adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

DİRİDƏN YAZMAYIN

NİCAT NOVRUZOĞLU
48859 | 2018-01-29 18:09

Vallah yazmayın,billah yazmayın. Neynirsiniz diridən yazmağı. Heyf deyil ölüdən yazmaq. Nə səsivar, nə küyü. Nə döyməyi var, nə məhkəməsi.Nə də sizin yazınıza yazı ilə cavab verəsi halı.

Geninə-bolunayazın. Gündə bir ölüdən. Tanınmış ölüdən. Cismi ölmüş ruhu isə yaşayan ölüdən.Hər ölüdən yazsaz nə qazanacaqsınız ki... Elə ölüdən yazın ki, sizinyazdıqlarınız içimizi yandırsın, əsəblərimizi oynatsın. Elə ölüdən yazın ki,hamı tanısın o ölünü, hamı onun xidmətlərini, fəaliyyətini bilsin, dəyərversin. Yazın. Ağlınıza nə gəlirsə yazın. Yıxın, sürüyün onları. Təki sizqazanasınız, tanınasınız.

Bax, o günlərigah Xəlil Rza Ulutürkdən yazdılar, sonra Mirzə Ələkbər Sabirdən, bu gün AbdullaŞaiqdən, sabah da nə bilim kimdən. Bəyəndilər-bəyənmədilər yazın. Yazmaq lazımdır. Millət kimi sevirsə ondanyazmaq, onu tənqid eləmək, onu aşağılamaq lazımdır. Təki işiniz getsin. Təkigündəmdə olasınız. Təki məşhurlaşasınız. Dəyərlər boş şeydi.

Qorxmayın, çəkinməyin.Ürəyinizi boşaldın. Hətta ürəyiniz onlara qarşı boş olsa belə yenə boşaldın. Nəsəbir şey düşəcək o boş ürəyinizdən.

Mədəniy(y)ətdənyazın. O mühitin adamlarını vərəqləyin. Dünyadan köçmüşləri. Məsələn, Səxavətdən,Qədirdən, Məmmədbağırdan, Məhəbbətdən yazın. Neynirsiz Kərimdən, Cavanşirdən vəya Rüfətdən yazmağı. Yazıb qalassız məhkəmələrin qapısında. Bütün şou-biznesiyığıb tökəcəklər üstünüzə. Kanallar da bir tərəfdən.

Kanallardan sözdüşmüşkən Aydın Qaradağlıdan yazın, Rafiq Hüseynovdan yazın. Neynirsiniz Elgizdən,Zaurdan, ay Zaurdan yazmağı. Nə hoqqadan çıxırlarsa çıxsınlar. Sizə nə?

Şövkətdən, Rübabədən,Saradan yazın. Toxunmayın Rəqsanəyə, Cəmiləyə, Nuriyə, Ruhiyə, Xuramana, nəbilim kimə. Qoy nə istəyirlər eləsinlər.Necə istəyirlər geyinsinlər. Nə istəyirlər oxusunlar. Ağrıtmayan başınızı,ağrıtmayın. Buynuzunuzu onların mikrafonuna sürtməyin.

Hüseyn Arifdənyazın, Zəlimxandan yazın, Vaqif Səmədoğludan yazın. Neynirsiniz gic-gic şeirləriilə baş-beynimizi aparan "şair"lərdən yazmağı.

Yazın. Qələminizkoş da olsa yazın, iti də olsa. Heç olmasa da yazın. Olmayan şeylə o qədər olanşey qaralayan var ki?!

Amma nəysə MirzəCəlildən yazmırsınız. Yıxıb sürümürsünüz onu.Bilirəm niyə. Məncə, qorxursunuz. Dirilərdən qorxduğunuz kimi. MirzəninŞeyx Nəsrullahından qorxursunuz. Düz də edirsiniz. Ondan yazmayın. Yazarsınız,Şeyx Nəsrullah gəlib sizin haqqınızda yazdığınız ölüləri dirildər. Ondan sonravay sizin halınıza.


TƏQVİM / ARXİV