adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Vayına oturum

NİCAT NOVRUZOĞLU
75412 | 2018-01-24 17:18

Ana haqqında çoxsöz yazmaq olar. Necə ki, həmişə yazıblar. O qədər yazıblar ki, ata kölgədəqalıb.

Ana əvvəldə dəyazılıb, sonrada da. Vətən də əvvəl yazılıb-Ana Vətən. Polad Bülbüloğlunun ifaetdiyi mahnıda isə vətənlə yanaşı sevgilidən də sonra - "Bir Vətənim, birsevgilim, bir Anam".

Ana olmaqvacibdi. Sözsüz ki, qadınlar üçün. Kişilər ana ola bilmirlər. Hər bir qızın biranalıq nuru var ki, onu da zühr eləmək hər kəsə nəsib olmur. Nə çox bu dünyadanana olmadan gedən qadınlarımız.

Bir vaxtlarekranlarımızda qadının hamilə qalmasını qeyri-adi hal kimi gözümüzə soxurdular.Ekranda gözə soxulanlar kim olar? Şou biznes.

Məni də əvvəllərinandırmışdılar. Şou biznesdəki qadınların hamilə qalmalarını heyrətləqarşılayırdım. Elə bilirdim onlar hamilə qala bilməz, doğa bilməz. Sonra gördümyox, onlarda da alınır.

Qız ailə qurubqadın adını, uşaq dünyaya gətirib ana adını alır.

Və birdən xəbəryayılır - filan rayonun filan kəndində 3 uşaq anası sevgilisinə qoşulub qaçdı.

3 uşaq doğasan,3 ana adını üstünə yazasan, sonra da sevgilinə qoşulub qaçasan... Di qaç ki,qaçasan. Qaçdığın yer qaçdığın yerdən şərəfsiz olacaq. Çünki qaçdığın yerdə 3uşaq qoyub qaçmısan.

Hamı ucdantutmabu 3 uşaq doğmuşu ana eyləyir, bütün günü əllərində olan ekranlarla, saytlarla,qəzetlərlə soxurlar bizim gözümüzə. Bəs qoymayın, ana qaçdı.

Vay dədəm, vay.10 il bir oxu, dalınca 4 il adı ali olan təhsil al, dalınca da 2 il magistroxu, ol savadlı bir jurnalist, sonra dasinəni qabağa verib sevgilisinə qoşulub qaçan 3 uşaqlı qadına ana de. Hələbir kişisində də günah axtar.

Nə qədər desənki, belə xəbərləri yazmayın, xeyri olmayacaq. Olacaqsan köhnə fikirli. Ələsalacaqlar səni.

Əsas səhifəyəbaxış sayıdı.

Filankəsov Filankəs(ad şərtidir-N.N.) kefi üstün tutub uşaqlarını fikirləşmədiyi kimi, siz dəlaykı üstün tutun. Kimi ana edirsiz, edin. Ayağının altın ki, cənnət edə bilməyəcəksiz.

Bəso cənnət hara getdi? O cənnəti elə qaçan qaçırtdı ayaqları altından. Cənnət cəhənnəm olmaq istəmədi. Qaçdı vəyerini verdi cəhənnəmə.

Bu qondarmaanalara baxanda çaş-baş qalmışam. Bilmirəmsizin bu düzəltdiyiniz anadan sonra öz anama nə ad qoyum.

O 40 ildir ki, həyatyoldaşını itirib. Və 40 ildir ki, məni təkbaşına böyüdüb, böyüdüb Adam eyləyib.

Bu Adamın ANAsıda bax elə belə "anaları" ekranda görəndə keçir qarğış janrına:"vayına oturum".


TƏQVİM / ARXİV