcanla, hisslərin tüğyan etdiyi qəlbimizləyazdığımız ilk xatirə dəftəri; Bir nəğmənin sevgi pıçıldayan qırıq-qırıq sətirləriyazılan dəftərlər... qeyd dəftəri, yaddaş dəftəri, haqq-hesab dəftəri və bir dəta uşaqlıqdan bəri ağıllıdan da, dəlidən də, savadlıdan da, savadsızdan daeşitdiyim "İt dəftəri"! Düzü ağlım kəsəndən fikirləşirdim ki, it dəftərinə olan şeydir ki, deyirlər ki, filankəsin adı heç orda da yoxdur! Həm həyətimizdəki itin nə dəftər-kitabını görmüşdüm, nə də məktəbəgetdiyini. Onun dəftərini harda gizlətdiyi uşaq xəyalımın müəmmalarından idi...

Sonralar mərasimlərimizləbağlı toy siyahısının dəftəri və yas dəftəri kimi "önəmli" dəftərlərdə gərəyimiz oldu. Bilənlər bilir ki, rayon camaatı yasda da, toyda da birləşibbir-birinə yasını, yaxud toyunu yola vermək üçün yardım edirlər. Bu dəftərəborc dəftəri də demək olar. Çünki, gələcəkdə eyni məbləği sən də onlaraqaytarmalısan. Bu borcu unutmamaq üçünsə dəftər vacib sayılır. Hər kəs toy etməyəbilər, amma hər kəsin yası mütləq olacaq! Bəzi regionlarımızda, Bakının özündəbelə adətləri bəyənməyənlər var, amma bu, bir növ yardımlaşma xarakterli olduğuüçün bunu normal qəbul edənlər çoxdu. Yəni, həmin toy, yaxud yas sahibinin bu məclisivermək üçün lazımi maddi durumu olmaya bilər.

Amma, yazılmamışqanunlarımızla məclis vermək məcburiyyətindədi.Nə isə, bu mübahisəli məsələ olaraq qaldığı üçün bunun üstündən keçirəm.

... Əslində müsəlmanadətiylə ölünün cənazə namazı qılınarkən oraya sevənlərinin toplanması, cənazənamazı qılıb, ölüyə halallıq verməsi daha önəmlidir, nəinki yasda deyinə-deyinəmüəyyən məbləğ pul yazdırmaq. Qardaş Türkiyədə ölənin cənazə namazını qılıb.Savabını alırlar, yaxınları, qonşularıyemək bişirib yaslı ailəyə gətirir. Üç gün toplanıb ölənin ruhuna Quranoxuyurlar, bununla da məclis bitmiş olur. Hər gün namazda dua etmək, ölənininxatirinə yaxşı işlər görmək, savabını ona əta etmək daha doğrusudur. Bizdəkiisrafçılığın bu məsələlərə qətiyyən dəxli yoxdur.

Bir yaxınımınyas məclisində gördüklərim məni ürəyimdəkiləri bu sətirlərə boşaltmağa məcburetdi. Rəhmətə gedənimiz rayonda olduğu üçün ən yaxın qohumlar ordaydı vəburdakı cümə axşamı məclisini idarə etmək mənə də həvalə olunmuşdu (yəni, qadınqonaqları qarşılayıb yola salmaq). Ən tez rəhmətliyin oğlunun tələbə yoldaşlarıgəldi. Onu da deyim ki, onlar qədər vəfalı, sədaqətli, bir-birinin xeyrinə-şərinəyarayan tələbə yoldaşlığı görməmişəm. Hamısı yaşlanıb nənə-baba olsalar daqadınlı-kişili ən vacib günlərində birlikdə olurlar, sevinclərini, kədərlərinibölüşürlər. O gün də ilk onlar gəldilər. Qadınlardan biri tələsdiyi üçün bir stəkançay içərək üzr istəyib getməli olduğunu söylədi və dəftər istədi. Doğrusu, onaqədər dəftər məsələsini heç düşünməmişdim. Lazım deyil, desəm də: El köçüb, adətköçməyib dedi və çantasından çıxardığı dəftərə öz adını yazıb 50 manatı daarasına qoyaraq getdi. Dəftər masanın üstündə qaldı. Gələnlər özləri oraya müəyyənməbləğ yazaraq gedirdilər. Bir qrup qadının dəftəri açıb baxarkən "nç, nç,nç" edərək başını bulamasına qədər dəftər məni maraqlandırmamışdı. Amma həssasolmağın o qədər əziyyətini çəkirəm ki, həyatım boyu... Bəlkə də mənə dəxliyoxdu bu məsələnin, amma qadın məclisinin mənə tapşırılması o məsuliyyəti istər-istəməzmənim boynuma qoymuşdu. "Nç, nç, nç"ın mənasını da göydə tutdum - əvvələçox yazılıb ki, sonrakılar da ona görə yazsınlar! .. O an rəhmətlik Molla Nəsrəddinixatırladım. Eşşəyin belində uşağı əyləşdirib,arvadıyla piyada gedir, deyirlər ki, buna bax qadın yerdə, uşaq eşşəyin üstündə.Qadını da mindirir. Bir az gedir, bir neçəsi deyir buna bax, yaşlı kişi yerdəgedir. Özü də minir. Bir sonra deyirlər, insafsızlığa bax, heyvan yazıqdeyilmi?. Üçü də düşüb eşşəyi yanlarında aparırlar. Yenə deyinirlər ki, minməyəcəksəniyə alıb bu eşşəyi. Az qalır eşşəyi də belinə alsın yazıq molla. Yəni, insanolanın ağzını yığmaq mümkün olmayan bir işdir. Dəftər qoy deyənəmi qulaq asım,dəftəri yığışdırımmı, yazılanımı gizlədim,düzü nə edəcəyimi bilmədim. Hətta o qadının arxasınca qaçıb, pulunu geri verməkkeçdi içimdən, amma təəssüf ki, hisslərlə anladığını sübut etmək olmur.

Əvvəla yas məclisihalallıq məclisidir. Oraya gedib, başsağlığı verib geri dönmək özü yas sahibinəhörmətdir. Adətə uyaraq nəsə yazdıracaqsa da, ürəkdən gələni etməlidir,narazılıqla yox. Hər kəs evdən çıxandafikrində yasa 5 manat yazdırmağı düşünübsə, niyə "qonşuya baxıb, özünü odayaxmalıdır ki", kimsə kimsəni bunaməcbur etmir. Niyə həmişə "desinlər", "deyərlər","qonşudan qalma dala" kimi fikirlərlə özümüz olmaqdan uzaq düşürük?Ölüyə ürəkdən bir "Allah rəhmət eləsin!", yaxud üstündə haqqın varsa"Halal olsun!" demək min qat daha faydalıdır, nəinki o rəzil pul.

Qardaş ölkədəntürk dostlar aradı cənazəyə yetişə bilmədikləri üçün üzr istədilər və əlavəetdilər ki, üç gündür camidə babanız üçün Quran oxuduruq. Bu səmimiyyət lazımdıinsana, bu təmənnasızlıq gərəkdi. İçdən, ürəkdən gələn, bütün qəlbinləinandığın, güvəndiyin, arxanda danışacaq deyə əsəbləşmədiyin rahatlıq lazımdıinsanın ürəyinə. Pul hər şey deyil. Müəyyən anda gərəkli ola bilir, ancaq ürəksındıracaq qədər, qəlb yaralayacaq qədər önəmli bir şey deyil anlayana.

Özünüz olun,olduğunuz kimi görünün, içinizdən gələn kimi danışın, hərəkət edin, maskalargec-tez yırtılır. O maskaların altını görə bilənlər də var bu dünyada.

Allah ölənlərinizərəhmət eləsin!!!


TƏQVİM / ARXİV