adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Nicat NOVRUZOĞLU: YOLDA DÜŞÜB YEYİB-İÇİRMİŞLƏR

NİCAT NOVRUZOĞLU
61870 | 2018-02-27 14:36

Ölkəmizi Qış Olimpiadasında təmsil edən avstriyalı soydaşımızfiniş xəttinə gəlib çıxa bilmədi. Elə işarə veriləndən 3-4 dəqiqəsonra dombalaq açdı. Bu xəbəri eşidəndə xeyli güldüm. Yadıma 82-ci ildə MoskvaOlimpiadası düşdü. Deməli, uzun məsafə üzrəvelosiped yarışında, bilmirəm Çexoslovakiya Almaniyanı, yaxud Almaniya Çexoslovakiyanısaniyənin yüzdə birində uddu. Təxminən belə də: 2 saat 39 dəqiqə 21 saniyə və saniyənin yüzdə biri. Afrikadan olan adı yadımdançıxmış ölkənin velosipedçiləri isə finişxəttinə iki saatdan sonra gəlib çıxdılar.

Ağdamdaçayxanada bunu deyib gülürmüşlər, bir yoldaşqayıdıb ki, əşi, yəqin yolda düşüb yeyib-içirmişlər.

Ölkədəaz qala milyardlarla pul töküb bölgələrdəAvropa standartlarına uyğun Olimpiya kompleksləri tikilib. Eləcə də Qış Olimpiyakompleksləri. Və uzun illərdi fəaliyyət göstərirlər. Bir maraqlanan varmı görənhəmin Olimpiya kompleksləri indiyədək nəqədər, dünya səviyyəli demirəm, orta səviyyəliidmançı yetişdirib? Məsələn, filan rayon,15 ildi səndə Olimpiya kompleksi fəaliyyətgöstərir, ölkəyə neçə idmançı vermisən? Heç bir dənə də. Rayonların adlarını da saya bilərəm, amma saymıram,çünki bu məsələyə ayrıca bir yazı həsr edəcəyik.


Az-çoxüzümüzü ağardan idmançılarımız isə deməkolar ki, tamamilə Bakıdakı klublarda yetişdirilir.Ölkə təkcə Bakıdan ibarət deyil axı.

İdmankomplekslərinə də bir plan qoyulmalıdı, rəhbərliyinin də qarşısında, müəllimlərinində. Yüksək səviyyəli məşqçilərdən rayonlara da göndərilməlidir və sairvə ilaxır.

Birdəfə də 3 milyona bir at aldıq, üstündə dəbilmirəm kimisə oturtduq, eşşəyin hoppanıb keçə biləcəyi baryeri keçə bilmədi.

Özümüzüngözəl atlarımız var və Atçılıq Federasiyası da yaxşı işləyir. Öz atlarımıza və özjokeylərimizə güvənsəydik nə 3 milyonumuz batardı , nə də o biabırçılıq olardı.

SözümüzGənclər və idman naziri Azad Rəhimovadı. Azad müəllim, bu barədə fikirləşməyə dəyər.


TƏQVİM / ARXİV